KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Ermenistan niye saldırdı

Fuad Gahramanlı: Ermenistan niye saldırdı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
287 0

Sərhəddə qanlı toqquşma.

Azərbaycan Ermənistan sərhəddində yenidən atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatıma görə aprelin 11-i Ermənistan ordusunun bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Hərbi toqquşma nəticəsində hər iki tərəfdə itkilər var.
Təsdiqlənməmiş məlumata görə Laçın-Gorus istiqamətində baş vermiş atışma nəticəsində 6 erməni hərbçisi öldürülüb və daha artığı isə yaralanıb.
Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin məlumatına görə yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri, hazırda əməliyyat olunan Armen Gezalyan da var.
Qəzetinin bildirir ki, erməni tərəfi hələ də öz yaralılarını döyüş ərazisindən çıxara bilməyib.
Azərbaycan tərəfin itkiləri ilə bağlı isə hələ ki, rəsmi məlumat yoxdur.

Bu hadisənin Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərinin görüşü barədə məlumat yayıldıqdan sonra baş verməsi, onu göstərir ki, Rusiya yenə iş başındadır.
Azərbaycan üçün problem ondadır ki, Ermənistan AB müşahidəçilərini əvvəlcədən öz sərhədlərində yerləşdirdiyi üçün Azərbaycan tərəfi toqquşmanın baş verməsində ilk başlayan tərəf kimi təqdim oluna bilər. Çünki müşahidəçilərin erməni tərəfindən açılan atəşi görmək imkanları məhdud olduğu üçün, çox güman ki, onlar Azərbaycanın cavab atəşini elə ilk açılan atəş kimi qeyd edə alacaqlar.

Biz deyəndə ki, belə vəziyyətdə haqsız çıxmamaq üçün vaxtında AB müşahidəçilərini Azərbaycan sərhədlərinə də dəvət etmək lazımdır, hakimiyyət Rusiyanın istəyi ilə bu imkandan imtina etdi. İndi bu üzdən Ermənistan haqsız olduğu halda özünü haqlı göstərməyə çalışacaq.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir