KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Ermənistan – Rusiya hərbi İttifaqı dağılırmı ?

Fuad Gahramanlı: Ermənistan – Rusiya hərbi İttifaqı dağılırmı ?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
249 0

Paşinyan Putinə niyə meydan oxuyur ?

Türkiyə Ermənistanı nəyə təşviq edir ?

Dünən Ermənistanda Rusiyanın 102 – ci bazası qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Laçın yolunda “sülhməramlı”ların fəaliyyətsizliyi və 102-ci bazanın çıxarılması ilə bağlı tələblər səsləndiriblər. Polisin gecikmiş və yumşaq müdaxiləsindən belə görünürdü ki, əslində, Ermənistan hakimiyyəti bu aksiyanın keçirilməsində özü də maraqlıdır.
Bu etiraz aksiyası Paşinyanın Rusiyaya qarşı son vaxtlar etdiyi diplomatik etirazların artıq yeni bir məzmuna keçdiyini göstərməkdədir. Bundan əvvəl Paşinyanın KTMT – nin yekun sənədini imzalamaqdan imtina etməsi, Nazirlər Kabineti toplantısında Rusiyanı kəsin tənqid etməsi, Ermənistan xarici işlər naziri Mirzoyanın Moskvadakı üçtərəfli görüşü baykot etməsi bütün bunlar Moskvanı çətin vəziyyətə salıb və hələ ki, Putin buna qarşılıq nə reaksiya verəcəyini müəyyənləşdirə bilmir.
Bu baxımdan dünənki tədbir də Rusiya ünvanlanmış yeni məzmunlu sərt xəbərdarlıq sayıla bilər. Bu aksiya ilə təşkilatçılar açıq şəkildə Putinə mesaj verdilər ki, əgər Rusiya Ermənistanın Qarabağla bağlı maraqlarını dəstəkləməzssə, o zaman məsələ heç də, diplomatik narazılıqla bitməyəcək və erməni cəmiyyətində anti-Rusiya ovqqatından istifadə olunaraq iki ölkənin hələ də formal olaraq mövcud olan hərbi – strateji birliyinə son qoyula bilər. 102 – ci hərbi bazanın etirazların hədəfi kimi seçilməsi də məhz bu mesajı çatdırmaq üçün idi.
Ermənistanla Rusiya arasında hələ 2010- cu ildə imzalanmış müqaviləyə görə 102 saylı baza 2044 c-cü ilə qədər Ermənistanda qalmalıdır. Ancaq Paşinyan göstərir ki, onun heç də öz sələflərinin imzaladığı bu müqaviləyə sadiq qalmaq kimi bir niyyəti yoxdur və bu müqavilənin davam etməsi Rusiyadan olan gözləntilərin yerinə yetirilməsində bağlıdır.
Son vaxtlar Rusiya və Ermənistan arasında münasibətlər artıq yeni məzmun almağa başlayıb. Əgər yaxın vaxtlara qədər Rusiya Ermənistana təzyiq edərək öz tələblərini diktə etməyə çalışırdısa, artıq indi Paşinyan ard – arda Rusiya qarşı sərt etirazlar bildirməkdədir. Bu gün Paşinyan Laçın yolunda Azərbaycan vətəndaşlarının etiraz tədbirini Rusiya ilə birgə hazırlanmış ssenari kimi qəbul edər və bu aksiyanı Moskvanın Azərbaycan vasitəsi ilə ona qarşı həyata keçirdiyi təzyiq kimi qiymətləndirir. Həmçinin Paşinyan Rusiya emisarı Vardanyanın Qarabağdakı ermənilərin liderinə çevrilməsindən və Putinin bu yolla Qarabağ kartından ona qarşı istifadə etmək niyyətində olmasından da narahatdır.
Məhz, bu arada Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə yük daşımalarına qoyulmuş qadağanın qaldırması təsadüfi sayıla bilməz Belə görünür ki, Türkiyə Rusiya ilə toqquşan Ermənistanı bu siyasəti davam etdirməyə təşviq edir. Eyni zamanda Ermənistan da bunun qarşılığında əsasən cənub cinahında Türkiyəyə qarşı qurulmuş 102 – ci bazanı hədəf almaqla, Ankaradan özünə təhlükə gözləmədiyini və bu yöndə Rusiyanın hərbi strateji planlarını bölüşmədiyini də gösttərməyə çalışır.
Beləliklə də, bu gün Ermənistan və Rusiya arasında ziddiyyətlərin getdikcə dərinləşməsi Qərbin və Türkiyənin də buna pərdəarxası dəstək verməsi, Moskvanı Cənubi Qafqazda getdikcə daha zəif duruma salmaqdadır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir