KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Boris Conson əsas hədəfi göstərdi

Fuad Gahramanlı: Boris Conson əsas hədəfi göstərdi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
273 0

“Rusiya imperiyası dağılmayınca əl çəkən deyilik@

Dünən Kiyevdə səfərdə olan Boris Consonun bəyanatı Ukrayna və Rusiya müharibəsinin əsas strateji hədəfini göstərdi. O, açıq şəkildə bildirdi ki, “məqsədimiz Rusiya imperializminin məğlub etməkdir”.
Onun bu sözlərindən çıxan nəticə budur ki, Ukraynada Putinə ən xırda güzəşt edilməsi belə Putin rejiminin rus cəmiyyətini qələbə adı ilə aldatmasına imkan yarada bilər. Bu isə müharibən sonra həm Putinin hakimiyyətdə qalması, həm də Rusiyanın öz imperiya iddalarını saxlanması demək olar. Ona görə də, NATO – nun “anqlosakson başı” rus ordusunu Ukraynada tam məğlub edib diz çökdürməkdə və Putinin siyasi baxımdan heç bir nəticə əldə etməsinə imkan vermədən savaşı yekunlaşdırmaqda qərarlıdır.
Boris Consonun bu açıqlamasından həm də o görünür ki, Putinə prosesi heç – heçə ilə belə yekunlaşdırmaq imkanı da tanınmayacaq. Yəni hazırkı şərtlərdə Donetsk və Luqanskı, eləcədə Krımı əldə saxlamaq, Putin üçün hərbi məğlubiyyətə rəğmən ən məqbul siyasi variant sayıla bilər. Ancaq Qərb Putini bu istəklərini də qəbul etmədən onun əlində olan bu əraziləri də geri almaqla, birinci raundda Rusiyanı geosiyasi baxımdan şikəst etməyə çalışacaq. İkinci mərhələdə isə hərbi məğlubiyyətə uğramış və nəzarətində olan əraziləri və Qara dənizə çıxış imkanlarını belə itirmiş Putin rejimini imperiya ambisiyalı rus xalqının qəzəbli mühakiməsinə buraxmaq nəzərdə tutulur. Bu halda gözlənilir ki, bir tərəfdən ağır sanksiyalar, digər tərəfdən bütün bunlara səbəb olmuş və öz hərbi məğlubiyyəti ilə rus xalqının imperiya qürurunu zədələmiş hakimiyyətin varlığı, Rusiyada getdikcə dərinləşən daxili ixtilaflara və sarsıntılara yol açacaq. Bu vəziyyətdə isə ilk qurban Putin rejimi və Rusiyanın imperiya ambisiyalarının süqutu olacaq. Belə bir şəraitdə paralel olaraq ölkə daxilində baş qaldıracağı gözlənilən mərkəzdən qaçma meyilləri də, Qərbin əlində Rusiyanın həddən artıq böyük sərhədlərini qayçılamağa yardım edəcək.
Boris Consonun bu mesajından çıxan önəmli bir nəticə də odur ki, müharibənin gedişində danışıqlar üçün vasitəçilik təşəbbüsləri ilə çıxış etmək, məsələni vaxtından tez yekunlaşdırmağa çalışmaq, əslində sülhə deyil, elə dolayı şəkildə Rusiya imperializminin qurtuluşuna xidmət etməkdir. Ona görə də Rusiyanın boğazı əldə ikən bu cür danışıq və kompromis axtarışları Rusiyaya Ukrayna bataqlığından daha az itki ilə çıxmağa kömək edə bilər.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir