KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanli: Ermənilər Xankəndində Azərbaycan, Türkiyə və İsrail bayraqlarını yandırıblar

Fuad Gahramanli: Ermənilər Xankəndində Azərbaycan, Türkiyə və İsrail bayraqlarını yandırıblar

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
311 0

Bu da, “Dağlıq Qarabağ problemi həll olunub” deyən hakimiyyətə növbəti cavab. Bu hadisə qarşısında Azərbaycan dövlətinin verəcəyi reaksiya nə olacaq?

Pislənsə, o zaman sual yaranacaq ki, bəs nə oldu, axı deyirdiniz Dağlıq Qarabağ problemi həll edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Yox, əgər iqtidar ənənəsinə sadiq qalıb sussa, o zaman yenə də sual yaranır ki, nə vaxta qədər bu susqunluq davam edəcək? Bundan sonra Ermənilər vactaşırı Rusiyanın himayəsi ilə suverenliyimizi pozan təxribatlar edəcəklər. Bunlara reaksiya verməmək isə, Dağlıq Qarabağdan faktiki imtina anlamına gələr. Əgər o əraziləri özümüzünkü sayırıqsa, o halda orda olub bitənlərə də reaksiyamız ortada olmalıdlr.
Bu hadisənin arxasında Rusiyanın dəsti xətti açıq görünür.
Ukrayna məsələsində Türkiyə ilə yaranmış ziddiyyətə qarşılıq, Dağlıq Qarabağda Azərbaycanın suverenliyini pozacaq hərəkətlərlə mesaj verilir. Göstərilir ki, Dağlıq Qarabağ Rusiyanın patronajlığında olan ərazidir və burada ancaq Rusiyanın iradəsi hakimdir. Azərbaycan heç bir halda, bu əraziyə təsir göstərmək iqtidarında deyil və oradakı qondarma rejim Türkiyənin dəstəyi ilə qazanılmış hərbi nəticələri qəbul etmir.
Bura 9 mayda rus sülhməramlılarının keçirəcəyi hərbi paradı da əlavə etsək, o zaman Rusiyanın Azərbaycan və Türkiyəyə meydan oxumaq, güc nümayiş etdirmək niyyətini daha aydın görmək olar.
Heç olmasa bundan sonra Dağlıq Qarabağda baş verənlərə dövlət olaraq münasibət bildirmək gərəkdir. Çünki susmaq Rusiyanın yeni və daha kobud davranışlarına zəmin yaradır.
Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir