KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Donbasda Rusiya ilk gündən məğlub olmağa başladı

Fuad Gahramanlı: Donbasda Rusiya ilk gündən məğlub olmağa başladı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
275 0

Donbasda bütün cəbhə boyu şiddətli döyüşlər gedir. Döyüşlərin ilk günlərindən ruslar nəinki istədikləri uğuru qazana bilmirlər, əksinə, bir çox istiqamətlərdə ağır itkilər verərək geri çəkilməyə məcbur olurlar. Dünən
Donetskin Marinka qəsəbəsini, bu gün gecə isə Kremennaya yaşayış məntəqəsi rus işğalçılarından tam azad olunub. Ruslar Üzüm istiqamətində geri çəkilməyə məcbur olublar.
Bu arada Qərb liderləri Ukraynanın Donbasda qalib gəlməsi üçün hər cür yardım edəcəklərini, lazım olan bütün texnika və silahları verəcəklərini bildiriblər. Dünən Boris Johnson bildirib ki, “biz elə silahlar verəcəyik ki, ruslar bundan sonra Ukraynaya toxunmağı ağıllarından belə keçirməyəcəklər”. İlkin məlumatlara görə İngiltərə Ukraynaya quruda və dənizdə hərəkət halında olan hədəfləri vura bilən “Brimstone” raketləri verəcək.
Pentaqon nümayəndəsi Katleen Hiçkis isə bildirib ki, “bu günlərdə Ukraynanı uzaq mənzilli raketlərlə təchiz edəcəyik. Ukrayna Ordusu bu raketlərlə Rusiyanın sərhədləri daxilində belə hərbi bazaları vura biləcək.” Həmçinin Pentaqon sözçüsü Con Kibri də bildirib ki, “Ukraynaya qırıcı təyyarələr və onların ehtiyat hissələri artıq göndərilib”.
Dünən ABŞ prezidenti Bayden NATO ölkələri rəhbərləri ilə keçirdiyi görüşdən sonra bu həftə Ukraynaya ağır silahlar verilməsini nəzərdə tutan yeni yeni hərbi yardım paketini elan edəcək. Bu gün ABŞ keçən dəfə elan edilmiş 800 milyonluq hərbi yardım paketi daxilində 7 hərbi yük təyyarəsi dolu silahı Ukraynaya çatdıracaq.
Dünən isə Ukraynanın Qərbində NATO təlimçiləri tərəfindən hazırlanmış 10 min nəfərlik ukraynalı döyşçü Donbas istiqamətinə göndərilib. Xatırladaq ki, Ukrayna ordusunun NATO silahlarından istifadə etməsi və döyüş hazırlığını artırmaq üçün ölkənin Qərbində bir neçə təlim hazırlıq bazaları yaradılıb.
Göründüyü kimi, Rusiya əslində öz təklənmiş və miskin halı ilə NATO silahı və ukraynalıların məğlub edilməz qətiyyəti ilə döyüşmək məcburiyyətindədir.
Gün keçdikcə Ukraynaya olan hərbi yardımlar daha da artmaqda, dünya birliyi Putin faşizmini məğlub etmək üçün daha çox maliyyə və silah yardımları etməkdədir. Bu savaş indi həm də resurslar müharibəsifir. Kimin resursları tez tükənəcək sə o da məğlub olacaq. Aydındır ki, Qərbin sona qədər dəstəkləyəcəyi Ukrayna qarşısında, sanksiyalar üzündən getdikcə hərbi və maliyyə resursları tükənən Rusiya uzun müddət davam gətirə bilməyəcək.
Ukrayna sən qalıb ggələcəksən

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir