KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Erməni nazirin Türkiyə səfəri Azərbaycana nə vəd edir ?

Fuad Gahramanlı: Erməni nazirin Türkiyə səfəri Azərbaycana nə vəd edir ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
279 0

Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan bu gün Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirir. Bu görüş münasibətlərin normallaşdırılması məqsədi daşıyır. Bəs bu iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur ?
İık öncə onu nəzərə alımaq lazımdır ki, hər iki ölkə arasında münasibətlərin yaxşılaşması Paşinyanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya etmək siyasətinin güclənməsinə xidmət edəcək. Tarixən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti Rusiyadam qaynaqlanıb. İndi Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpası Paşinyan hökumətinin Rusiyadan daha çox uzaqlaşmasına yardım edəcək. Bu da təbii ki, Azərbaycanın milli maraqlarına uyğundur.

Bu gün Rusiyanın Ermənistanda saxladığı hərbi bazaların əsas məqsədlərindən bir də NATO ölkəsi sayılan Türkiyə təhlükəsinin qarşısını almaq üçündür. İndiki yaxınlaşma çərçivəsində İrəvan və Ankara arasında münasibətlərin yaxşılaşması, erməni cəmiyyətinin Türkiyə ilə bağlı duyduğu ənənəvi qorxunu, təhlükəni də aradan qaldıracaq. Bu da rus ordusunun Ermənistandan çıxarılmasını istəyən Paşinyan hakimiyyətinin əlinini gücləndirmiş olacaq. Ötən ilin axırlarında Ermənistanda hakimiyyətin razılığı uilə 102-ci rus hərbi bazasının çıxarılması tələbi ilə bir neçə aksiyanın keçirilməsini nəzərə alsaq, o zaman demək olar ki, bundan sonra Paşinyan bu məsələdə Moskvaya qarşı daha qətiyyətli davarana biləcək.
Eyni zamanda nəzərə almaq lazımdır ki, erməni cəmiyyətində türk düşmənçiliyi stereotiplərinin dağılması da Azərbaycanın təhlükəsizlik maraqlarına uyğundur və bu hal sülh danışıqlarında müsbət nəticələr əldə olunmasına təsir edə bilər.
Aydındır ki, ikimölkə arsında əlaqələrin bərpası Türkiyənin Ermənistan üzərində iqtisadi, siyasi təsirinin artmasına və qardaş ölkənin Cənubi Qafqazda mövqeyinin möhkəmlənməsinə də müsbət təsir göstərəcək. Təbii ki, bu da Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə və Türkiyənin bu işdə rolunun güclənməsinə daha çox təsir göstərəcək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir