Türkiyə Suriyadakı olaylara görə İrana Güney Azərbaycan kartı ilə cavab verir.
Türkiyə və İran arasında gərginlik hər keçən gün daha da artmaqdadır. Suriyadakı məğlubiyyətini hələ də qəbul edə bilməyən İran, burada üzləşdiyi uğursuzluğa görə Ankaranı da günahkarlar sırasına daxil edir. Məsələ bununla da bitmir, Suriyada Əhməd əl-Şaranın rəhbərlik etdiyi hakimiyyətin uğursuzluğuna çalışan İran, bu halda yenidən tevanş imkanı əldə edəcəyunə, olkədə söz sahibi ola biləcəyinə ümid bəsləyir. Ona görə də İran rejimi vaxtı ilə mövcud olmuş əlaqələrdən istifadə edərək, daxildəki şiə qruplarını vaxtaşırı olaraq Əhməd əl-Şaranın rəhbərlik etdiyi HTŞ hakimiyyətinə qarşı silahlı etirazlara təşviq etməyə çalışır.
Bir müddət öncə hətta Iranın Ali dini rəhbəri Xamenei çıxış edərək suriyalı gəncləri ölkənin gələcəyin xilas etməyə, silahlı mübarizəyə çağırmışdı. Bu çağrışdan sonra artan gərginliyin davamı olaraq dünən Suriyanın Lazkiyə, Tartus və.s bölgələrində İrana bağlı və Əsəd hakimiyyətinə xidmət etmiş şiə milislərlə Suriya ordusu arasında qanlı toqquşmalar baş verib. Hadisə nəticəsində 20-yə qədər Suriya ordusu əsgəri və 30-dan artıq qiyamçı öldürülüb.
Hadisədən dərhal sonra Türkiyə silahlı qüvvələri Suriyanın İdlib bölgəsinə daxil olaraq, iğtişaşların yayılması təhlükəsi qarşısında prosesə müdaxilə edəcəyini göstərib. Suriya ordusunun tərksilah əməliyyatı nəticəsində yaranmış qarşıdurmanın ardınca keçmiş Əsəd ordusunun polkovniki Qiyas Süleyman Dəllənin rəhbərlik etdiyi Hərbi Şura adlı təşkilat HTŞ hakimiyyətini devirməyə və qiyama çağiran müraciət yayıb. Bir neçə başqa qruplarbda eyni məzmunlu bəyanatlar yayaraq vəziyyəti nəzarət altından çıxarmağa çalışıblar.
Hadisələrin bu cür inkişafı açıq aydın İran izini göstərməkdədir. Ancaq hələ ki, silahlı toqquşmalar lokallaşdırılaraq onların yayılmasınin qarşısı alınıb. Türkiyənin hərbi müdaxilə edərək, öz ağırlığını ortaya qoyması, digər silahlı qrupların da ayaqlaşmasının qarşısını alıb və İranın revanş planı pozulub.
Həm bu prosesdə, həm də ki, ümümiyyətlə olkədə sabitliyin qorunmasında Türkiyənin Əhməd əl-Şara hakimiyyətinəə göstərdiyi dəstək, bu gün İranın öz niyyətlərini həyata keçirməsinin qarşısını alan əsas maneəyə çevrilib. Bu üzdən də iki ölkənin münasibətlərində gərginlik getdikcə artmaqdadır.
Bu günlərdə Türkiyə xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibə verərək qapalı qapılar arxasında İrana Suriyada gərginlik yaratmamaqla bağlı dəfələrlə xəbərdarlıq etdiklərini, lakin bunun hec bir nəticəsi olmadığını deyib. O, bildirib ki, əgər İran Suriyadakı şiələri qızışdırmaqda davam edəcəksə, o zaman başqaları da onun daxillindəki müxtəlif qrupları dəstəkləməklə cavab verməyə məcbur olacaq.
İlk dəfədir ki, Türkiyə rəsmisi İranın adını belə açıq formada çəkərək, sabitliyi pozmaqda qınayaraq ona sərt şəkildə cavab veriləcəyi barədə xəbərdarlıq edir.
İran Ali Dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti isə Hakan Fidanın bu açıqlamasına sərt reaksiya verərək, Türkiyəni sionistlərlə iş birliyində və Suriyada terroru dəstəkləməkdə ittiham edib.
Əslində isə Tehranı narahat edən əsas məsələ Türkiyənin dəstəyi ilə ayaqda qalan Əhməd əl-Şara hakimiyyətinin İranın Livan və Fələstindəki proksi qüvvələrlə əlaqəsini kəsməsi, bu ölkənin Şərqi Aralıq dənizi sahillərinə təsir imkanlarını itirməsi və Öcalanın çağırışı ilə Türkiyənin PKK terrorunu bitirmək məsələsində uğurlu bir addım atmasıdır. Bütün bunların fonunda Türkiyənin Suriyada geniş təsir imkanları əldə etməsi, onu əsas regional gücə çevirdiyindən, İranı ciddi şəkildə narahat olur
Əgər iki ölkə arasında gərginlik artmaqda davam edərsə, Türkiyə də cavab olaraq Hakan Fidanın dediyi kimi İran daxilindəki narazı qrupları dəstəkləməyə qərar verəcək. Artıq Türkiyə mediasında bunun əlamətləri görünür və bur zamanlar görməzdən gəlinən Güney Azərbaycan məsələsi sıx-sıx gündəmə gətirilir. Bu isə Azərbaycan və Türkiyə arasında Güney Azərbaycanda milli oyanış və azadlıqlarının dəstəklənməsində iki ölkənin istər açıq, istərsə də xüsusi xidmət orqanları səviyyədə işbirliyinin zəruri edir.
Fuad Gahramanlı