Biz deyirik ki, tarixi fürsətdir Xankəndini azad edin, bunlar durub Zəngəzur dəhlizindən imtina edirlər. Bəs nə oldu Laçın koridoruna əvəz olaraq Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi olmamalı idi? İndi İranla Naxçıvana avtomobil yolu çəkilməsi barədə memorandum imzalanır.
Əgər Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi olacaqsa, o zaman İran ərazisindən Naxçıvana çəkilən 2 avtomobil yolunun tikintisi nəyə lazımdır? Demək ki, Ermənistandan Naxçıvana çəkiləcək yol artıq gündəmdən çıxır. Hanı bəs “Ermənistan razı olmasa biz Zəngəzuru fəth edəcəyik” deyib nağıllarla insanları cuşa gətirirdiniz. Biz “etməyin, Putinin sifariş etdiyi boş – boş yalanlar danışmaq əvəzinə, real iş görün” deyəndə, Zəngəzur bəyanatları ilə sinənizə döyüb yumruq silkələyirdiniz. İndi çıxıb millətə cavab verin.
Laçın dəhlizində Azərbaycanın suverenliyindən vaz keçib o yolu rusların ixtiyarına verməyin qarşılığında, “biz də Ermənistan ərazisindən Zəngəzur dəhlizi salacağıq” deyən kim idi? Niyə sala bilmədiniz o yolu? Ancaq sizin bu yalanlarınız ucbatından bu gün Laçın rusların və ermənilərin tam ixtiyarında hərbi məqsədlər üçün istifadə olunmaqdadır. Bu yanlışınızı etiraf etmək yerinə, indi də İran ərazisindən keçən yola Zəngəzur dəhlizi deyib, 10 noyabr bəyanatı ilə xalqa aldatdığınız kimi, yenədəmi aldadacağınızı güman edirsiniz?
Fuad Gahramanlı