KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Fuad Gahramanlı: Gürcüstandakı gərginliyin pərdəarxası geosiyasi səbəbləri

Fuad Gahramanlı: Gürcüstandakı gərginliyin pərdəarxası geosiyasi səbəbləri

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
211 0

Rusiya bu dəfə də uduzdu.

Gürcüstannda baş verən son xalq etirazları uğurla yekunlaşdı. Hakim “Gürcü Arzusu” partiyası parlamentə təqdim etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini geri çəkdiyini bildirdi. Bu ölkədə inqilabi situasiyanın və getdikcə dərinləşən qarşıdurmanın qarşısının almaq üçün ən doğru addım idi. Qaribaşvili iqtidarı izdihamlı və qətiyyətli xalq etirazlarından sonra anladı ki, əgər geri çəkilməzsə, bu proseslər qanun layihəsinə etiraz çərçivəsindən çıxarq ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə daha təhlükəli istiqamət alacaq.

Baş verən hadisələrə təkcə Gürcüstan daxili məsələ kimi yanaşmaq doğru olmaz. Bu Qərblə Rusiya arasında gedən qlobal geosiyasi rəqabətin Ukraynadan sonra Gürcüstanda təzahür etməsi idi. Necə?

Geosiyasi baxımdan Gürcüstan Cənubi Qafqaz və Mərkəzi Asiyanın Orta dəhliz boyu Qərbə əsas çıxış yolu hesab olunur. Rusiyanın bu ölkəni nəzarətə götürməsi ilə Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiyada möhkəmlənmək və Rusiyanı bu regionlardan sıxışdırıb çıxarmaq planlarına mane olmaq mümkündür. Ona görə də təqdim edilən qanun layihəsi ,əslində , qərbyönlü vətəndaş cəmiyyətini zəiflədib, Rusiya meyilli Qaribaşvili hakimiyyətinin daha da gücləndirmək və toplum üzərində nəzarətini genişləndirməyə xidmət edirdi. Əgər, bu qanun qəbul edilsə idi, Qərbin Gürcüstanda rolu və təsiri xeyli dərəcədə zəifləyəcək və hazırkı hakimiyyət Qərbin maraqlarına qarşı daha açıq mövqe qoymaq imkanları qazanacaqdır.

Ona görə də bu zahirən QHT sektoruna aid bir məsələ hesab olunsa da, geosiyasi baxımdan Qərbi Gürcüstanda zəiflətmək cəhdi idi. Bu səbəbdən də, ABŞ ilk günündən məsələyə sərt mövqe bildirərək Gürcüstan hakimiyyətini sanksiyalarla hədələdi.
Gürcü xalqı da başa düşdü ki, əgər, səsiz qalarsa, bu, ölkədə avtoritarizmin yaranmasına, demokratik hüquq və azadlıqların getdikcə məhdudlaşmasına doğru aparacaq. Bununla da Gürcüstan Qərbdən üz döndərib İvanaşvili çətəsinin əli ilə Rusiyanın vassalına çevriləcək.

Ancaq alınmadı. Gürcü xalqı meydanda möhtəşəm bir dirəniş və mübarizə əzmi göstərərək ölkənin Rusiyanın tələsinə salınmasına imkan vermədi. Məhz bu möhtəşəm və qətiyyətli mübarizənin yaratdığı inam nəticəsində bu gün Rusiyanı regiondan uzaqlaşdırmağa çalışan Qərb gürcülərə açıq və birmənalı dəstək verdi.
Qələbə isə ilk növbədə gürcü xalqına aiddir. Çünki bu gün Gürcüstanın maraqları ilə Qərbin maraqları üst-üstə düşür.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir