Putinin əlində qalan “Oreşniki” və Tramp üçün Bayden yolu.
Avropada maraqlı proseslər baş verməkdədir. Fransanın “Le Monde” qəzeti məlumat yayıb ki, Fransa ilə İngiltərə arasında burgə hərbi ittifaqın yaradılması ilə bağlı müzakirələr başlayıb. Yaradılması nəzərdə tutulan bu hərbi ittifaqın məqsədi Trampın hakimiyyəti dövründə yarana biləcək anlaşmazlıq və risqlərə qarşı Ukraynanı hərbi dəstəksiz qoymamaq və Rusiya işğalına qarşı davamlı şəkildə müdafiə etməkdir. Qəzet hesab edir ki, Almaniyada ciddi lider boşluğunun olması üzündən Fransa və İngiltərə bu sahədə ikisi təşəbbüsü öz üzərlərinə götürməyə məcburdurlar. Əgər bu ittifaq gerçəkləşərsə, o zaman ənənəvi olaraq tarix boyu bir- biri ilə rəqabət içərisində olan anqlosakson ittifaqının ən əhəmiyyətli təmsilçisi ilə Fransızlar müttəfiqə çevriləcəklər. Bu Brexsitdən sonra Putin üçün hazır olmadığı bir sürpriz sayıla bilər.
Ötən gün Fransanın xarici işlər naziri Noel Barro ingilis həmkarı Devid Lemmini ilə iki ölkə arasında hərbi ittifaq məsələsini müzakirə etmək üçün İngiltərəyə səfərə gəlib. Bu səfərdən öncə fransız nazir Neil Barro Fransanın Rusiyaya qarşı Ukraynaya “SCAlLP” raketlərindən istifadəyə razılıq verməsi ilə bağlı sualı cavablandırarkən hərbi yardım göstərilməsi məsələsində onlar üçün artıq heç bir qırmızı xəttin olmadığını bildirmişdi. O, həmçinin Ukraynaya əsgər göndərilməsi məsələsinin də istisna olmadığını deməklə, Makronun bir müddət öncə bununla bağlı səsləndirdiyi təklifin müzakirə masasında olduğuna işarə edib. Neil Barro Rusiyanın Ukraynada hər kilometr irəliləyişini isgal təhlükəsinin Avropaya yaxınlaşması kimi qiymətləndirərək, bu təhlükəni önləmək üçün Ukraynanı sona qədər dəstəkləyəcəklərini bildirib.
İngiltərə də Rusiya işğalına qarşı Ukraynanın güclü şəkildə dətəkləməklə yanaşı, həm də öz qəti və sərt mövqeyi ilə Avropanın toparlanmasına çalışır. Son vaxtlar Britaniya ilə Rusiya arasında nüvə təhdidinə qədər gedib çıxan gərginlik də bununla bağlıdır. İngiltərənin bas naziri Starmer Ukraynadakı rus işğalının birbaşa Avropanın təhlükəsizliyi məsələsİ olduğunu bildirərək, heç bir halda Putinə qalib gəlmə imkanı verilməyəcəyini ölkəsinin strateji hədəfi kimi ifadə edib. İngiltərə ordusunun yeni Baş Qərargah rəisi Patrik Sanders isə bütün hərbçilərə müraciət edərək onlara Rusiya ilə müharibəyə hazırlaşn mesajını çatdırıb. Onun müavini Rob Maqovan bir qədər də qabağa gedərək ötən gün parlamentdəki çıxışnda Avropanı Rusiya işğalına qarşı müdafiə etmək üçün lazım gələn anda döyüşlərə qatılmağa hazır olduqlarını bildirib.
Göründüyü kimi İngiltərə və Fransa Rusiyaya qarşı sərt mövqeləri ilə digər Avropa ölkələrinə də nümunə təsir göstərib NATO-dan kənarda daha çevik hərbi müdafiə ittifaq yaratmağa hazırlaşırlar. Bu, əslində mahiyyət etibarilə Fransanın əvvələr gündəmə gətirdiyi, ancaq yetərli dəstək qazanmamış Avropa ordusu ideyasının bu gün üçün reallaşması deməkdir. Trampın seçki ərəfəsində dediklərini əsas gətirərən Makron Rusiya təhlükəsi qarşısında yaranmış qorxudan maksimum istifadə edərək İngiltərənin dəstəyi ilə Fransanın Avropadakı liderliyini gücləndirməyə və qitənin müstəqil şəkildə özünü müdafiə mexanizmi yaratmağa çalışır. İngiltərə isə Almaniyanın güclü lider yoxluğu problemi üzündən təşəbbüsü ələ ala bilməməsi fonunda Avropanı tək Fransanın öhdəsinə buraxmamaq üçün tarixi ənənələrin əksinə olaraq bu prosesdə Parislə birgə hərəkət edir. Dərin hesablı ingilis siyasəti bununla həm də Trampın mümkün səhvləri qarşısında Avropanının zəif duruma düşərək mövcud təhlükəsizlik arxitekturasının dağılmasının və Rusiyanın qalib gəlməsinin qarşısını almağa çalışır. Əgər Tramp Avropa ilə münasibətlərdə hər hansı səhvə yol verməyəcəksə, o zaman İngiltərənin hazırkı mövqeyi ABŞ-n Avropa üzərindəki ənənəvi təsir və nüfuzunu qorumaqğa kömək edəcək.
Böyük ehtimalla bu haqqında danışdığımız proses Avropanı ABŞ şəmsiyyəsi altında saxlamaq üçün Tramp adminstrasiyasını Ukraynaya dəstək məsələsində daha qətiyyətli olmağa vadar edəcək. Bu günlərdə Trampın hökumətində ən önəmli strateji sahələrdən sayılan Milli təhlükəsizlik məsələləri üzrə müşavir olacaq Mayk Uolz hazırkı Bayden adminstrasiyasındakı həmkarı Cek Sallivanla görüsdən sonra onlar arasında hər hansı fikir ayrılıqları olmadığını bildirib. Bu çox mühüm bəyanat Ukrayna məsələsində hazırki siyasi kursun davam edəcəyi anlamına gəlir.
Trampın Baydenin Rusiya qarşı raketlərdən istifadəyə ilə bağlı icazəsinə təmkinli münasibəti də onu göstərdi ki, Ukrayna məsələsində ABŞ-n gələcəkdə də hər hansı geri çəkilməsi gözlənilmir. Bu özlüyündə təkcə Ukraynaya münasibət məsələsi deyil, həm də Avropa üzərində ABŞ-n təsir və nüfuzunu qorumağın olmazssa olmaz şərtidir.
Məlumatlara görə yeni hərbi ittifaq çərçivəsində ilkin mərhələdə Fransa və İngiltərə özəl hərbi şirkətlər vasitəsilə ilə muzdlu döyüşçülərin Ukraynaya göndərilməsini müzakirə edirlər. Əvvəllər Ukraynaya əsgər göndərilərsə, onların döyüşlərdə iştirak etmədən arxa cəbhədə və Belorusla sərhəddə yerləşməsi nəzərdə tutulurdu. İndi isə bu əsgərlərin xüsusi təyinatlılardan ibarət olması və ən ağır döyüş bölgələrinə yerləşdirilməsi və bununla da həm də Ukraynanın əsgər çatışmazlığının aradan qaldırılması müzakirə edilir. Qeyd edək ki , Şimali Koreyayanın Rusiyaya 12 min hərbçi göndərməsi fonunda Qərbin də Ukraynaya belə bir yardım göstərməsinin yolu açılmış görünür. Eyni zamanda bu hərbi ittifaqın gələcəkdə genişlənməsi, növbəti mərhələdə İngiltərə ilə Fransadan basqa n Polşa da daxil olmaqla yeni qoşulmaq istəyən üzvlər üçün açıq olması da nəzərdə tutulur.
Ancaq bizim qənaət imiz odur ki, ABŞ -n Ukraynaya dəstəyinin artması və gücləndirməsi Fransa və İngiltərə arasında yaradılması müzakirə edilən hərbi ittifaqın aktuallığını da azalda bilər. Hələlik isə bütün bu bas verənlər Ukraynanın rus işğalına qarşı daha çox və güclü dəstəklənəcəyini və Putinin nüvə hədələrinin heç bir işə yaramadığını göstərir