KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Əli Kərimlinin məqaləsi və dünyanın Azərbaycan siyasətinə baxıs bucağı

Fuad Gahramanlı: Əli Kərimlinin məqaləsi və dünyanın Azərbaycan siyasətinə baxıs bucağı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
41 0

Dünyanın gördüyünu “görməyənlər” bəs hara baxır?

Əli Kərimlinin dünyaca məşhur “The Economist”də ölkədə getdikcə ağırlaşan repressiv durumla bağlı məqaləsinin çıxması Azərbaycan siyasəti üçün mühüm hadisədir. Təkcə onu qeyd edək ki, bu cür dünya ictimai rəyinə təsir göstərən media qurumlarında hakimiyyətin mövqeyini əks etdirən hər hansı yazı çıxması üçün lobbi qrupları vasitəçi olur və böyük məbləğlər ödənilir.
Əli bəyin COP -29 ərəfəsində Azərbaycan hakimiyyətinin demokratiya düşmənçiliyini beynəlxalq ictimai rəyə təqdim edən məqaləsi isə bu nüfuzlu dərginin öz istəyi ilə olub.

Və diqqəti çəkən məqamlardan biri də budur ki, “The Economist“ məqalə müəllifini Azərbaycanın əsas müxalifət partiyasının sədri kimi təqdim edib. Əslində, bu, bir yenilik deyil. Əli Kərimlinin məhkəməsi ilə bağlı Qərb mediasının yazılarında, o, ölkə müxalifətinin lideri kimi təqdim edilir. Hətta Azərbaycandakı saxta seçkilərə qiymət verərkən, ATƏT başda olmaqla, beynəlxalq təşkilatlar və media quruluşları məhz AXCP -nin seçkilərə qatılmamasını əsas götürərək, onu alternativsiz , azad olmayan bir proses kimi xarakterizə ediblər. Bu baxımdan “The Ecinomist”in təqdimatı beynəlxalq birliyin Azərbaycan siyasətinə yeni baxış ənənəsini əks etdirir və ölkənin demokratiya ilə bağlı problemlərinin AXCP və onun liderinin movqeyi üzərindən dəyərləndirildiyini göstərir.

Sözügedən məqalənin məzmunu üzərində durmadan diqqəti başqa bir vacib məsləyə də cəlb etmək istərdim. Sözüm son zamanlar Azərbaycanda müxalifətin varlığını inkar edənlərə, AXCP -nin bütün ağır şərtlərə rəğmən öz mübarizə mövqeyində qalmasını görməzdən gələnlərə, hətta yuxarıda haqqında bəhs etdiyimiz boykot taktikası beynəlxalq ictimaiyyət tərəfindən saxta seçkilərə qiymət meyarı kimi götürülməsinə baxmayaraq, bunun əksini idda edib səhv axtaranlara, yaxın siyasi keçmişdən gəlmə komplekslərinə görə AXCP haqqında müsbət söz deməyə dilləri dönməyənlərə, dünyanın AXCP -ni rejimin əsas alternativ kimi görməsinə rəğmən, iki gündən bir ortaya çıxıb onu inkar edənlərə, real imkanlarını aşan iddialarına giriftar olub liderlik eşqinə düşənlərədir: bəs deyilmi, görmürsünüzmü ki, sizin bu davranışınız davam etdikcə rejimin ömrü uzanır, cəmiyyət, xalq olaraq avtoritarizm qarşısinda toparlana bilmirik. Axı sizlər də əlinizi daşın altına qoysanız, qərəzi, , bəyənməzlik kimi kompleksləri, ideoloji, siyasi baxış fərqliliklərini, bu gün üçün qeyri-real görünən iddiaları müvəqqəti olaraq , demokratik dəyişikliklər xatirinə, kənara qoysanız , bu dönəmin güc mərkəzi kimi AXCP ətrafında konsolidasiya olsanız, Əli Kərimliyə şəxsi münasibətlə deyil, rejimə qarşı mübarizənin lideri kimi dəstək versəniz, bu ölkənin mənzərəsi dəyişər ya, yox?
Bu sualın cavabını mən yox, siz verin.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir