KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Bu da Zəngəzur söhbətinin nəticəsi

Fuad Gahramanlı: Bu da Zəngəzur söhbətinin nəticəsi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
209 0

Bu da nəticə. İndi çıxıb cavab verin. Deyirdik axı bu Zəngəzurla bağlı qaldırılan hay küy bizə heç bir fayda verməyəcək. Təəssüf ki, dediklərimiz də olur.

Avropa İttifaqı, Avropa İnvestisiya Bankı, Aİ-nin üzvü olan Avstriya, Fransa, Almaniya, Polşa, İsveç və İsveçrə birgə tərəfdaşlıqla “Davamlı Sünik. Avropa komandası” layihəsi çərçivəsində Zəngəzura ilkin olaraq 51 milyon avro investisiya qoyacaq.

Bizim Zəngəzur Ermənistanın isə Sünik adlandırdığı vilayətin qubernatoru Robert Qukasyan Avropa İttifaqının bu addımının Azərbaycanın Zəngəzurla bağlı iddialarına cavab olduğunu təsdiq edib və edilən yardımların gələcəkdə artacağını bildirib. O, deyib ki, layihənin birinci mərhələsi üçün 11 milyon avroluq müqavilə artıq imzalanıb.

Biz Zəngəzuru alacağıq təbliğatı apardığımız vaxtda ermənilər bundan çox məharətlə istifadə edərək Azərbaycanı dünyaya təcavüzkar, qonşu ölkəni işğalla hədələyən dövlət kimi təqdim edib, öz təhlükəsizliklərini təmin etmək üçün həm Avropa İttifaqının müşahidəçilərini 2 illiyə ölkələrinə gətirdilər, həm də Aİ – dən 51 milyon avro dəstək alıb Zəngəzurun inkişifına investisiya qoyurlar.
Bu 51 milyon avro ilkin başlanğıcdır və onun iqtisadi əhəmiyyətindən daha çox siyasi önəmi var.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir