KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: İngiltərənin Ermənistana dəstəyi nədən xəbər verir?

Fuad Gahramanlı: İngiltərənin Ermənistana dəstəyi nədən xəbər verir?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
91 0

ABŞ -Türkiyə ittifaqı və Azərbaycan üçün yeni geosiyasi reallıq.

İngiltərənin Ermənistana dəstəyi nədən xəbər verir?

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-a iki günlük səfəri başa çatıb. Bu səfər zamanı, o, həmkarı Dövlət katibi Blinkenlə və milli təhlükəsizlik məsələləri üzrə müşavir Çek Salivanla görüşüb, 2001-ci ildən fəaliyyət göstərən ABŞ -Türkiyə Strateji məsləhətləsmə qurumunun geniş tərkibli müzakirələrində iştirak edib. Xatırladım ki, bu son üç ay ərzində Hakan Fidanın Blinkenlə üçüncü görüşüdür və ondan əvvəl də Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın Vaşinqtona səfər etmisdi. Bu cür sıx təmaslar onu göstərir ki, iki ölkə arasında uzun müddətdən bəri mövcud olan bəzi fikir ayrılıqlarının yerini dərin strateji işbirliyinin tutması istiqamətində ciddi müzakirələr gedir. Gözlənilir ki, bu təmaslar nəticəsində müzakirə edilmiş məsələlər və əldə olunmuş razılaşmalar Orta Şərqdə və Cənubi Qafqazda proseslərin gələcək inkişafına mühüm təsir göstərəcək, Qərbin bu regionlarda Türkiyə vasitəsi ilə maraqlarını təmin etmək imkanlarını artıracaq. Eyni zamanda bu əməkdaşlıq nəticəsində Türkiyənin regional güc kimi iddaları və sahədə üstünlüyü təmin olunacaq.

Yazının çox böyük olmaması üçün yalnız bizə aid olan məsələyə toxunacağıq. ABŞ-Türkiyə Strateji məsləhətləsmə qurumunun toplantısının yekununa dair yayılmış birgə bəyanatda bildirilir ki,
“ABŞ və Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün birgə səy göstərəcəklər. Dövlət katibi Blinken və dövlət katibi Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürürlər. Onlar bəyan ediblər ki, bu saziş regional sabitliyə, əməkdaşlığa və rifahın əldə olunmasına yardım edəcək”.

Bu bəyanat birmənalı şəkildə onu göstərir ki, iki ölkə Cənubi Qafqazda eyni mövqedən çıxış etməklə bağlı ciddi strateji qərar veriblər və bundan sonra həm ABŞ, həm də Türkiyə birgə şəkildə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsinə çalışacaqlar. Buradan o nəticə çıxır ki, onlar həm də bu sülh prosesini pozmağa çalışan Rusiyayanın desturiktiv cəhdlərinin qarşısını almaqdan ötrü müttəfiq kimi hərəkət edəcəklər. Bu mövqeyi İlham Əliyevin Türkiyə səfəri zamanı Ərdoğan çox açıq şəkildə belə ifadə etdi ki, “üçüncü tərəf sülh prosesini zəhərləməməlidir”.

Azərbaycan hakimiyyətini gərginləşdirən bu geosiyasi gəlişmə qarşıdakı mərhələdə Rusiyadan uzaqlasmaqla bağlı qəti qərarlar verməyi tələb edəcək. Əgər hakimiyyət bundan sonra da anti-Qərb ritorikasını davam etdirəcəksə, bu həm də anti-Türkiyə çalari daşyan bir mövqey olacaq. Bu qədər sadə və aydın. Çünki Qərblə Türkiyənin eyni mövqedən çıxış edəcəyi şəritdə Qərbə qarşı olub eyni vaxtda Türkiyə ilə yaxın görünmək mümkün olmayacaq. Türkiyə Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çixarmaqla onun yerini tutmağa idda edir. Diqqətli oxucular xatırlayırsa proseslərin bu yöndə inkişaf edəcəyi ilə bağlı dəfələrlə yazmışdıq və indi baş verənlər proqnozlarımızı dogrulayır.

Bu haqqında danışdığımız məsələlər həm də onu göstərir ki, Qərb Ukraynadakı savaşın sonunu gözləmədən Cənubi Qafqazı Rusiyanın nəzarətindən çıxarmağa qərar verib. Sadəcə Azərbaycan hakimiyyəti ölkə daxilində getdikcə artan aqressiv davranısları ilə bu dəyişən reallığı qəbul etməməyə çalışır.
Bu baxımdan İngiltərənin son vaxtlar Ermənistanla bağlı sərgilədiyi mövqe onu göstərir ki, bu gün Cənubi Qafqazda planlaşdırılan geosiyasi dəyişikliklər anqlosaksların yeni dünya düzəni layihəsinin tərkib hissəsidir və çox təəssüf ki, Azərbaycan özünü belə bir qlobal plana qarşı qoyur. Türkiyə kimi bir ölkəyə rəhbərlik edən güclü və mahir oyunçu Ərdoğan bu qlobal layihə ilə razılaşdığı halda, Azərbaycanın bu günkü anti-Qərb davranışlarının məntiqi izahını tapmaq çətindir. Diqqətl edin Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi parlamentinin sorğusuna cavabında bildirib ki, ölkəsi Rusiyadan uzaqlaşan Ermənistanla təhlükəsizlik sahəsində “əməkdaşlığı dərinləşdirmək” üçün İrəvanla yaxından işləyəcək. O, həmçinin bəyan edib ki, “Böyük Britaniya Ermənistan hakimiyyətinin KTMT üzvlüyünü dondurmaq qərarını tanıyır və Rusiyadan gələn təhdidlər qarşısında dəstək verməyə hazırdır. Böyük Britaniya bu qərarı Ermənistanın suveren hüququnun həyata keçirilməsi kimi tanıyır və Rusiyadan gələn cavab tədbirləri təhdidləri qarşısında onu dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə əməkdaşlıq edəcək”.

Bu o deməkdir ki, Paşinyanın son günlər artan anti-Rusiya bəyanatları təsadüfi deyil və həm də Qərbin mövqeyini əks etdirir. Ermənistan indi Qərbin Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq planının baş icraçısdır və onunla sülhdən imtina etmək hazırkı situasiyada Qərbin və nə qədər də paradoksal görünsə də Türkiyənin maraqlarına qarşı gəlmək anlamına gəlir. Azərbaycan Rusiya ilə mütəffiqliyə başı qarışdığı vaxtlarda Ermənistan da öz xeyrinə bu geosiyasi reallığı yaratmaqla məşğul olub. Ona görə də Rusiyanın Azərbaycandan Ermənistana qarşı istifadə cəhdləri bu gün bizi beynəlxalq birliklə qarşı qarşıya- qoyur. Fransanı bildik, bəs bundan sonra hakimiyyət İngiltərənin Ermənistanla bağlı bu mövqeyinə qarşı nə deyib təbliğat kampaniyası quracaq? Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin qarşısında geosiyasi seçim tələbi getdikcə daha sərt şəkildə qoyulur və istər Qərb ölkələri ilə, istərsə də Türkiyə ilə müttəfiqlik münasibətllərinin gələcəyi Rusiyadan uzaqlaşmaga bağlıdır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir