KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Hanı bizim Vətən müharibəsi qəhramanlarımız?

Fuad Gahramanlı: Hanı bizim Vətən müharibəsi qəhramanlarımız?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
149 0
Fuad gahramanlı

Bu qəhrəmanlar niyə xalqdan gizlədilir?

44 günlük savaş həm də Azərbaycan xalqının müharibə qəhrəmanlarını üzə çıxardı. Düşmənlə savaşa sərkərdəlik eyniş, öz həyatını təhlükəyə atıb şücaət göstərmiş əsgərlərimiz bir qəhrəmanlıq örnəyi kimi bu gün və sabah da millətimizin qürur yeridirlər. Biz xalq olaraq Qarabağ savaşını onların cəsarət və şücaəti hesabına qazana bildik. Ancaq indi bu qəhrəmanlar görməzdən gəlinir, onlar xalqa tantdırılmır, Vətən savaşında göstərdikləri igidliklər unudulub gedir. Halbuki onların təbliği Azərbaycan xalqının milli qürur və özgüvən duyğusunu yüksəltmyə, Vətən sevgisini daim ayaqda saxlamağa birbaşa təsir göstərər.

Bu işi kim etməlidir ? Təbi ki, bu birbaşa dövlətin görməli olduğu işdir. Ancaq dövlət nəinki bu işi görmür, əksinə bizim müharibədən sonra rastlaşdığımız mənzərə xəstə, yardıma möhtac qazilərin cavabsız qalan şikayətləri, onların əlacsızlıqdan öz canına qəsd etmələri kimi üzücü xəbərlər, bitib tükənməyən giley güzarlar oldu. Qürur və iftixar yaradan hekayələr yerinə müharibə iştirakçılarının bu cür kədərli həyat dramaları nəticədə cəmiyyətdə kütləvi məyusluğa yol açdı.

Hanı bizim canlı müharibə əfsanələri, onların təhsil müəssisələrində gənclərlə nəyə görə görüşləri olmur, niyə efirlərdə onların göstərdikləri igidliklər xalqa tanıtdırılmır? Bizim döyüşə sərkərdəlik etmiş generallar, öz igidliyi ilə düşməni məhv edən əsgərlərimiz kimlərdir, niyə bilmirik, tanımırıq onları ? Ola bilsin ki, kimlərsə ya ağızdan – ağıza eşitdiyi söz söhbətlərlə, ya da ki, müharibə zamanı yayılan xəbərlərlə bu barədə səthi olaraq nələrsə deyə bilərlər. Ancaq heç kim bir əlin barmağı sayda müharibə qəhrəmannın adını çəkə bilməz. Çünki bu qəhrəmanları tanıtmaq, onları təbliğ etmək savaşdakı qələbəni bir adamın adına çıxmaq, bağlamaq siyasətinə maneə ola bilər. Ona görə də nə qədər paradoksal görünsə də, bu gün ortada tarixi bir qələbə var, ancaq bu qələbəni qazanmış əsgər və zabitlərin adları yoxdur.

Bu xalqın büdcəsi oğurlanır, hüquqları tapdanır, haqqı əlindən alınır, yaxın tarixi saxtalaşdırılır, heç olmasa qəhramanlarının haqqına girilməsin, onların qanı, çanı bahasına əldə etdikləri uğurlara qısqanc yanaşılmasın, adları, döyüş hekayələri təbliğ edilsin. Zaman keçdikcə insanların 44 günlük savaş dönəmində ağızdan- ağıza eşidib bildikləri də tədricən unudulub gedir və yeni gələn gənclər onlara nümunə olacaq, Vətən sevgisi aşılayacaq qəhrəmanları tanımirlar, bilmirlər. Halbuki bizlər siyasi mövqeyindən , dünyagörüşümüzdən asılı olmayaraq hər birimiz mənəvi baxımdan bu qəhrəmanlara borcluyuq, onların qarşısında bu Vətən üçün etdiklətinin haqqını vermək kimi bir öhdəliyik daşıyırıq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir