KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Ceyhun Bayramov Vaşinqtona getdi, Rusiya buna nə deyəcək?

Fuad Gahramanlı: Ceyhun Bayramov Vaşinqtona getdi, Rusiya buna nə deyəcək?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
160 0
Fuad gahramanlı

 

Bəs Çinlə imzalanmış Bəyannamə nə oldu?

Ceyhun Bayramov Vaşinqtonda keçirilən NATO tədbirinə gedib. Onun burada ABŞ Dövlət katibi Blinkenin təklifi ilə həmkarı Ararat Mirzoyanla Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı danışıqlar aparacağı gozlənilr.
Bu dəvətlə bağlı Rusiya XİN adından bildirilmişdi ki, ABŞ Azərbaycan və Ermənistanı NATO tədbirinə dəvət etməklə dostlarını Rusiyadan ayırmağa çalışır. Hərçənd ki, Ermənistan Rusiyanın dostu adlandırmaq qeyri mümkün hesab olunur.

Ermənistan ilk gündən dəvəti qəbul etdiyini bildirsə də, Azərbaycanın bu toplantıda iştirak edib etməyəcəyi bu günə qədər bilinmirdi. Rusiyanın etirazına baxmayaraq Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtona getməsi müsbət haldır. Bu həm də onu göstərir ki, Azərbaycan hakimiyyəti Qərblə münasibətlərdə qırılma nöqtəsinə yaxınlaşsa da, hələ ki, əlaqələri tam kəsmək, Belorus yolu ilə getməyi düşünmür. Bunun başqa bir əlaməti də AŞPA -ya qayıtmaq üçün saxta parlament seçkilərində iştirak edən və bu günə qədər “avtobusdan” kənarda qalmış psevdo müxalifətçilərə mandat vəd edilməsidir.

Belə görünür ki, Azərbaycan hakimiyyəti bu yaxınlarda Çinlə İmzaladığı “Strateji əməkdaşlığın qurulmasına dair Bəyannamə” sənədi vasitəsi ilə lə öz strateji seçimini müəyyənləşdirməkdən daha çox, Qərbə təzyiq etmək, öz daralmış geosiyasi manevr sahəsini genişləndirmək istəyir.
Eyni zamanda ehtimal etmək olar ki, İrandakı seçkilərin nəticəsində Qərblə danışıqlar tərəfdarı olan mötədil islahatçı türk Pezeşkianın prezident seçilməsi də Azərbaycan hakimiyyətinin qərarına təsir edib. Çünki İran yenidən nüvə danışıqlarına qayıdarsa və Rusiya ilə münasibətlərə yenidən baxarsa, avtoritar rejimin müqavimət imkanlarını xeyli dərəcədə zəiflədəcək bu vəziyyət regionda geosiyasi güc tarazlığını da dəyişəcək. Bu halda zəifləmiş Rusiyanın ünidinə qalan Azərbaycan hakimiyyətinin Qərbə qarşı indiki sərt ritorikasını davam etdirməsi onun özü üçün xoşagəlməz vəziyyət yarada bilər.

Nəzərə alsaq ki, oktyabrda Gürcüstanda da parlament seçkiləri gözlənilir və orada indiki hakimiyyətin qalib gəlmək şansı xeyli dərəcədə şübhəli görünür, o halda rəsmi Bakının Qərblə dialoqu qəbul etməkdən başa çarəsi qalmır. Çünki oktyabrda Gürcüstanda hakimiyyət dəyişərsə Azərbaycan indiki mövqeyi ilə Cənubi Qafqazda təklənə bilər və Qərbə çıxış yolu da anti-Rusiya qüvvələrinin əlinə keçmiş olar.
Fransada da ifrat sağın parlament seçkilərində qalib gəlməsinə bəslənən ümidlər boşa çıxdı və bununlada Putin və müttəfiqlərinin AB -nin Ukraynaya dəstək siyasətinin daxildən tormozlanacağı ilə bağlı gözləntiləri arzu olaraq qaldı.

Bütün bunların fonunda Azərbaycan hakimiyyətinin özünü Qərbə Çinin regiondakı strateji müttəfiqi kimi göstərib öz avtoritar rejimini islahatlara və demokratik açılıma bağlı elan etməkdə israr etməsi heç də regionun oyun qaydalarını dəyişmək üçün yetərli deyil. Çünki bu gün Çin heç də Rusiya kimi Qərblə açıq qarşı durma vəziyyətində olan bir ölkə deyil və Pekin bütün hallarda öz iqtisadi gücünü qorumağa çalışdığına görə, bir qayda olaraq birbaşa, açıq qarşı durmadan yayınaraq anti-Qərb mövqelərə yalnız dolayı və latent şəkildə iqtisadi yolla dəstək verməyə çalışır. Bu halda Azərbaycan hakimiyyəti də başa düşür ki, Çin bu gün Qərb və Rusiya arasında geosiyasi savaş ocağına çevrilmiş Cənubi Qafqazda öz adından Bəyannamə formasında istifadəyə razı olsa da, aktiv geosiyasi qarşıdurma tərəfi kimi çıxış etməyə hazırlaşmır. Azərbaycana görə əlavə problemlərlə uzləşməkdə maraqlı olmayan Çin bu gün Orta Dəhli boyu daha çox Mərkəzi Asiyada möhkəmlənməyə çalışır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir