KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanli: Ermənistandakı seçkilər hansı mühüm dəyişikliklərə səbəb olacq? Regionumuzu nə gözləyir?

Fuad Gahramanli: Ermənistandakı seçkilər hansı mühüm dəyişikliklərə səbəb olacq? Regionumuzu nə gözləyir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
386 0

Ermənistanda parlament seçkiləri bu ölkədə hələ kövrək olan demokratiyanın bir imtahanı idi. Bu seçkidən sonra Ermənistanda Gürcüstan kimi keçmişin avtoritarizm meyillərindən birdəfəlik qopub, demokratiya relsi ilə Qərbə doğru üz tutdu . Paşinyanın partiyası 53.92%, onun əsas rəqibi Koçaryanın seçki bloku isə 21.04% səs alması, erməni cəmiyyətində millətçilik ritorikasının iflasa uğradığını, praqmatik və rasional yanaşmanın üstünlük təşkil etdiyini göstərdi.
Bu seçkilər göstərdi ki, , Rusiyanın erməni xalqına qarmaq kimi uddurduğu “Böyük Ermənistan” ultra millətçi ideyasının artıq iflasa uğrayıb. Ermənilər artıq öz həyatlarına, gələcəklərinə daha rasional yanaşaraq, müharibə, qurbanlar tələb edən çağrışlara vaxtı keçmiş çılğınlıq, səmərəsiz yol kimi baxırlar.
Belə görünür ki, Putin əslində 44 günlük müharibə ssenarisi ilə, Paşiniyanı cəzalandırmaq istədiyi yerdə, özü də bilmədən, Ermənistan cəmiyyətində aqressiv millətçi düşüncənin iflasına səbəb olub. Çünki, 44 günlük müharibənin qurbanlarını və qorxusunu bir daha yenidən yaşamaq istəməyən erməni xalqı, Moskvanın himayəsi ilə Şuşanı və Hadrutu geri qaytarmağı vəd edən Köçəryana səs vermədi. Bunula da, müharibə ideyası ilə Ermənistanı öz nəzarətində saxlayan Rusiyanın əlindən əsas ideoloji aləti çıxmış oldu.
Bu seçkidəki böyük qələbəsindən sonra, Paşiniyan öz siyasətində Putinin avantüralarına və təzyiqlərinə qarşı daha dayanıqlı mövqe qazanmış oldu.
Belə bir vəziyyət təbi ki, Rusiyanın öz tarixi Qafqaz siyasətinə yenidən baxmasını gündəmə gətirəcək. Nəyə görə?
İndiyə qədər Moskva Paşiniyanın Qərbə üz tutmasını, populizm dalğasında təsadüfən hakimiyyətə gəlmiş liderin şəxsi insiyyativi hesab edirdi. Ona görə də, Ermənistana strateji baxımdan Rusiyanın tarixi kökləri olan maraqları üçün mühüm müttəfiq və dayaq kimi baxılırdı. Ancaq bu dəfəki seçkilər göstərdi ki, məsələyə heç də Paşiniyan və komandasının mövqeyi kimi sadə baxmaq doğru deyil. Rusiya himayəsindən qurtulmaq, öz gələcəyini demokratik Qərbdə görmək, müharibələrdən imtina etmək, təkcə Paşiniyanlın deyil, bütövlükdə erməni xalqının arzusudur. O halda, sual yaranır, strateji baxımdan itirilmiş Ermənistana Rusiya nəyə görə bu qədər dəstək göstərməli, onu himayə etməlidir? Ermənistan cəmiyyətində geri döməz xarakter alan anti – Rusiya mövqeyi və möhkəmlənən demokratiya ənənəsi, indiki anda avtoritar Putin hakimiyyətinin imperial maraqlarına nəinki cavab vermir, hətta bəzi məqamlarda ona siyasi və ideoloji təhdid yaradır. Bu baxımdan, yaxın gələcəkdə Paşiniyanın dəstəyi ilə Qərbin Dağlıq Qarabağ məsələsində daha fəal şəkildə oyuna daxil olacağı və Rusiyanın problem üzərindəki siyasi və hərbi nəzarətinin ciddi şəkildə zəifləyəcəyi gözləniləndir. Təqribən 10-15 gün öncə, Azərbaycanla əsirlərin və minalanmış ərazilərin xəritəsinin mübadiləsi əməliyyatı ilə Qərb bu prosesə daxil olmasının ilkin “provasın” etmiş oldu. Bu uğurlu “prova” Qərbə bundan sonra, Ermənistan iqtidarına istinadən, daha yeni siyasi və diplomatik təşəbbüslər göstərərək, öz fəallığını artırmaq imkanı verəcək.
Ermənistan bu seçkilərdən sonra, Avropa ilə daha dərinin teqrasiyaya gedərək, Gürcüstan və Ukrayna ilə bir sırada yer almağa, Qərb investisiyaları və yardımları ilə ölkənin sosial iqtisadi problemlərini həll etməyə çalışacaq. Bu isə Cənubi Qafqazda geosiyası qüvvələr balansının ciddi şəkildə Qərbin xeyirinə dəyişməsinə və Rusiyanın strateji baxımdan bu regionu itirməsinə gətirib çıxaracaq.
Göründüyü kimi, Ermənistandakı seçkilər təkcə bu ölkənin daxili məsələsi olmayıb, həm də regionumuzun gələcəyinə, Qərb və Rusiya arasındakı qüvvələr balansının ciddi şəkildə dəyişməsinə yol açacaq əhəmiyyətli bir hadisədir.

Fuad Gahramanli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir