KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Blinken Azərbaycan və Ermənistan nazirlərinin görüşündə niyə iştirak etdi

Fuad Gahramanlı: Blinken Azərbaycan və Ermənistan nazirlərinin görüşündə niyə iştirak etdi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
266 0

.

Onun bu iştirakı ilə Azərbaycandakı demokratik proses arasında nə əlaqə var

Geosiyasi proseslər demokratik dəyişikliklərə zəmin yaradır

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub. Bu, o deməkdir ki, ABŞ Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətdə get – gedə daha inadçı olmağa başlayır və Rusiyanın müqavimətinə baxmayaraq regionumuzda mövqeyini gücləndirməkdə qərarlıdır. Bundan ötrü isə ilk növbədə Azərbaycan və Ermənistan arasındakı qarşıdurmanı aradan qaldırmaq, sülh əldə olunmasına nail olmaq lazımdır. Bir şeyi bilmək lazımdır ki, bu “qordi” düyününü kim çözə biləcəksə, o da regionun təhlükəsizlik arxitekturasının təminatçısı olaraq Cənubi Qafqazda əsas söz sahibi olacaq. Bu baxımdan Blinkenin Azərbaycan və Ermənistan Xarici işlər nazirlərini görüşdürməsi və özünün də toplantıya qatılması, ABŞ-n iki ölkə arasında sülhün yaranmasına nə qədər önəm verdiyini göstərir. Çünki sülh, həm də Rusiyanın Qafqazda hərbi mövcudluq səbəbinin aradan qalxması deməkdir. Onun bu görüşdə iştirakı, aydındır ki, ilk növbədə Rusiyanı danışıqlar prosesindən kənarlaşdırmağa xidmət edir. Demək ki, Rusiya son sərhəd toqquşması ilə Brüssel prosesini pozduğuna heç də arxayın olmamalıdır və onu son təxribatları Avropanın vasitəçilik missiyasına pərdəarxası dəstək verən ABŞ-ı açığa çıxmağa, təşəbbüsü ələ almağa vadar etdi.

Pelosinin Azərbaycanın əleyhinə verdiyi qərəzli bəyanatları bir kənara qoysaq, onun bu səfəri Rusiya ilə Ermənistan arasında münasibətlərin soyumasına və Moskvanın dayaqlarının zəifləməsinə təsir edəcək bir hadisədir. Əslində, ABŞ bu onun gəlişi ilə Cənubi Qafqaz uğrunda rəqabətə başlamaq üçün Ermənistanı dartıb Rusiyanın əlindən almağa çalışdı. Çünki, etibarlı tərəfdaş və ya istinad nöqtəsi əldə etmədən, davamlı proses qurmaq və rəqabətdə uğur qazanmaq mümkün deyil. Bu baxımdan biz Pelosinin səfərinə təkcə əsəbiləşməli deyilik, həm də onun geosoyasi anlamını doğru oxumağı da bacarmalıyıq.
Baş verənlərin müsbət tərəfi odur ki, ABŞ getdikcə artan bir qətiyyətlə Rusiyanı regionumuzdan sıxışdırmağa çalışır və bundan ötrü heç də Ukrayna məsələsinin bitməsini gözləmir.

ABŞ və Rusiya arasında geosiyasi rəqabətin belə kəskinləşməsi, təkcə regionumzda sülhün əldə olunması baxımından deyil, həm də ölkəmizdə demokratikləşşmə baxımdan da yeni perspektivlər yaradır. İlham Əliyevin manevr sahəsi daraldıqca, o, ya ABŞ-n yanında yer almalı, ya da ki, Rusiya cinahında qalmalıdır. Birinci halda ABŞ-la əməkdaşlıq perspektivdə həm də daxili oyun qaydalarının dəyişməsinə, Qərbin demokratikkəşmə ilə bağlı tələblərinin nəzərə alınmasına yol açacaq.
Yox, əgər İlham Əliyev bu günkü kimi Putinlə bir yerdə qalmaq istəyəcəksə, o zaman Blinkenin 5 ay öncə İlham Əliyevə zəng edərkən, “Biz Rusiya və onun müttəfiqlərinin məsuliyyət məsələsini gündəmdə tutmaqda davam edəcəyik” xəbərdarlığını gərək unutmasın. Bu isə həm sanksiyalar gözləmək, həm də ki, Putini gözləyən riskləri bölüşmək deməkdir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir