KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanli: Geosiyasi rəqslər Putinin Soçi hədəsi, yoxsa Aİ- nın Brüssel görüşü?

Fuad Gahramanli: Geosiyasi rəqslər Putinin Soçi hədəsi, yoxsa Aİ- nın Brüssel görüşü?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
373 0

Nə baş verir? Bu suala cavab almaq üçün yenə də xarici mətbuatda gedən məlumatlara üz tutmalı oluruq. Çünki Azərbaycan hakimiyyəti öz ənənəsinə uyğun olaraq cəmiyyəti iqnor edib, ölkə üçün vacib sayılan məsələlərlə bağlı xalqa məlumat verməyi lazım bilmir.
Artıq məlum olduğu kimi dekabrın 16 – da Brüsseldə Şərq Tərəfdaşlığı ölkələri rəhbərləri ilə Aİ başçıları arasında keçiriləcək sammitdə İlham Əliyevlə Paşiniyan arasında görüş planlaşdırılır. Bu görüşün Aİ Şurasınn prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcəyi bildirilir.
İlk öncə onu vurğulamaq lazımdır ki, belə bir görüşün keçirilməsinə tərəflərin razılıq verməsi, Moskvanın dominantlıq etdiyi hazırkı geosiyasi konfiqurasiyadan kənar çıxmılma sayıldığı üçün mühüm hadisədir. Nəzərdə tutulan görüşün nəticəsinin nə olmasından asılı olmayaraq, bu təmasın Avropa İttifaqının vasitəçiliyi ilə gerçəkləşməsi faktı, artıq, Moskvanın Qarabağ münaqişəsi üzərindəki bir tərəfli nəzarətini pozmağa xidmət edir. Bu bir reallıqdır ki, 44 günlük savaşdan və rus qoşunlarının Qarabağa gətirilməsindən sonra, Moskva davamlı şəkildə bu iki Qafqaz dövləti üzərində hərbi və siyasi nəzarətin ona məxsus olduğunu, Qarabağ probleminin onun inhisarında olduğunu göstərməyə çalışır. Ona görə də, Brüssel görüşü həm də Qərbin Cənubi Qafqazı Moskvanın birtərəfli nəzarətinə buraxmaq istəməməsini və bu regiondakı problemlərin həllində yaxından iştirak etmək istəyinin göstəricisidir.
Bəs Moskva nə etdi?
Təbii ki, Rusiya bu prosesə sakit yanaşıb müşahidəçi kimi qala bilməzdi. Ona görə də, bu xəbərdən dərhal sonra noyabrın 26 – na Putinin tələbi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Soçidə görüşü təyin olundu. Xatırladım ki, bundan əvvəl Putinin təşəbbüsü ilə noyabrın 9 – da Moskvada keçirilməli olan görüş Paşiniyanın imtinası üzündən alınmamışdı. Moskvanın bu görüşün baş tutmamasını özünün siyasi və diplomatik uğursuzluğu hesab edərək, öz nüfuzuna xələl gətirəcəyindən narahat idi.
Ona görə də Soçi görüşü Moskva üçün prinsip məsələsi sayılır. Ancaq təkcə bu deyil. Böyük ehtimalla Putinin Soçi görüşündə tərəflərə əsas tələbini bu ardıcıllıqla sıralamaq olar.: 1) Brüssel görüşünü pozmaq. 2) Moskvanın təklif etdiyi sərhədlərin demorkasiyası və kommunikasiya xətlərinin açılışına razılıq vermək. 3) Rusiya qoşunlarını sülhməramlı adı altında Azərbaycan Ermənistan sərhəddində gəlməsinə razılıq almaq.
Geosiyasi seçim anı
Hazırda dünyada geosiyasi qütbləşmə elə səviyyədə dərinləşir ki, İlham Əliyev gerçəkdən də öz avtoritar hakimiyyətinin maraqları baxımından çətin seçim qarşısında qalıb. Rusiya Qərb tərəfindən getdikcə daha çox sıxılmaqdadır və qarşıdakı dönəmdə Ukrayna probleminə, Navalnını məsələsinə görə daha çox sanksiya və təzyiqlər vəd olunmaqdadır. Bu vəziyyətdə himayə olunmaq üçün Putinin yanında yer almaq getdikcə geosiyasi riskləri artırır və Qərbin sanksiya hədəfinə gəlməyə zəmin yaradır. Digər tərəfdən də, Türkiyədə Ərdoğan hakimiyyətinin öz qürub çağını yaşaması faktı da, Azərbaycan iqtidarının ənənəvi geosiyasi qlafının gələcək etibarlılığını şübhə altına alır. Ona görə də, əslində, ilham Əliyev Brüssel görüşünə razılıq verməklə bu reallıqları nəzərə alıb və çox ehtimal ki, Aİ ilə bazarlığı getməyi planlayır. Məqsəd bu dəfə də Paşiniyanla görüşə razılıq verib, Qərb üçün təhlükəsizlik və geosiyasi məsələləri ön plana çıxarmaq, demokratiyaya ilə bağlı öhdəliklərdən və Strateji Əməkdaşlıq sazişini imzalamaqdan yayınmaqdır. Çünki, hakimiyyət gözəl başa düşür ki, uzun illər Aİ ilə əməkdaşlığın dərinləşməsini nəzərdə tutan müqavilə imzalamaqdan yayınandan sonra, heç olmasa bu dəfə Qərbi hansısa məsələdə razı salmaq lazımdır, əks təqdirdə, münasibətlər təhlükəli səviyyədə gərginləşə bilər.
Ancaq bu məsələdə qarşıya çıxan əsas əngəl Putinin Aİ vasitəçiliyi ilə keçiriləcək görüşə kəskin şəkildə qarşı çıxmasıdır. Ona görə də, İlham Əliyev hazırkı vəziyyətdə ən azı geosiyasi məsələdə seçim etmək məcburiyyəti qarşısındadır. Hakimiyyət üçün bu seçimi qəlizləşdirən əsas səbəb odur ki, ilk baxışdan geosiyasi seçim kimi görünən problem, həm də sonradan seçilən variantlara uyğun olaraq daxili siyasətdə də yeni paradiqmalar ortaya çıxaracaq.
Ona görə də demək olar ki, Soçi görüşünün nəticələri əhəmiyyətli dərəcədə ölkəmizin Aİ ilə münasibətlərinin perspektivlərini və Azərbaycanın geosiyasi seçimini bəlirləyəcək.

Fuad Gahramanli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir