KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Blinkenin zənginin Britaniya kəşfiyyat şefi ilə əlaqsi varmı?

Fuad Gahramanlı: Blinkenin zənginin Britaniya kəşfiyyat şefi ilə əlaqsi varmı?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
20 0

Daxili siyasətdə geosiyasi bölunmə və Azərbaycan qarşısında strateji seçim tələbi.

Dünən ABŞ dövlət katibi Blinke İlham Əliyevə zəng edib. Blinkenin zənginin Britaniya kəşfiyyat şefi Riçard Murun Bakı səfərindən sonra olması onu göstərir ki, əslində bu səfər və telefon zəngi arasında müəyyən bir bağlıq var. Mİ-6 Direktoru Murun səfəri haqqında dünən ayrıca yazdığımız üçün burada onun gəlişinin məqsədlərinə ayrıca toxunmayacağıq. Sadəcə onu qeyd etmək gərəkdir ki, Riçard Mur Azərbaycanın Rusiya ilə Qərbə qarşı strateji müttəfiqiliyinin artıq qırmızı xətti keçdiyini və bu siyasət davam edəcəyi halda Bakını gözləyən nəticələr barədə xəbərdarlıq etmək üçün təşrif buyurmuşdu.

Əgər bu səfərən sonra Blinken İlham Əliyevə zəng edibsə, bu, o deməkdir ki, İngiltərə kəşfiyyat rəhbərinin Bakıda apardığı danışıqlar əhəmiyyətli olduğu qədər də müəyyən real nəticələrə ümid yaradıb. Bu səfərdən əvvəl Blinken dəfələrlə İlham Əliyevlə telefon danışıqları zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişini səbəsiz yerə yubatmamaq, siyasi məhbusları azad etmək və Qərblə strateji əlaqələri inkişaf etdirmək barədə ölkəsinin mövqeyini səsləndirsə də, onu zəngləri real nəticə vermirdi. Xatırladaq ki, Riçard Mur Bakıya ABŞ Kəşfiyyatının rəhbəri Uilyam Börnslə görüşdən sonra gəlib və demək ki, onun bu gəlişi həm də ABŞ-n narahatlıqları ilə bağlı xəbərdarlıqları Azərbaycan hakimiyyətinin anlaya biləcəyi bir dillə çatdırmaq məqsədi daşıyıb.

ABŞ Dövlət Departamentinin telefon zəngi ilə bağlı yaydığı məlumatda Blinkenin İlham Əliyevlə Ermənistanla sülh məsələsi ilə yanaşı həm də insan hüquqları mövzusunda danışdığı, bununla bağlı Azərbaycanın öz beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğuladığı qeyd olunub. Eyni zamanda iki tərəfli münasibətilərin inkişafı ilə də bağlı məsələlərə toxunulub.

Yenə əlahəzrət məntiq deyir ki, ABŞ Britaniyanın Azərbaycanla xüsusi münasibətlərini nəzərə alaraq sanksiyalara gərək olmadan Bakıının geosiyasi seçiminə təsir göstərməyə çalışır. Vaşinqton bu istiqamətdə əsas addım kimi Cənubi Qafqazda geosiyasi balansa önəmli təsir göstərəcək əsas məsələ hesab olunan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq istəyir. Bu isə asan məsələ olmayıb Azərbaycan hakimiyyətini Cənubi Qafqazda Qərbin möhkəmlənməsinə mane olmağa çalışan Rusiyanın təsirindən çıxarmaqla mümkün ola bilər.
Qərb sülh məsələsinə həm də Paşinyan hakimiyyətinin Avrointeqrasiya kursunu təhlükəsizlik təminat altına almaq və Azərbaycanın indiki xarici siyasət kursunu dəyişmək imkanı kimi baxır.

Blinken İlham Əliyev danışıqlarında müzakirə olunan və artıq bir ənənə halını almış İkinci məsələ isə siyasi məhbusların azadlığı və insan haqları mövzusudur. ABŞ-n bu məsələdəki əsas narahatlığı daha çox onunla bağlıdır ki, Rusiyanın təhriki ilə Azərbaycanda siyasi repressiyalar ölkə daxilində demokratik müxalifəti və vətəndaş cəmiyyətini fiziki olaraq sıradan çıxarmağa, Qərbə inteqrasiya tərəfdarı olan qüvvələri məhv etməyə doğru son vaxtlar daha da güclənib. Əgər Qərb siyasi repressiyaları bu mərhələdə durdura bilməsə , o zaman Azərbaycanda Avrointeqrasiyanın perspektivlərinə böyük zərbə vurulmuş olacaq, Rusiya və Çinlə əməkdaşlığa daha çox can atan atan İlham Əliyev hakimiyyətinin demokratik alternativi də ortadan qalxmış olacaq. Bu isə Azərbaycanın daxili siyasətini Rusiyaya uduzmaq demək olar.
Bəlkə kimlərəsə bu məsələnin bu yönü biraz abartılı görünə bilər, ancaq o zaman bu adamlar dönüb Gürcüstanda “xarici agentlər haqqında qanunun”a görə ABŞ və Avropanın bu ölkəyə öz yardım proqramlarını dayandırmasına və müəyyən rəsmilərə qoyulan sanksiyalara nəzər yetirsinlər.

Yəqin ki, xatırlatmağa gərək yoxdur ki, indi bu istiqamətdə Azərbaycanda beynəlxalq birliyin əsas diqqət mərkəzində olan məsələ müxalifət lideri Əli Kərimli ilə bağlı keçirilən məhkəmə prosesidir. İlk gündən diplomatik korpusun bu məsələyə xüsusi diqqət yetirməsi və Qərb media quruluşlarının prosesi diqqətdə saxlaması səbəsiz deyil və əslində onu göstərir ki, Gürcüstanın daxilində gedən proseslərdə geosiyasi maraq toqquşmalarının bənzəri bu gün fərqli şəkildə Azərbaycanda cərəyan etməkdədir.

Rusiya isə onunla müttəfiqlik edən Azərbaycan hakimiyyətini perspektivdə əvəz edə biləcək demokratik və Avrointeqrasiya tərəfdarı olan alternativin olmamasında maraqlıdır. Ona görə də Azərbaycanda siyasi məhbus məsələsi, siyasi repressiyalar və müxalifət liderinə qarşı məhkəmə prosesi təkcə ölkənin daxili demokratiya problemi olmayıb, həm də bu gün geosiyasi aspektləri olan bir məsələdir. Bu baxımdan Azərbaycan hakimiyyətinin həm Ermənistanla sülh məsələsində atacağı addımlar və daxildə siyasi repressiyaları davam etdirib etdirməsi Britaniya kəşfiyyat şefinin və Blinkenin səylərinin nə qədər real nəticə verdiyini qiymətləndirməyə əsas verəcək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir