KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanli: İran ABŞ konsulluğunu niyə vurdu?

Fuad Gahramanli: İran ABŞ konsulluğunu niyə vurdu?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
320 0

Yeni bir müharibə təhlükəsimi yaranır?

İrana nə oldu, durduq yerə ABŞ-ın İraqda, Ərbil şəhərindəki konsulluq binasına 6 ədəd raket atıb. 6 ədəd “Fateh-110” raketi Təbrizdəki bazadan buraxılıb. Çox böyük ehtimalla bu Rusiyanın təhriki ilə baş verən təxribatdır. Putin İran rəhbərliyini inandırıb ki, Rusiya Ukraynada məğlub olsa, növbə İrana çatacaq. Rusiyanın məğlubiyyətini önləməyin yolu isə Qərbin gücünü, diqqətini və mövqeyini parçalanmaqdan keçir. İnid Qərbin qarşısı alınmazsa, sonra gec ola bilər, İranı kimsə xilas edə bilməyəcək. Görünür Rusiya və İran belə bir hücum qarşısında NATO – nun Ukrayna məsələsində olduğu kimi yekdil reaksiya verə bilməyəcəyini və bununla da Qərb blokunda parçalanma olacağını təxmin ediblər. Bu məntiqlə də, İran ABŞ konsulluğunu vurub.
Başqa bir ehtimala görə , İran Qasım Süleymaninin öldürülməsindən sonra yaşadığı yenilgini və cavab verə bilməməyin əvəzini çıxmaq üçün Ukrayna ilə bağlı yaranmış vəziyyəti fürsət kimi də dəyərləndirə bilər.
İran mənbələri bu hücumun konsuluq yaxınlığında yerləşən İsrailin təlim bazasına yönəldiyini bildirsələr də, bu, heç də vəziyyəti dəyişmir. Hətta belə olmuş olsa belə İsrailin cavab zərbəsi NATO – nu da əhatə edəcək yeni bir münaqişə ocağının yaranmasına səbəb ola bilər.
Görünən odur ki, İran bu hücuma görə alacağı cavab zərbəsi qarşısında özünü daha çıxılmaz vəziyyətə düşəcəyini nəzərə almayıb və belə bir təxribata yol verib.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir