KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: G-7 qərarlarından sonra Bakının Rusiya ilə birlikdə qalması nə deməkdir?

Fuad Gahramanlı: G-7 qərarlarından sonra Bakının Rusiya ilə birlikdə qalması nə deməkdir?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
125 0
Fuad gahramanlı

Ukraynaya verilən 80 milyard və ya Türkiyə kiminlədir ?

G-7 qərarlarından sonra Bakının Rusiya ilə birlikdə qalması nə deməkdir?

İtaliyada keçirilən G-7 ölkələrinin zirvə toplantısında Ukraynaya 80 milyard dollar əvəzsiz kredit verilməsi qərara alınıb. Bu məbləğin 50 milyard dollarıni ABŞ, 5 milyardını Kanada, 25 milyard dollarını isə AB təmin edəcək. Yaponiyanın da əlavəsi ilə məbləğin daha da artacağı, təqribən 90 milyarda yaxın məbləğin alınacağı gözlənilir.
Bu vəsait kredit şəklində verilsə də onun faizləri Ukrayna tərəfindən deyil, Rusiyanının dondurulmuş 300 milyard dollarından hər il əldə olunan 3 milyard dolları hesabına ödəniləcək. Nəticədə Ukrayna faktiki heç nə ödəmədən bu 80 milyardı əvəzsiz şəkildə almış olacaq.

Beləcə Qərb qurduğu bu mexanizm vasitəsi ilə Ukrayna savaşını həm də Rusiyanın öz pulu ilə maliyyələsdirməyə başlayacaq. Hətta müharibədən sonra da Rusiyanın bu 300 milyard vəsaitinin təzminat şəklində Ukraynaya veriləcəyi gözlənilir. Putin bu qərara qarşı çox əsəbi reaksiya verib və G-7 ölkələrinin bu addımını ölkəsinə qarşı oğurluq adlandırarıb. O, buna görə mütləq cavab tədbiri görüləcəyini bildirib. Ancaq Rusiyanın buna qarşı necə bir cavab tədbiri görə biləcəyini yəqin ki, nə Putin, nə də ki, onun komandasında kimsə belə özü təsəvvür edə bilməz.

Ən önəmli qərarlardan biri də G-7-də Moskva birjasına qarşı valyuta embarqosunun tətbiqidir. Bununla dollar və avro satışını dayandıran Rusiyanın maliyyə siyasəti Çindən aslı vəziyyətə düşmüş olur. Artıq Moskva birjasında rublun kursu bundan sonra Çin yuanı ilə müəyyən ediləcək və Qərbin sanksiyaları üzündən onsuz da ucuz xammal satan Moskva Çinin daha ağır ticarət şərtlərini qəbul etməli olacaq. Yəni Çin Rusiyanı yumşaq şəkildə istismar edərək, müstəmləkəçi kimi davranamaq imkanı əldə edəcək. Məsələnin ən tragikomik tərəfi odur ki, Putin Qərbə meydan oxumaq, öz şərtlərini qəbul etdirmək istəyirdi, indi isə ölkəsini beynəlxalq təcridə məruz qoyaraq iqtisadi baxımdan Çinin xammal bazasına çevirmis oldu, iqtisadi baxımdan Peykindən tam iasılı vəziyyətə saldı.

Bu prosesdə maraqlı olan Türkiyənin də Rusiyaya qarşı bu ağır qərarların verildiyi toplantıda müşahidəçi qismində iştirak etməsidir. Rusiyaya qarşı qlobol oyunu quranlar aydındır ki, Ukrayna və Roma Papası ilə birlikdə Türkiyəni boş yerə bu toplantıya dəvət etməmişlər. Türkiyə səsvermədə iştirak etməsə də, dünyanın ən üst səviyyə anti-Rusiya qərarlarının verildiyi toplantısına dəvət edirsə, bu artıq geosiyasi baxımdan onun hansı tərəflə birgə olduğunu göstərir. Ona görə də Türkyənin BRİCS -ə üzvlük üçün müraciəti, heç də onun geosiyasi seçimindəki tərəfdüdlə bağlı deyil. Güman edilir ki, Ankaranı BRİCS arzusu daha çox bu ittifaqın anti-Qərb platformasına çevrilməsini əngəlləmək məqsədi güdü. Bu baxımdan Hakan Fidanın 4 iyunda NATO xarici işlər nazirlərinin toplantısında Blinkenlə uzun çəkən bir görüsdən 2 gün sonra Çinə səfər edərək orada ölkəsinin BRİCS-ə daxil olmaq niyyətini açıqlaması və buna da Qərbin heç bir neqativ reaksiya göstərməməsi, bu addımın ABŞ-la razılaşdırılmış olması ehtimalını artırır. Halbuki ABŞ istəsəydi F-16 satışı üzərindən Ankaraya ciddi xəbərdarlıq edə bilərdi

Əslində yuxarıda toxunduğumuz məsələlər Qərbin Rusiyanı bitirmək planlarının nə qədər dərin strateji mahiyyət daşıdığını və kollektiv iradəni əks etdirdiyini göstərir. Rusiyaya qarşı qoyulmuş qadağaları pozan 300 şirkətə qarşı sanksiya tətbiqi onu göstərir ki, Putin rejimi süqut edənə qədər qüdrətli beynəlxalq güclər onun boğazı sıxmaqda davam edəcəklər. Qarşıdakı mərhələdə bir tərəfdən Ukraynaya göstərilən nəhəng maliyyə yardımı, digər tərəfdən isə məhdudiyyətsiz şəkildə hərbi dəstəyin təmin edilməsi, o bir tərəfdən də sanksiyaların dəlinməsi mexanizminin qarşısının alınması, valyuta satışının dayandırılması kimi strateji xarakterli addımlar Putin rejiminin hərbi və iqtisadi resurslarını uzağı bir ilə tam tükəndirmiş olacaq. Bu prosesdə Türkiyə də vəziyyəti doğru qiymətləndirərək vaxtında öz mövqeyinə korrektə edərək Rusiyanın yanında deyil, tədricən qarşısında yer almaqdadır.

Buradan o nəticə çıxır ki, Azərbaycan hakimiyyəti hazırda Türkiyədən fərqli olaraq Rusiyanın yanında yer almaqla və özünü bütün dünyaya Moskvanın müttəfiqi kimi təqdim etməklə çox böyük risqə getmiş olur. Çünki Rusiyanın məğlub edilməsi ilə bağlı dünya nəhənglərinin strateji qərarlarının ortada olduğu bir zamanda Putinin yanında durmaq, onun məğlubiyyətinin risqlərini paylaşmaq deməkdir. Bu geosiyasi seçimin hansı hesablamalar əsaslandığını və nə kimi risqlərə yol açdığını görəsən rejimin baş bilənlərin heç olmasa doğru düzgün analiz edə bilirlərmi? Bunu bacarmırlarsa , o zaman heç olmasa Ərdoğanın addımlarına baxıb nəticə çıxarmaq olar. Nəzərə almaq lazımdır ki, indiki geosiyasi seçim geri dönüşü olmayan bir yol ola bilər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir