KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanli: görə biz yox, qazaxlar?

Fuad Gahramanli: görə biz yox, qazaxlar?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
349 0

Bildiyiniz kimi Qazaxıstanda sıxılmış qazın qiymətlərindəki cüzi artıma görə xalq etiraza qalxıb və bu etirazlara görə Nazirlər Kabineti artıq istefaya göndərilib. Siz belə bir şeyi Azərbaycanda təsəvvür edə bilərsinizmi?
Niyə dünənə qədər ukraynların, gürcülərin, ermənilərin, qırğızların, indi də qazaxların etdiklərini biz edə bilmirik?
Qazax cəmiyyəti bizdəkindən daha az siyasiləşib. Orada da avtoritar hakimiyyət var və iqtidarın tənqidi bizdəki kimi geniş yayılmayıb, bizdə olduğu kimi ölkədə demokratik dəyişikliklər, azadlıqlar uğrunda uzun illər ərzində fədakarlıqla mübarizə aparan müxalifət də yoxdur. Qazaxıstanda hər gün 10 minlərlə insan Azərbaycanda olduğu kimi Yutub kanallarında xalqın gözünü açan, hakimiyyəti tənqid edən çıxışları dinləmir. Ancaq gördük ki, cəmiyyət ən cüzi qiymət artımına kütləvi şəkildə reaksiya verdi. Bu etirazlar hansısa liderin çağırışı, kimlərinsə təşkilatçılığı ilə baş vermədi, xalqın təbii reaksiyası kimi üzə çıxdı.
Əsas məsələ də budur. İnsanlar siyasi şür baxımından geri qala, seçki, media azadlığının əhəmiyyətini anlamaya bilərlər. Ancaq kimsə deyə bilməz ki, xalq olaraq biz komunal qiymətlərin qalxmasının, bazardakı süni bahalaşmanın, uşaq pulu verilməməsinin həyatımızı çətinləşdirdiyini anlaya bilmirik. Çox gözəl anlayırıq. Əgər siyasi baxımdan daha geri olan qazaxlar bunu anlayıb etiraz edirlərsə, nədən azərbaycanlılar bu qədər ard – arda gələn bahalaşmaya, istismar və korrupsiyaya görə səslərini çıxarmırlar? Nədir bunun səbəbi?
1) Bizdə insanlar etiraz edəcəkləri təqdirdə həbs olunacaqlarına, çeşidli təzyiqlərə məruz qalacaqlarına görə ehtiyat edirlər. Bu qədər ağırlaşan sosial problemlər qarşısındakı susqunluğun çox sadə səbəblərindən biri, bəlkə də ən asası hakimiyyətin zorakılığı qarşısında yaranan kütləvi qorxudur. Adamlar etiraz edib özlərini təhlükəyə atmaqdansa, susub birtəhər baş girələməyi, təhlükəsiz sürünməyi üstün tuturlar.
2) Qazaxıstanda müxalifət partiyaları , tanınmış siyasi fəallar olmadığı üçün hökumət vaxtaşırı olaraq onları həbs edib, cəmiyyətə qorxu mesajları verə bilmir. Belə şəraitdə kimsənin tanımadığı hansısa narazı vətəndaşın həbsi, ölkə miqyaslı qorxu mühiti yaratmır. Ona görə də Qazaxıstan iqtidarı qazax cəmiyyətinin gözündə bizdə olduğu kimi, elə də qorxulu, vəhşi obrazda görünmür. Bu baxımdan Azərbaycan iqtidarı müxalifət fəallarına qarşı repressiyalardan cəmiyyəti qorxutmaq üçün bir siyasi texnogiya kimi istifadə edir və vaxtaşırı olaraq çoxsaylı qorxu nümunələri yaradır.
3) Azərbaycan cəmiyyətində həyat şərtlərinin Qazaxıstandan aşağı olması, adambaşına düşən ÜDM səviyyəsinə görə qazaxlardan 4 dəfə geri qalması, cəmiyyətimizin öz gücünə inamını da zəiflədir və tələbkarlığını aşağı salır. Cəmiyyətdə yaranmış təsəvvürlərin əksinə olaraq, siyasi sosiologiyada göstərilir ki, iqtisadi şərtlər ağırlaşanda cəmiyyətlərin reaksiya, etiraz qabiliyyəti atmaq əvəzinə, zəifləyir. Ancaq iqtisadi şərtlərdə yaxşılaşma olanda, bu insanların tələblərini və özgüvənini artırır, onları etirazlara, daha yaxşıya nail olmağa sövq edir. Bu baxımdan getdikcə ağırlaşan iqtisadi şərtlər kütləvi etirazları stimullaşdırmaq əvəzinə, insanları miskinləşdirərək acizləçdirir. O da istisna deyil ki, hakimiyyətin getdikcə süni bahalaşma ilə əhalinin yaşayışını çətinləşdirməsinin məqsədi, əzik xalqı öz çətin həyatı ilə barışmağa sövq etməkdir.
4) Azərbaycanda rejimin kriminal mahiyyəti və korrupsiyalaşması, təkcə, hakimiyyətiin özünə aid olmayıb, uzun illər ərzində cəmiyyətin dəyərlər sistemini də aşındıraraq, “əks seleksiya” nəticəsində xalqın psixologiyasını deformasiyaya uğradıb. Bu səbəbdən də bir çox insanlar hakimiyyətin siyasətindən narazı olsalar da, bu siyasəti həyata keçirən məmurlarla eyni dəyərləri, cəngəllik qanunlarını bölüşürlər və ya başqa sözlə desək, ortada əzənlə əzilənin arasında düşüncə, dəyərlər baxımından hər hansı bir fərq də yoxdur.
5) Təhsil səviyyəsindəki gerilik bu gün öz fəsadlarını göstərməkdədir. Bu gün təhsi səviyyəsinə görə biz Qazaxıstandan çox geri qalırıq. Ölkədə təhsil sistemi elə bərbad vəziyyətə salınıb ki, orta məktəblər nəinki şəxsiyyət yetişdirməyə, heç statik bilik verməyə belə yaramır. 30 il ərzində ölkə üzrə yeni nəslin yetişdirilməsi alt paltarında bülleten daşıyan müəllimlərə həvalə olunubsa, o halda təhsil sistemi vasitəsi ilə həyata keçirilən milli şəxsiyyətsizləşdirmə prosesinin bu günkü davranışlarımıza təsirini göz ardı etməməyimiz gərəkdir.
Bu səbəblərin sırasına başqalarını da əlavə etmək mümkündür, ancaq dostların çox da oxumaq həvəsinin olmamasına görə bu sadalananlarla kifayətlənirəm)
Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir