KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: İran Azerbaycan’a saldırabilir mi

Fuad Gahramanlı: İran Azerbaycan’a saldırabilir mi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
190 0

İranın vurulması yaxınlaşır.

Bəs, İran Azərbaycana qabaqlayıcı zərbə vura bilərmi?

İran ətrafında vəziyyət gərginləşməkdə davam edir. Artıq ən yüksək səviyyədə İrana qarşı hərbi əməliyyatlara səbəb ola biləcək məlumatlar verilməkdədir. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Mill Konqres üzvləri qarşısında çıxışı zamanı deyib ki,
İran iki həftədən az müddətdə nüvə bombası üçün kifayət qədər parçalanan bilən uran hazırlaya və ​​bir neçə ayda nüvə silahı istehsal edə bilər”. O, eyni zamanda bildirib ki, “Birləşmiş Ştatlar İranın nüvə silahı yaratmasının qarşısını alacaq. ABŞ hərbçiləri olaraq bunun üçün bir çox variant hazırlamışıq”. Növbəti dəfə ən yüksək səviyyədə bildirilir ki, hərbi əməliyyatlar you ilə İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək.
Xatırladım ki, 2 gün öncə Mark Mill İsraildən olan həmkarı ilə İrana qarşı hərbi əməliyyatlar məsələsini müzakirə edib.

Dünən isə Suriyanın Şərqində Əbu-Kamal şəhəri yaxınlığında yerləşən SEPAH – n bazalarına ABŞ-n F-15 təyyarələri hava zərbələri endirib. Nəticədə 15 İran hərbiçidi ölüb
Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına əsasən İranın “Forrdo” nüvə mərkəzində uranı 84 % zənginləşdirməyə nail olduğu ehtimal edilir.

Bütün bu məlumatlar onu göstərir ki, İrana qarşı əməliyyatların başlanması tarixi heç də uzaqda deyil. Bu ərəfədə narahatlıq doğuran məsələ odur ki, son vaxtlar İran açıq aşkar Azərbaycanı güc yolu ilə təhdid edir, hədələyici bəyanatlar səsləndirir. Bəs Azərbaycanı real təhlükə gözləyirmi?

İran böyük ehtimalla Azərbaycanı hədələməklə özünə qarşı hərbi əməliyyatlar olacağı təqdirdə, Qərbin regionumuzdakı enerji maraqlarını hədəf ala biləcəyini göstərməyə çalışır. Aydındır ki, rəsmi Bakı İsraillə nə qədər yaxın olsa da, Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə nəzərdə tutulmur. Ona görə də, qabağa düşüb Azərbaycanı vurmaq İsrail və ABŞ-n İrana yönəlik hərbi əməliyyat imkanlarına təsir etməz. Əksinə, İranın İsrail və ABŞ – n hücumundan öncə Azərbaycana havadan zərbə endirməsi, Tehrana qarşı geniş miqyaslı avia hücumların başlanması üçün legitim əsas yarada bilər. Bu yerdə Blinken ” İrana qarşı Azərbaycan sərhədlərini qorumalıyıq” bəyanatınl xatırlamaq yerinə düşər. Ona görə də, İran rəhbərliyi bu nəticələri nəzərə almağa məcburdur. Azərbaycan rəhbərliyi də bunu bildiyi üçün özünü İranla bağlı məsələdə çox rahat aparır.

İranın Azərbaycana yönəlik hərbi hədələri narahatlıq doğursa da, nəzərə almaq lazımdır ki, ABŞ və İsrail İrana qarşı havadan zərbələr endirəcəklərsə, bu yalnız nüvə obyektlərini hədəf almayacaq. Bütövlükdə İranın hərbi potensialı, xüsusi ilə də aviasiya, raket artileriya sistemləri sıradan çıxarılacaq ki, Tehran regional miqyasda müharibə təhlükəsi yarada bilməsin.
Xatırladım ki, ABŞ İraqa hücum edən zaman Səddamın bir təyyarəsi belə havaya qalxan bilməmişdi.
Fuad  Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir