KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: İrəvanın Qərbə üz tutması bizə təhlükə yaradırmi?

Fuad Gahramanlı: İrəvanın Qərbə üz tutması bizə təhlükə yaradırmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
29 0

4 Kəndin qaytarılması nəyi göstərir?

Ermənistanın Qazağın 4 kəndini qaytarmağa razılıq verməsi bilirsinizmi nəyi bir daha təsdiq etdi ? Ermənistanın Qərblə yaxınlaşması heç də Azərbaycana qarşı deyilmiş. Əgər doğrudan da Qərb Ermənistanı Azərbaycana qarşı silahlandırmağa çalışırsa, o zaman İrəvan niyə bu kəndləri geri qaytarmağa razı olsun ki? Dünyanın harasında görülüb ki, müharibə etmək istəyən öz əlindəki torpağı sülh yolu ilə geri vermək istəyir? Əksinə, təcavüzkar həmişə yeni torpaqlar almağa çalışır və ya cığal davranıb müharibə üçün səbəblər , bəhanələr yaratmağa çalışır.

Baxın, ancaq Azərbaycan hakimiyyətinin müttəfiqi Rusiyanın Xarici işlər naziri Lavrov yana – yana deyir ki, “Paşinyan bu gün hamını inandırır ki, Qazağın 4 kəndini Azərbaycana qaytarmaq lazımdır”. Adam elə danışır ki, sanki Paşinyan Rusiyanın 4 kəndini alıb Azərbaycana vermək istəyir. Açıq aydın görünür ki, iki dövlət arasında sülhə xidmət edən hər bir addım, mövqe Rusiya rəsmilərini qara sancıya salır. Hiss olunur ki, əlacları olsa buna görə Paşinyanı publik söyüb təhqir edərlər. İndi Rusiyanın, yoxsa Qərbin müharibə istədiyi o qədər açıq aydın ortadadır ki, bunun üçün dərin təhlilə də ehtiyac yoxdur, sadəcə Rusiya rəsmilərinin mövqeyinə baxmaq lazımdır.

Xatırlayırsınızsa 5 aprel görüşü ərəfəsində Paşinyanın ABŞ dövlət katibi Blinken və AB Komissiyasının rəhbəri Ursula von der Leyen ilə görüşünün Azərbaycana qarşı yönəldiyi ilə bağlı böyük bir təbliğat kampaniyası başlamışdı.
Hətta məsələ o qədər böydü ki, adları çəkilən şəxslər İlham Əliyevə zəng edib belə olmadığını izah etdilər. Ancaq bu gorüşün nəticəsi olaraq Qarabağı tərk etmiş ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün pul ayrılması və onların geri qaytarılması mövzusunun bu yolla da gündəmdən çıxarılması qərarlaşdırıldı. Bizim də istədiyimiz , milli maraqlarımız da bunu tələb etdiyi bu bu deyilmi? Burada bizə qarşı olan nə var, hansı təhdid elementi var ki, buna görə sülhə xidmət edən bu prosesi belə aqressiv qarşılayırıq?

Ancaq bundan bir neçə gün sonra Rusiya XİN sözçüsü Zaxarova rəsmi açıqlama verərək Rusiyanın Qarabağ ermənilərini yenidən öz tərk etdikləri yerə qaytarılması üçün yardım etməyə hazır olduğunu bildirdi. Hər şey bu qədər açıq ikən, kimin regionda müharibə üçün zəmin, səbəb yaratmağa çalışdığını görmək adı uşaq ağlı ilə də mümkündür.

Demək ki, Azərbaycan Ermənistan və Rusiya arasında gərginlikdə özünü Kremlin maraqlarını müdafiə edən tərəfə cevirmədiyi təqdirdə Paşinyanın Qərbə inteqrasiya kursu regionda sülhə və bizim milli maraqlarımıza da xidmət edir .
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir