KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: İran iç savaşa doğru sürüklənir

Fuad Gahramanlı: İran iç savaşa doğru sürüklənir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
300 0

Bəs Azərbaycan türklərri müstəqillik savaşına hazırdırmı?

İranda rejimə qarşı xalq etirazları xroniki hal alıb. Görülən sərt cəza tədbirlərinə baxmayaraq prosesləri nəzarət altına almaq, insanları susdurmaq olmur. Verilən məlumatlara görə bu günə qədər 400 – dən artıq etirazçı öldürülüb, 18 mindən çoxu isə həbs olunub. Xaotik etiraz prosesi nə qədər davam edəcək, görülən sərt cəza tədbirləri qarşısında proses genişlənmədən, fəal gənclər hesabına nə qədər davam edə biləcək? Hələ ki, bu suallara cavab vermək mümkün deyil.
Ölkə miqyasında yüz minlərlə insan etiraz aksiyalarında iştirak etsə də, hələ ki, iri şəhərlərdə, o cümlədən mərkəz Tehranda böyük izdihamlı aksiyaların keçirilməsini görmürük. Belə vəziyyət rejimə azsaylı etirazçı qruplara qarşı daha rahat şəkildə zor tətbiq etməyə və situasiyanı nəzarətdə saxlamağa imkan verir.
Kütləvi etiraz aksiyalarının uğurunun əsas şərti etirazların davamlılığı və insanların dirəniş əzmi ilə yanaşı, həm də iştirakçıların siyasi böhrana yol açacaq kəmiyyətdə çox olmasında, güc strukturlarının nəzarət imkanlarını üstələyən say üstünlüyündədir.
Bu baxımdan İranda hələ ki, rejimin sərt cəza tədbirləri və cəmiyyətin müşahidəçi mövqeyi lazım olan kütlə əmsalının yaranmasına maneə olur.
Ancaq o da ola bilər ki, bu cür spontan və xaotik etirazlar davam etdikcə, İran cəmiyyətində narazılıq ovqatı güclənib daha kütləvi və mütəşəkkil etirazların meydana çıxmasına yol açsın.
Hələlik isə görünən odur ki, kürdlərin və bəlucların yaşadığı bölgələrdə proses iç savaşa doğru gedir. İraqla sərhəd boyu ərazilərdə yerləşmək kürdlərə çətinlik çəkmədən yüngül silahlar əldə etmək imkanı verir. Burada işin içində silahlı kürd təşkilatlarının da olmasını da nəzərə alsaq, yaxın vaxtlarda İran rejiminə qarşı silahlı müqavimətin artacağını gözləmək olar. Təsadüfi deyil ki, bu günə qədər öldürülən 60 – qədər SEPAH üzvlərinin çoxu məhz kürdlər yaşayan ərazilərdə qətlə yetirilib.
Bəs Azərbaycan türkləri? Təəssüf ki, bizimkilər nə təşkilatlana biliblər, nə slahlanıblar, nə də ki, ortaya prosesi idarə edə biləcək bir lider çıxara bilməyiblər. Azərbaycan türklərinin yaşadığı ərazilərdə nə milli, nə də ki, siyasi azadlıqlarla bağlı fəal mübarizəni müşahidə etmirik. Bu bəzilərinin dediyi kimi, gözləmə deyil, qapını döyməkdən olan dəyişikliklər prosesinə hazır olmanağın nəticəsidir. Buna görə də vəziyyət heç də yaxşı sayıla bilməz. Belə vəziyyətdə biz dünyaya Azərbaycan türklərinin mübarizəsini duyurmaqda, Güneyin istiqlal məsələsinə diqqət çəkəməkdə çətinlik çəkəcəyik.
Təəssüf ki, Azərbaycan dövləti olaraq Güney Azərbaycanla bağlı strateji bir yol xəritəsinə sahib deyilik. Azərbaycan hakimiyyətinin dövlətçi və strateji baxışının olmamasının bədəlini bu gün Qarabağda ödədiyimiz kimi, sabah da Güney məsələsində ödəmək təhlükəsi var.
Bu gün Azərbaycan iqtidarının İranla bağlı məsələdə tutduğu mövqe daha çox anti-İran koalisiyasının sifarişidir. Halbuki biz dəfələrlə yazıb demişik ki, Azərbaycan hakimiyyəti indiki geosiyasi fürsətdən maximum istifadə etməli, İsrail və ABŞ-la İranla bağlı danışıqlarda Güney məsələsinə beynəlxalq dəstək istəməlidir. Bu məsələnin detallarının təfəürratlarına getmədən buradan Azərbaycan hakimiyyətinə çağırış edirik ki, zamanı itirmək olmaz, mütləq strateji yol xəritəsi işləyib hazırlamaq və onu beynəlxalq tərəfdaşlarla razılaşdırmaq lazımdır. Yoxsa, sabah biz yenə hazırlıqsız yaxalanana, İranın parçalanması ərəfəsində başqalarının Azərbaycan ərazilərinə iddialarının qarşısını almaqda çətinlik çəkə və Güneyin istiqlalı məsələsində tək, köməksiz qala bilərik.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir