KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Çin niyə Rusiyanı xilas etməyə çalışır

Fuad Gahramanlı: Çin niyə Rusiyanı xilas etməyə çalışır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
224 0

Putinin Çinə ümidi çin çıxacaqmı?

Çin lideri Si Cinpin Putinin dəvəti ilə Rusiyaya səfərə gəlib.
İndi bu səfər dünyanın diqqəti mərkəzindədir.
Bildirilir ki, səfər çərçivəsində Moskva və Pekin arasında strateji əməkdaşlığın inkişafı və Ukrayna müharibəsi ətrafında yaranmış hazırkı durum müzakirə olunacaq.
Bu görüş həm tərəflərin özü üçün, həm də ki, qlobal geosiyasi tarazlığa təsir baxımından çox əhəmiyyətli hesab olunur.

Çin ABŞ – n anqlosaks mərkəzli tək qütblü dünya nizamı yaratmaq strategiyasında əsas qlobal təhlükə olaraq Pekinin nəzərdə tutulduğunnu görür. Bu ABŞ-n milli təhlükəsizlik doktrinasında açıq şəkildə ifadə olunub. İngiltərə də bu məsələdə ABŞ-n la eyni mövqeyi paylaşır. Rusiya isə Çindən fərqli olaraq anqlosakson birliyi üçün yolüstü maneədir, qlobal təhdid statusunda deyil. Elə, bu məntiqdən də yola çıxaraq Çin Rusiyanın Ukraynada məğlubiyyətindən sonra sıranım ona çatacağını, əsas hədəfdə özünün olacağını bilir.
Bu isə 2025-ci ilə təxmin edilən Tayvan krizii ətrafında Çinlə ABŞ arasında gözlənilən nəhəng geosiyasi qarşıdurmaya indidən hazırlamağı tələb edir.

Ona görə də Çin ABŞ-n Ukraynada ilişib qalmasına və beləliklə də gələcək geosiyasi toqquşma üçün vaxt qazanmağa çalışır. Bu məqsədlə Si Cinpinin Ukrayna müharibəsi ilə bağlı təqdim etdiyi sülh planı müharibəni hazırkı vəziyyətdə dondurub Rusiyanı strateji məğlubiyyətdən qorumaq məqsədi daşıyırdı. Ancaq nə Ukrayna nə də ki, onun Qərb müttəfiqləri bu planı qəbul etmədilər. Bu halda yeganə yol Rusiyanın yanında yer alıb, onu dəstəkləməklə Çinin rəqiblərinin qalib gəlməsinin qarşısını almağa və ya onları mümkün qədər zəiflətməyə qalır.

Bu isə Ukrayna müharibəsinin uzanması, ABŞ-n daha çox qan itirərək taqətdən düşməsi və Tayvan ətrafındakı gərginliyin hərbi fazaya keçməsinin yubanması deməkdir. Ancaq Si Cinpin belə bir addımı çox ehtiyatlı şəkildə atmaq istəyir. Çünki, əks təqdirdə Çinin Moskvaya açıq dəstəyi sanksiyalara səbəb olsa, bu Pekin üçün altından çətin çıxa biləcəyi nəticələr doğura bilər. Təkcə ABŞ-n Çin iqtisadiyyatı üçün 500 milyard dollarlıq ixrac bazarıdır. Pekin yaxşı anlayır ki, onun Qərblə böyük həcmdə olan iqtisadi əlaqələri həm də, bu ölkəni iqtisadiyatının seysmik zonada yerləşməsi anlamına gəlir və mümkün sanksiyaların ağır təsirlərinə səbəb olar.

Çin bu gün öz geosiyasi həmləsini həm də çox vektorlu şəkildə həyata keçirməyə çalışır. Bu günlərdə Çinin vasitəçiliyi ilə Pekində Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılması ilə bağlı anlaşmanın imzalançası ABŞ-n Orta Şərqdə qurduğu tarazlığın təməlini dağıtmaq istiqamətində atılmış addım kimi dəyərləndirilir.

Rusiya isə Qərbin sanksiyaları qarşısında Çinə həm enerji daşıyıcılarının ixrac bazarı, həm də ki, texnologiyalara və sənaye məhsullarının komponentlərinə çıxış imkanı kimi baxır. Və mümkün olarsa, Rusiya Çindən alacağı hərbi yardımlara Ukraynada müharibəni uzatmaq üçün əlavə resurs imkanı kimi baxır.
Geosiyasi baxımdan isə Putin Çinlə əməkdaşlığı gücləndirməklə, Qərbin onunla hesablamasına nail olmaq, müharibəni dayandırmaq üçün irəli sürdüyü təkliflərin ciddiyə alınmasını istəyir.

Ancaq Çinin Rusiya hərbi dəstək verməsi az ehtimal olunan və risklidir, bu səbəbdən də güman ki, Pekin daha çox iqtisadi və texnoloji alətlərdən istifadə edərək Moskvaya yardım etməyə çalışacaq. Böyük ehtimalla Si Cinpin bu yardımların qarşılığında Moskvadan Mərkəzi Asiyada onun qarşısından geri çəkilməsini də istəyəcək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir