KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Blinken’den Azərbaycan və Ermənistan dövlət başçılarına zəng

Fuad Gahramanlı: Blinken’den Azərbaycan və Ermənistan dövlət başçılarına zəng

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
295 0

ABŞ Dövlət katibi Blinken Azərbaycan və Ermənistan dövlət başçılarına zəng edərək, bu gün Brüsseldə keçiriləcək görüş haqda danışıb. Bu danışıqda iki məqam diqqəti cəlb edir :
1. ABŞ Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan danışıqlar aparılmasına tərəfdardır. Aİ- nin vasitəçiliyi ilə mümkün olan bu yeni danışıqlar formatı sülhün əldə olunması prosesində ATƏT Minsk qrupunun vasitəçiliyini də arxa plana keçirir. Onsuz da bundan sonra ABŞ ATƏT Minsk qrupunda Rusiya ilə birgə həmsədrlik edəsi deyil və bu üzdən də danışıqların Avropa İttifaqının vasitəçiliyi ilə davam etdirilməsi daha məntiqidir.
2. Blinken tərəflərlə kommunikasiyaların açılması, sərhədlərin demorkasiyası və. s. məsələləri müzakirə edib. Bu da o deməkdir ki, görüşdə konkret məsələlər üzrə nəticələrin əldə olunmasına Qərb fəal dəstək verəcək. İndiki halda Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağın ən səmərəli yolu, münaqişə tərəfləri arasında konkret razılaşmalar əldə olunması və sülh səylərini davam etdirməkdir. Xatırladaq ki, ABŞ bu yaxınlarda regionlarda münaqişələrin önlənməsi strategiyası hazırladığını bildirmişdi. Bu isə Rusiyanın aidiyyəti olduğu münaqişələrə mümkün müdaxiləsinin qarşısını almağı və sülh yaratma prosesinə daha fəal dəstək verilməsini nəzərdə tutur. Bu baxımdan Brüssel görüşündə əldə olunacaq hər hansı kiçik də olsa nəticələr Rusiyanı Qarabağdan uzaqlaşdırmağa xidmət edəcək.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir