Qloballaşma, yoxsa, proteksionizm, dünya seçim qarşısında.
Dövlət ağılı ilə milli maraqları qoruyanlar üçün yeni fürsətlər pəncərəsi.
Beynəlxalq səviyyədə üçüncü dünya savaşı ehtimalı müzakirə edildiyi bir dönəmdə Trampın elan etdiyi yeni gömrük tarifləri ilə bütün dünyanı saran ticarət savaşı başlamış oldu. NATO təməlli beynəlxalq təhlükəsizlik sistemi daxilində Rusiya – Ukrayna müharibəsinə münasibətdə ABS-la Avropa arasında yaranmış fikir ayrılığından sonra, genişmiqyaslı ticarət savaşlarının başlanması, yıxılmaqda olan əvvəlki dünya düzəninin son dayağı sayılan qloballaşma prosesini də yeni tarif maneələri ilə qarşı-qarşıya qoymaqdadır.
Yeni dünya nizamı deyilən sisteminin oyun qaydaları hələ müəyyənləşməmiş və təhlükəsizlik arxitekturası qurulmamış başlayan ticarət savaşları ilə sarsılan beynəlxalq iqtisadi sistemin və onun təməlini təşkil edən qloballaşmanın (kürəsəlləşmə) məruz qaldığı krizinin necə çözüləcəyi və bunun irəlidə hansı bölunmələrə, qarşıdurmalara yol açacağı tam bəlli deyil. Bu qeyri müəyyənlik ortamında əvvəlki dünya düzəninin inistutları, xüsusi ilə də ticarətin liberallaşdırılmasını təşviq etmək üçün qurulmuş Dünya Ticarət Təşkilatının rolu və mövcudluğu ilə bağlı spektik suallar meydana çıxır.
Gömrük tariflərinin yüksəldilməsi ilə sərbəst ticarətin yolunun kəsilməsi, dövlətlərin proteksionist siyasətə üstünlük verməsi, artıq beynəlxalq səviyyədə uzlaşma, dialoq imkanlarını zəiflətməkdə, iqtisadi maraqları qorumaq üçün təkcə proteksionist vasitələrdən deyil, hərbi gücdən istifadə risklərini də artırmaqdadır. AB -nin ABŞ-n elan etdiyi 25%-lik tarifə qarşı öz cavab tədbirlərini hazırlaması və dünən ABŞ-n Cinə qarşı 104%–lik gömrük tarifi tətbiq etməsi, artıq beynəlxalq ticarətdə sərbəst və liberal qaydalar dövrünün də geridə qaldığının anonsu sayıla bilər.
Bundan sonra qloballaşmanın yerini bir- biri ilə ticarət savaşları aparan böyük güclərin bazarlar, nadir torpaq elementləri, karbohidrogen ehtiyatları və transmilli kommunikasiyalar uğrunda kəsin rəqabətinin tutacağını təxmin etmək mümkündür. Bu isə içə dönük proteksionist siyasətlərlə daxili bazarların qorunmasının qloballaşmanın önünə keçəcəyini deməyə əsas verir. Təsadüfi deyil ki, Fransa prezidenti Makron fransız iş adamlarına çağrıs edərək onları ABŞ-a deyil, öz ölkələrinə investisiya qoymağa dəvət etdi.
Bəs bu savaşın geri dönüş imkanları nə qədərdir? İlk növbədə nəzərə almaq lazımdır ki, qloballaşmanın memarı sayılan ABŞ-n liberal, azad ticarət qaydaları yerinə proteksionist siyasətə üstünlük verməsi heç də təsadüfi deyil. Çünki məhz bu qloballaşma şərtlərində ABŞ-n ticarət açığı 900 miyard dolları, dövlət borcu isə 35 trliyonu keçib. Təkcə Çinlə ticarətdə ABŞ-463 miyard dollarlıq mal aldığı halda, 145 mlrd dollarlıq mal satıb. Çinin qlibal bazara ixracatı 3,5 trliyon dollar olduğu halda, ABŞ-n ixracatı 2 trliyon dollar həcmində olub ki, bu da beynəlxalq ticarət qaydalarının liberallaşmasıdan Çinin daha çox faydalandığını göstərir. Çin sahib olduğu ucuz işçi qüvvəsinə və ucuz xammal resurslarına çıxış imkanlarına, bu ölkədə istehsala bağlı qlobal tədarük zəncirlərinə görə ticari rəqbətdə ABŞ-dan daha ucuza istehsal etmək və satmaq imkanlarına malikdir. İndi Tramp gömrük tarifləri ilə bu rəqbət şərtlərini dəyisməyə çalışır. Ancaq problem ondadır ki, qeyd etdiyimiz səbəblərdən ABŞ Çindəki qədər ucuz istehsal edə bilmədikcə, Trampın tarif qərarı daha çox ABŞ-bazarlarını qorumağa xidmət edəcək, qlobal bazarlarda isə maya dəyəri ucuz Çin malı yenə də rəqabətdə öz üstünlüyünü qoruya biləcək.
Çinin 3,5 trliyon dollarlıq ixracatında isə ABŞ bazarının payı 463 miyard dollar təşkil edir. Və bunun içində əhəmiyyətli bir yeri elə ABŞ firmalarının bu ölkədə qurduğu istehsal təşkil etdiyindən, bundan sonra çinlilərlə bərabər Amerika firmaları da öz bazarlarına daxil olmaqda problemlə üzləşəcəklər. Maraqlı olan budur ki, Çinin cavab tədbirlərindən sonra, bu ölkədəki ABŞ firmaları milyard yarımlıq Çin bazarı, yoxsa, hətta öz qonşuları ilə yüksək tarifləri olan 350 milyonluq Amerika bazarı arasında seçim edərkən hansı qərarı verəcəklər? Bu baxımdan Çinin ABŞ-eyni tariflərlə cavab verməsi, Tramp üçün çətin vəziyyət yaradıb.
Qlobal iqtisadiyyatla bağlı statistik rəqəmlər ABŞ-n gətirdiyi qloballaşma prosesinin bu gün Çinə daha çox yarar saxladığını göstərməkdədir. Məsələn, hazırda dünyada 7 trliyon dövriyyəsi olan cip bazarında Çinin payi 157 mlrd dollar, ABŞ-n payı isə 134 mlrd dollardır. 2023-cü ildə dünya üzrə yüksək texnologiyalar istehsalında istifadə edilən nadir torpaq elementləri istehsalı 350 min ton olub. Bunun 240 min tonu 69%-i təkcə Çinin, 43 min ton isə ABŞ-n payına düşüb. Yüksək texnologiyalar istehsalında istifadə olunan Qaliumun 96%, Germanyumun 60%-i, litiumu 65%-i, kobaltın 74%-i Cinin payina düşür.
2022-ci ildə Çinin yüksək texnologiyalar sahəsində beynəlxalq bazarlara ixracatı ümumən 769 mlrd dollar, Almaniyanın 223 mlrd dollar, ABŞ-isə 166 mlrd dollar olub. Göründüyü kimi ortada böyük fərqlər var. Ötən il dünya üzrə əldə olunmuş ümumi gəlirdə isə ABŞ-n payi 26,1%, Çinin 16,9%, AB 17,5% ,Almaniya 4,3%, İngiltərə 3,2%.olub. Halbuki 1990-cı ildə ildə Çinin dünya üzrə gəlirdə payı 1,8 %, ABŞ -n isə 26,3-% olub. Bu artım sürəti onu göstərir ki, indiyə qədərki qloballaşma və sərbəst ticarət qaydaları Çinin böyük sürətlə irəli çıxmasına zəmin yaradıb və hesablamalara görə hazırkı şərtlər dəyişməzssə, Pekin 2035-ci ildə hərbi güc baxımından ABŞ-ı otə bilər. Bu baxımdan Trampın atdığı addımlar heç də səbəbsiz deyil.
Əslində bu vəziyyət ticarət savaşı aparan ölkələrdən kənarda qalan zəif inkişaf etmiş dövlətlər üçün gözəl fursətlər yaradır. Çünki onlar ağılla hərəkət edəcəkləri təqdirdə böyük güclərin bir- birinə tətbiq etdiyi yüksək gömrük tariflərindən kənarda qaldıqları üçün, daha çox xarici investisiya cəlb etmək, əlverişli ticarət şərtlərinə görə ixrac yönümlü iqtisadiyyatı inkişaf etdirmək və yeni sərfəli bazarlara çıxış əldə etmək imkanları qazana bilərlər. Məsələn, ABŞ-10%-lik gömrük tarifi imkan verir ki, Azərbaycan kənar investisiyalar cəlb etməklə bu ölkənin bazarına ixracı hədəfləyən istehsal sahəsi qursun və Çinim, Veytnamın boşalan bazar payından hansısa bir hissəyə idda etsin. Eləcə də Avropa ilə də bağlı eyni məsələləri nəzərdən keçirmək olar.
Bütün bunlar onu göstərir ki, bu gün baş vetən ticarət savaşları həm də yeni fürsətlər deməkdir və dövlət ağıllı ilə öz xalqının gələcəyini düşünənlər bu fürsətdən mütləq istifadə etməlidirlər.
Fuad Gahramanlı