KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanli: Bu sarışın gözəl qız indi bütün dünyanın sevgisini qazanıb

Fuad Gahramanli: Bu sarışın gözəl qız indi bütün dünyanın sevgisini qazanıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
319 0

Bu sarışın gözəl qız indi bütün dünyanın sevgisini qazanıb. Mariya Ovsyannikova redaktoru olduğu Rusiya 1-ci dövlət televiziya kanalında canlı efirə çıxaraq müharibə əleyhinə plakat açıb.
Bax, xalqlar, insanlıq bu cür barışmazlıq, hər cür təhlükəni gözə alan fədakarlıq və qaranlıqda şimşək kimi parıldayan cəsarət sayəsində cəhalətdən, əsarət və tiranların zülmündən qurtula bilirlər.
Ancaq gödənini fikirləşən, özündən başqa kimsənin dərdinə yanmayan, yaşadığı məmləkətin halını düşünməyən, insanlığını, şəxsiyyətini plastilin kimi zəmanənin qəlibinə uyğunlaşdıran, vicdanının səsini heç vaxt duymayan, qorxu və mənafeyi üzündən hər cür ikiüzlülüyə haqq qazandıran, alçaqlığa bulaşan çoxluğa qalsaydı bu gün hələ də “yer fırlanır demək günah idi”, inkvizisiya məhkəməsinin tonqalları dünyanın hər yerində ədaləti odda yandırırdı, “ənəlhəqq” kəlməsinə görə adamların dərisi soyulurdu, insanlıq hüquq bərabərliyi yerinə kastalar qəfəsində çırpınırdı, azadlıq əvəzinə “dövlət mənəm” deyən azğın tiranlar xalqları kölə kimi istismar edir, öz küt kafaları, görməmiş nəfisləri ilə hər cür tərəqqinin yolunu kəsirdilər.
Ancaq dünya cahillərin, tiranların, korrupsionerlərin, yaltaqların, saxtakarların, gönü qalın nadanların, vurdumduymaz qanmazların, şəxsiyyətini satanların, iblisə xidmət edənlərin, haqqa istehza edənlərin, ədaləti maska kimi üzə taxanların, ləyaqətdən yoxsunların acığına dəyişir, azadlıq və ədalət yolunda göstərilən cəsarət, fədakarlıqlar insanlığı tərəqqiyə doğru götürür.
Bu gedişatı, bu dəyişiklikləri kimsə durdura bilməyəcək…
Tarixin lənət məzarlığına indidən diri – diri kömülmüş Putin də, ona görə məğlubdur.
Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir