KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Brüssel formatına qaytarmaq üçün Azərbaycana nə təklif olunur ?

Fuad Gahramanlı: Brüssel formatına qaytarmaq üçün Azərbaycana nə təklif olunur ?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
215 0

Qərbin Qafqazda yeni geosiyasi kombinasiyası.

Brüssel formatına qaytarmaq üçün Azərbaycana nə təklif olunur ?

Dünən Almaniya prezidenti Şataynmayer İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanın Brüssel formatında danışıqlara yenidən qayıtması və Laçın yolundakı vəziyyət müzakirə olunub.

Belə görünür ki, İlham Əliyevin Makronun Brüssel danışıqlarında iştirakını əsas gətirib sülh müzakirəsindən imtina etməsindən sonra, Qərb bu bəhanəni aradan qaldırmağa çalışır. İndi Almaniyanın əli ilə İlham Əliyev Brüssel formatına dəvət edilir. Almaniyanın bu danışıqlar bərpası təşəbbüsü ilə çıxış etməsi onu göstərir ki, mövzu heç də Makron deyil, Brüssel danışıqları AB – nin mövqeyini əks etdirir. Verilən məlumatda İlham Əliyev Almaniya prezidentinə Brüssel danışıqlarına sadiq olduğunu bildirib.
Bu məlumat Qərbin Azərbaycan və Ermənistan arasında ülh danışıqlarını yenidən bərpa edəcəyinə ümidlər artırır.

Bundan əvvəl isə ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə və ATƏT Minsk qrupundakı həmsədri Flip Rikerin istefa verməsi də təsadüf deyildi. Bununla ABŞ Azərbaycanın ATƏT Minsk qrupundan imtina etmək istəyini nəzərə alaraq, Brüssel formatında danışıqlara mane sayılacaq səbəbi ortadan qaldırmış oldu.
Dünən isə Fransa parlamentinin spikerinin İrəvanda səfəri zamanı “Biz beynəlxalq hüquqa uyğun olaraq Qarabağıın müstəqilliyini tanımırıq” deməsi, Fransanın Azərbaycanda qıcıq yaradan mövqeyinin yumşaldılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Açıq aydın görünür ki, Cənubi Qafqazda sülhün bərpası üçün bir tərəfdən AB adından Almaniya dövriyyəyə salınır, digər tərəfdən isə Fransanın mövqeyində yumşalma baş verir.

Məsələ təkcə bununla da bitmir. Diqqət edin, Qərbin yuxarıda göstərdiyimiz mövqeyi fonunda Türkiyə Ermənistanla hava sərhədini açır, yük daşımaları bərpa edilir və sonra da internet əlaqələri də yaradılaraq elektron qaydada konsulluq xidməti həyata keçirilərək vizaların verilməsinə başlanılır. Bu Rusiya ilə qarşıdurma halında olan Ermənistana Türkiyənin əl uzatması və onu Moskvadan uzaqlaşmağa təşviq etməsi deməkdir. Ermənistan da öz növbəsində, əsasən cənub cinahında Türkiyə təhdidinə qarşı saxlanılan 102 saylı rus hərbi bazasının çıxarılması tələbi ilə etiraz aksiyası təşkil etməklə, əslində buna qarşılıq verir.

Belə görünür ki, Qərb Brüssel formatında Azərbaycan və Ermənistan arasında yenidən danışıqları bərpa etməyə təşəbbüs edir. Azərbaycanın bu prosesdən imtina etmək üçün gətirdiyi bütün səbıblər də aradan qaldırılır ki, ortada hər hansı bəhanə qalmasın. Türkiyənin də bu prosesdə Qərblə kordinasiya edilmiş siyasət yürütdüyü görülməkdədir.
Əgər, Azərbaycan bundan sonra da Rusiyanın yanında yer almaqda davam edib Brüssel formatında müzakirələrdə iştirakdan imtina edərsə, bu artıq ölkəmizin geosiyasi qarşıdurmada anti-Qərb cinahında yer alması kimi qəbul ediləcək.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir