Fuad Gahramanlı: Biz niyə Pezişkiyanı müdafiə edirik ?
İran seçkiləri və Şimali Azərbaycanın strateji maraqları.
Bu gün İranda keçirilən prezident seçkilərində türk Məsud Pezişkiyanın qələbə şansi xeyli yüksəkdir. Onun qələbəsi həm Iranın, həm regionumuzun, həm də ki, Şimali Azərbaycanın milli maraqlarına uyğundur. Əvvəlcə onu qeyd edək ki, Pezişkiyanın seçkiyə buraxılması təsadüfi deyil və ehtimalı ki, Prezident Musəvinin vertolyot qəzası ilə mühavizəkar siyasətdən imtina edib bu günkü seçkilər vasitəsi ilə islahatçı siyasi kursa keçid etmək arasında bir dərin əlaqə var. Bu planın arxasında İranı gözləyən labüd dağıdıcı müharibə təhlükəsindən yayınmaq kimi bir strateji niyyət, dərin dövlət ağlı var . Əks təqdirdə türk mill kimliyini belə açıq formada qabardan və kəskin islahatçı mövqedən çıxış edən Pezişkiyanı Ali dini rəhbər Xomeyni heç seçkiyə buraxmazdı da.
Bu zaman ehtimal ki, onun türk kimliyi ilə Güney Azərbaycan türkləri arasında milli həmrəylik zəminində güclü sosial dəstək qazanaraq, insanları seçkiyə gətirəcəyi və bu kütləvi sosial dəstək hesabına da mühafizəkarların müqavimətini yarıb islahatların önunü aça biləcəyi nəzərə alınıb. Əlbəttə bu ehtimalın nə dərəcədə gerçək olduğu yaxın zamanlarda görəcəyik.
Pezişkiyanın seçki qabağı verdiyi vədlərə əsasən demək olar ki, o, qələbə çalacagı təqdirdə ölkədə islahatların önünü xeyli dərəcədə açmağa, azadlıqlar, xüsusi ilə də qadınların hüquqları üzərindəki qadağaları xeyli dərəcədə yumşaltmağa, milli asimliyasiyaya məruz qalmış Azərbaycan türklərinin milli haqqlarını də qorunmağa çalışacaq. Bu isə İran siyasətində türk toplumunun rolunun artmasına və turkl etnik varlığının həm də həlledici siyasi məzmun qazanmasına yol açacaq .
Eyni zamanda Pezişkiyanın gəlişi ilə İran İsrailllə Hizbullah arasında gözlənilən savaşa və nüvə proqramına görə gözlənilən dağıdıcı müharibəyə məruz qalmaq təhlükəsindən yayınmaq imkanı əldə edə bilər. Qərblə yenidən nüvə anlaşmasına dönmək iqtisadi sanksiyaların tədricən azalmasına, islahatların başlamasına və daxildə rejimin sərt siyasətinin yumşalmasına da müsbət təsir göstərəcək.
Digər tərəfdən onun İranı Rusiyanın maraqlarına alət etməyəcəyini deməsi və münasibətlərə yenidən baxılacağını bildirməsi, Orta Şərqdə və Cənubi Qafqazda Rusiyanın mövqelərini və təsir imkanlarını xeyli dərəcədə zəiflədər və buna paralel olaraq da Qərbin rolunu daha da artıraraq həm regional, həm də ki, qlobal geosiyasi güc tarazlığını dəyişməsinə təsir edər.
Azərbaycana gəldikdə isə Cənub qonşumuzun prezidentinin Azərbaycan türkü olması həm dövlətlər arası münasibətlərə müsbət təsir edər, həm də ki, iki ölkə arasında etno-mədəni əlaqələrin və bağlarlarin güclənməsini artırar. . Pezişkiyan prezident olacağı təqdirdə öz türk kimliyini acıq ifadə edən və onunla qürur duyan bir lider kimi şubhə yoxdur ki , Güney Azərbaycan türklərinin miilli haqlarının daha çox təmin olunmasına çalışacaq. Bu da Güney Azərbaycan türkləri arasında öz milli kimliklərinə sahib çıxımaq istiqamətində bir milli oyanış hərakatına səbəbiyyət verəcək, İran siyasətində türk faktorunun rolunu heç vaxt olmadığı qədər artıracaq. Aydındır ki, Şimali Azərbaycan olaraq ,bu, həm İranla dövlətlər arası münasibətlərdə ölkəmizin mövqeyini gücləndirər, həm də ki, Bütöv Azərbaycan kimi milli strateji hədəfimizə gedən yolda yeni imkanlar ortaya çıxara bilər .
Ona görə də bu gün İranda Pezişkiyanın qələbəsinə münasibət , həm də milli maraqlarımıza və hədəflərimizə kimin necə münasibət bəslədiyini göstərən bir indikatordur.
Share this content:
Yorum gönder