KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Ermənistan “etnik təmizləmə” ittahamına qarşı nə addım atmalı?

Fuad Gahramanlı: Ermənistan “etnik təmizləmə” ittahamına qarşı nə addım atmalı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
135 0

İqtidar üçün təklif.

Ermənistanın Qarabağda Azərbaycanı etnik təmizləmə həyata keçirməkdə ittiham etməsinə qarşı hansı əks gediş edilməlidir? Belə görünür ki, Azərbaycanın sadəcə olaraq belə bir faktın olmadığını əsas gətrib müdafiə olunmaq yolunu seçib. Həmişə demişik ki, Azərbaycan xarici siyasətini müəyyənləşdirənlərin intellekti və xarici siyasət sahəsində qabiliyyətləri yetərli olmadığı üçün ölkəmiz həmişə bədəllər ödəyir, davamlı şəkildə xal itirir.

Avropa Parlamentindəki son müzakirələr göstərdi ki, bəzən həqiqət özlüyündə heç bir əhəmiyyət kəsb etmir. Kimin marağına nə necə uyğundursa, bu istəyinə uyğun olaraq da öz həqiqətini yaradır və ona uyğun olaraq da davranır. İndi Azərbaycana qarşı bir tərəfdən etnik təmizləmə ittihamı gündəmə gətirilir, digər tərəfdən də Qarabağı könüllü tərk etmiş ermənilərun geri qaytarılması ilə bağlı dövlətimizin üzərinə öhdəlik qoyulmasa çalışılır. Bu gerçək və ədalətli olmayan iddialar əsasında beynəlxalq Cinayət Məhkəməsində, Avropa Məhkəməsində hüquqi nəticələri olan qərarlarla yanaşı, beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə ölkəmizə qarşı təzyiqlər də gözlənilir.

Bəs nə etməli? İndiki halda Azərbaycanın əlində olan ən ən tutarlı təsir mexanizmi etnik təmizləmə olmaması ilə bağlı faktın özündən daha çox, Ermənistanla sülh prosesinin özüdür. Sülh müqaviləsi imzalamağa hazır olalduğunu bildirən Azərbaycan bu məsələdən özünü qorumaq üçün bir təzyiq vasitəsi kimi istifadə etməlidir. Azərbaycan sülh danışıqlarına vasitəçilik edən Avropa Birliyinə və ABŞ-a açıq şəkildə bildirməlidir ki, Ermənistanla sülhün əsas şərtlərindən biri də, könüllü olaraq Qarabağı tərk etmiş ermənilərin geri qaytarılması yönündə cəhdlərdən əl çəkilməsi və etnik təmizləmə ittihamının ortadan qaldırılmasıdır. Azərbaycan Qarabağı könüllü tərk edən erməniləri bu ərazidən dövlət olaraq zorla çıxarmadığına görə indi də buna görə onların geri qaytarılması üçün dövlətin üzərinə rəsmi öhdəlik götürməsi əsassız bir tələbdir. Bakı birmənalı şəkildə deməlidir ki, Ermənistanın bu əsassız iddası və onun beynəlxalq səviyyədə müdafiə olunması sülh müqaviləsinin qarşısını kəsir. Ona görə də Qarabağdan köçən ermənilərin geri qaytarılması ilə bağlı Azərbaycanın üzərinə öhdəlik qoymaq, kompensasiya tələb etmək və etnik təmizləmə iddasını qaldırmaq sülh prosesinə mane olacaq. Bu Azərbaycanın şərti olmalıdlr və uca səslə deyilməlidir.

Bu baxımdan Azərbaycan hakimiyyəti Qərbin təşəbbüsü ilə keçirilən sülh danışıqlarını baykot etmək əvəzinə, görüşlərdə iştirak edib sülh prosesi ilə bağlı öz tələblərini səsləndirməlidir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir