Bəlkə də dünyanın ən “geopolitik xalqıyıq” . Gələcəyimizi öz milli iradəmizə deyil, qlobal geosiyasi proseslərə bağlamışıq. İş tapa bilməyən, aldığı əmək haqqı ilə keçinəməyə çətinlik çəkən, xəstəliyini müalicə etdirməyə pulu olmayan, kommunal xərcləri, övladının təhsil haqqını ödəməkdə zorluq çəkənlər, təqaüdü kəsilənlər və. s. otrub Qərbin Ukraynada qalib gəlməsini, Putinin zəifləməsinin, AB- nin nə deyəcəyini gözləyirlər. Ölkə daxili məsələlər cəmiyyət üçün o qədər maraqsızlaşıb ki, hətta Ərdoğanın Sezen Aksuya nəsə deməsi, rejimin üzə çıxan korrupsiya əməlindən daha çox ictimai müzakirəyə səbəb olur.
Kütləvi şəkildə milli iradəni kənara qoyub, açıq aşkar taleyimizi geopolitikaya bağlamışıq. Ona görə də, hansısa ölkədə müstəbid hakimiyyətə qarşı xalq etirazları baş qaldıranda, bunu da cana doymuş xalqın etirazı kimi deyil, böyük güclərin oyunu, gizli ssenarisi kimi qəbullanmağa bu qədər meyilliylik. Milli məsuliyyətdən qaçmağın ən yaxşı yolu, geopolitikanın mifik gücünə, komplo nəzəriyyələrinin əsatirlərinə sığınmaqdır
Elə hakimiyyətdə xalqımız kimi “geopolitikdir.” Qərblə qapını tam bağlamırlar.
Qərbin təzyiqləri güclənərsə, Putin Ukrayna bataqlığında batarsa, o zaman siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığı və s. məsələlərdə addım atmağın mümkünlüyünü düşünürlər. Xalqın durumu, getdikcə kəskinləşən sosial iqtisadi problemlər hökumətin vecinə deyil. Çünki hakim komanda hakimiyyətin gələcəyinin Azərbaycan xalqından deyil, geosiyasi proseslərdən aslı olduğuna inanır. Biz də öz “geopolitik xalq” olaraq hakimiyyətin bu inamını daha da gücləndirmiş oluruq.
Fuad Gahramanli
Fuad Gahramanli: Geopolitik xalq
217 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.