KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Ermənistan Rusiya gərginliyi nə ilə bağlıdır?

Fuad Gahramanlı: Ermənistan Rusiya gərginliyi nə ilə bağlıdır?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
52 0

Qərb kimin əlii ilə Putini oyundankənar saxlamaq istəyir?

Rusiya Qarabağı öz quberniyasına çevrilməyə çalışır.

Ermənistan Azərbaycanın arasında gərginlik tədricən böyüyərək İrəvan ilə Rusiya arasında dərinləşməkdə olan narazılığa çevrilməkdədir. Açıq aşkar görünür ki, Ermənistan Azərbaycanla sülhə gedən yolu Rusiyanı oyundan kənarlaşdırmaqda görür.
Ermənistan xarici işlər naziri Mirzoyanın Moskvada keçirilən 3 tərəfli görüşü baykot etdikdən sonra, bu gün Nazirlər Kabinetinin iclasında çıxış edən Paşinyan Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib.O, çıxışında bildirib ki, ” Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamaq, sülhməramlı kontingent üçün BMT mandatı almaq lazımdır. Yaxud da Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərilməlidir.”
Göründüyü kimi, Paşinyan Laçın dəhlizində yaranmış gərginliyə görə Azərbaycanla yanaşı həm də Rusiyanı məsul tutur və əslində problemin Moskvadan qaynaqlandığına işarə edir.
Paşinyan hökumətinin Rusiyaya qarşı bu demarşının ABŞ və İngiltərənin kəşfiyyat qurumlarının başçıları Börns və Murun ard-arda İrəvanda etdikləri səfərlərdən sonra olması heç də təsadüfi deyil. Belə görünür ki, Qərb Rusiyanın orbitindən çıxmaqda qərarlı olan Paşiniyana təhlükəsizlik təminatları verməklə, onun əli ilə Moskvanı Qafqazdan uzaqlaşdırmağa çalışır.
Belə görünür ki, Laçın yolundakl ekoaktivistlərin aksiyasına görə Azərbaycanın ayrı – ayrı Qərb ölkələri tərəfindən və BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə qınanması Ermənistanın geosiyasi seçiminə dəstək məqsədi daşıyırdı. Təəssüf ki, bu prosesdə Azərbaycan Rusiyanın yanında olduğu üçün beynəlxalq birlik tərəfindən regionda Moskvanın maraqlarının təmsilçisi kimi qəbul edilir. Artıq beynəlxalq səviyyədə heç kim ekoaktivistlərin ilk vaxtlar Volkovla görüş tələb etməsini ciddiyə almır və bunu Azərbaycanla Rusiya arasında ziddiyət göstəricisi kimi qəbul etmir. Çünki ekoaktivistlərin etiraz və tələbindən fərqli olaraq Azərbaycan və Rusiya dövlətlər arası münasibətləri nəinki ortada hər hansı ziddiyyətin olduğunu göstərmir, hətta Moskvanın xeyrinə kordinasiya edilmiş bir fəaliyyətin olduğunu deməyə əsas verir.
Rusiya prezidentinin sözçüsü Peskovun Paşinyanın məlum bəyanatına cavabı isə dediklərimizi təsdiq edir. O, bildirib ki , “Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına BMT mandatı vermək və ya beynəlxalq qüvvələrin bura cəlb edilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazımdır”.
Bu açıqlamadan görünür ki, Paşinyanın rus “sülhməramlıları”nı regiondan çıxarmaq cəhdinin qarşısınl almaq üçün Rusiya Azərbaycanın razılığı məsələsindən öz maraqlarını gizlətmək üçün istifadə edir.
Bəs Rusiya bu xidmətin qarşılığında Azərbaycana nə verir?
Görünən budur ki, nəinki heç nə vermir, əksinə, Qarabağa göndərdiyi Vardanyanın süni şəkildə şişirdilərək oradakı ermənilərin liderinə çevrilməsinə, Qarabağı faktiki olaraq Ermənistandan asılı olmadan öz quberniyasına çevirməyə çalışır.
Azərbaycana isə qalan Rusiyanın planlarında iştiraka görə beynəlxalq təzyiq və qınaqlara məruz qalıb daha çox Rusiyadan aslı vəziyyətə düşmək olacaq.
Rusiya Azərbaycanın beynəlxalq səviyyədə məruz qaldığı təzyiqlərin müqabilində Laçın dəhlizində gömrük postu belə qoymağa icazə vermir. Təəssüf ki, Azərbaycan rəhbərliyi də bu məsələdə israr edib Rusiyadan öz suveren hüquqlarını tətbiq etməyi tələb edə bilmir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir