KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: İlham Əliyev istəmədiyi geosiyasi seçimi etməyə vadar edilir

Fuad Gahramanlı: İlham Əliyev istəmədiyi geosiyasi seçimi etməyə vadar edilir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
279 0

Qərb və Rusiyanın kəskinləşən seçim tələbi.

Açıq aydın görünür ki, Azərbaycan geosiyasi vurnuxma içərisindədir. İlham Əliyev qəti qərar verə bilmir. Ona görə də gah Qərbə reveranslar edir, gah da Rusiyanın ətəyini buraxmaq istəmir. Çünki Qərbə üz tutası olsa, bu Putinlə olan birgəlikdən fərqli yaxınlıq olacaq, demokratik açılım , islahat tələblərini nəzərə almaq lazım gələcək. Yox, əgər Rusiyadan qopmaq istəməyəcəksə, bu Putinin batmaqda olan gəmisində onun aqibətini bölüşmək demək olar.
Qərblə Rusiya arasında dərinləşən geosoyasi konfrantasiya isə iki tərəflə dost olmağa imkan vermir. Çünki hər iki tərəf konkret addımlar, siyasi seçim tələb edən qərarlar tələb edir. Görünən odur ki, İlham Əliyevin taktikası son ana qədər prosesi uzatmaq, vaxt qazanmaq və mümkün olmayanda, son anda isə Qərbin mövqeyini seçməkdir. Onun son müşavirədəki çıxışı zamanı Rusiyanın erməni separatçılarını Qarabağdan çıxarmaqla bağlı verdiyi sözü tutmaması ilə bağlı dedikləri, əslində, Rusiyadan tələb etməkdən daha çox, ikitərəfli münasibətlərdə məsafəni artırmaq üçün deyilən fikirdir. Əgər bunun əksi olsaydı, İlham Əliyev özü Aşxabad görüşündə bunu Putindən tələb etməli idi. Çünki bunun Rusiya MN – nin hansısa nümayəndəsi səviyyəsində həll olunan məsələ olmadığını o özü hamıdan daha yaxşı bilir.
Bu ərəfədə Azərbaycan xarici işlər naziri ilə Ermənistan xarici işlər nazirləri arasında Tiflisdə vasitəçilərsiz keçirilən görüşü də ilk dəfə olduğu üçün maraqlı bir yenilik sayıla bilər. Brüssel və Moskvanın iştirakı olmadan keçirilən bu birbaşa görüş zahirən tərəflərin bir araya gəlməsi olsa da, aydındır ki, pərdə arxası Qərbin moderatorluğu və vasitəçiliyi sayəsində bu təmas gerçəkləşib. Aydındır ki, bu görüşün nəticəsindən daha çox, indiki halda belə bir diplomatik formatın Rusiyanı danışıqlar prosesindən kənarda saxlaması önəmlidir. Azərbaycan və Ermənistanın bu məsələyə razılıq verməsi müsbət addım olmaqla yanaşı, Qərbin regionumuzda artan təsirini, Rusiyanı sıxışdırmaqda olduğunu da göstərir.
Məlum olduğu kimi, gələn həftə Aİ – nin rəhbəri Ursula fon der Lyayenin və AB Parlament nümayəndələrinin ölkəmizə səfərləri gözlənilir. Bundan öncə isə İlham Əliyev bildirmişdi ki, AB ilə müzakirə olunan məlum müqaviləni imzalamağa hazırdır. Xatırladaq ki, bu müqavilənin 2017- ci ildən müzakirəsi gedir və bu günə qədər Azərbaycan iqtidarı məhz müqavilədə insan hüquqları və demokratiya ilə bağlı öhdəliklərə, eləcə də iqtisadi monopoliyaların fəaliyyətini məhdudlaşdırmaq tələbinə görə sənədin imzalanmasını yubadırdı. Ötən il isə Avropa Parlamenti demokratiya və insan haqları ilə bağlı müddəalar sənədə daxil edilməyəcəyi təqdirdə onu ratifikasiya etməyəcəyi haqda qətnamə qəbul edib. Artıq bu müqaviləni imzalamağa hazırıq deməklə İlham Əliyev həm bu tələbləri qəbul etmək zorunda olduğunun, həm də perspektivdə Aİ ilə birgə olmağa hazır olduğunun anonsunu verir. Aydındır ki, bu heç də onun şəxsi və siyasi istəyi deyil, zəifləmiş Putinə güvənib Qərblə qarşıdurmaya gedə biməməsinin nəticəsində yaranmış reallıqdır. Ancaq , İlham Əliyev Qərbə doğru addımları Rusiyadan tam qopmadan, çox ləng atır ki, dərhal üstünə demokratiya tələbləri ilə gəlinməsin və əsas diqqət onun Putindən ayılması məsələsinə yönəlsin. Onun bu mövqeyi müvəqqəti də olsa, kiçik zaman çərçivəsində demokratik islahatlar tələbini geosiyasi seçim qərarından sonrakı mərhələyə saxlasa da, məsələni bir qədər ertəlımiş olsa da, ancaq bu günkü geosiyasi şərtlər elədir ki, məsələni çoxda uzatmaq mümkün olmayacaq. Çünki Ukrayna cəbhəsində Rusiyanın məğlubiyyətinin ilin sonuna qədər daha da dərinləşəcəyi gözlənilir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir