KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Biz kimik, adımız nədir, “azərbaycanlı”yıq, yoxsa, türk ?

Fuad Gahramanlı: Biz kimik, adımız nədir, “azərbaycanlı”yıq, yoxsa, türk ?

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
22 0

Niyə öz dilimizin adını, milli kimliyimizi danırıq?

Dünən ana dili günü idi və təəssüflər olsun ki, biz hələ də milli varlığımızı didib parçalayan rus imperializminin düşüncəmizdə, zehnimizdə kök salmış mirasından qurtula bilmədiyimiz üçün, öz ana dilimizin gerçək adını qoymadan onu Azərbaycan dili adlandırmaqda davam edirik.

Bir qayda olaraq hər bir dil ilk növbədə onun məxsus olduğu etnosun adını, tanımını ifadə edir. Bu baxımdan Azərbaycan milləti deyilən bir şey, etnik qavram olmadığına görə, dilimizin Azərbaycan dili adlandırılması da tarixi, etnomədəni və elmi baxımdan doğru yanaşma deyil. Coğrafi olaraq Azərbaycan ölkəsində yaşayan türk milləti var, onun da dilinin adı türk dilidir. Uzun illər ərzində milli kimliyimizi öz tarixi mənəvi köklərindən qoparmağa, onu dəyişdirməyə çalışan siyasət nəticəsində bizə elə bir fikir aşılanıb ki, sanki öz türk milli kimliyimizi rəsmi olaraq ifadə edəriksə, bu başqalarının xoşuna gəlməz, hətta guya bu digər xalqlara qarşı milli ayrı seçkilik sayılar.

Niyə, nəyə görə bizimlə eyni yurdu, ortaq tarixi, ortaq mədəniyyəti, gələcək arzuları bölüşən başqa xalqın mənsubu bizim öz tarixi adımızı inkar etməyimizi, saxta, qondarma bir yarlıq altında mill kimliyimizi gizlətməyimizi istəsin ki, varmı burada bir məntiq, izah? Və ya biz öz türk kimliyimizi başqalarının da milli kimliyinə hormətlə və tolerant yanasaraq dilə gətirəririksə, burada milli zəmində hansı problem, hansı ayrı seçkilik yarana bilər ki? Məgər biz kiminsə özünü ləzgi, talış adlandırmasını özümüzə qarşı milli ayrı seckilik, pis niyyət kimi qəbul edirik ki, qarşı tərəf də eynisini bizə münasibətdə etsin? Elə yanlış təsəvvür yaradıblar ki, sanki turkəm demək, dilimiz Azərbaycan türkcəidir demək etnik millətçilik, ultta sağçı olmaq, aparteidizm və s. deməkdir. Halbuki türk olduğunu demək, dilimizin adının Azərbaycan türkcəsi olmasını qəbul etmək, millətçilik deyil, sadə təməl ibtidai haqqdır, talışa da, ləzgiyə də, avara da, kürdə də öz milli kimliyini azad və sərbəst ifadə etmək haqqı tanımaq qədər doğal və bəşəridir.

Məgər bu gün liberal dəyərlərin, hüquq və azadlıqların hər kəs üçün bərabər olduğu Avropada almanlar, ingilislər, polyaklar öz ölkələrinin dominant etnosu olaraq öz milli adlarını danaraq, onu ölkənin coğrafi adı ilə əvəzləyərək azad cəmiyyəti, hüquqi dövləti qurublar? Necə olur ki, onlar alman, fransız, ingilis kimliyi ilə bunu edəndə bu millətçilik,etnik ayrı seçkilik sayılmır və bu ölkələrdə yaşayan bütün xalqlar, hər kəs bunu normal qəbul edir, problemə çevirmir, ancaq Azərbaycan türkləri bunu edəndə, bu bizimlə eyni Vətəni paylaşan xalqlara qarşı ayrı seçkilik hesab olunur? Bu işin hesab kitabını belə yanlış aparanların yaratdığı qorxu tamamilə əsassız və yanlışdır.

Əslində, məsələ təkcə dilin adı da deyil, bunun təməlində həm də Azərbaycan türklərinin milli kimliyini inkar etmək, danmaq, belə bir millətin varlığını qəbul etməmək düşüncəsi durur. Çünki Azərbaycan türkcəsi demək, bu dilin Azərbaycan türklərinin dili olduğunu qəbul etmək deməkdir. Bu ideoloji və mənəvi baxımdan ötən əsrin əvvəllərində başlayan millətlləsmə prosesinin və Rəsulzadənin lideri olduğu düşncə irsinin davamıdır həm də. Bu tarixi mirası unudub dilimizi Azərbaycan dili adlandırmaq, öz keçmişimizə, milli varlığımıza qarşı etinasızlıq, bizi asimliiyasiya etmək istəyən rus və fars imperiyasının qaranlıq irsindən qopa deməkdir həm də.

Çünki bu gün Azərbaycan dili deyəndə bunun hansı millətin dili olduğu anlaşilmır. Varmi dunyada elə bir dövlət ki, onun dili ölkə adı ilə adlansın? Məsələn fransız dilinə Fransa dili, ərəb dilinə Səudiyyə Ərəbistanı dili, rus dilinə Rusiya dili , fars dilinə İran dili deyildiyini kimsə eşidibmi? Bu yalnız o halda ola bilər ki, millət adı ilə dövlət adı eyni olmuş olsun, veytnam , çin dili kimi. Bunu unutmamalıyıq ki, dil adı özlüyündə ilk növbədə onun hansı millətə məxsus olduğunu ifafə etməlidir.

Ona görə də bu gün dilimizin öz adı ilə adlandırılmaması Azərbaycan türklərinə, onların milli kimliyinə qarşı öz ölkəsində həyata keçirilən milli asimliyasiya, imkar etmə siyasəti deyil, bəs nədir? Varmı bunun başqa adı? Necə olur ki, Fransız öz ölkəsində fransız olduğunu, rus öz vətənində rus olduğunu, ingilis öz məmləkətində ingilis olduğunu deyəndə bu millətçilik, etnik ayrımçılıq olmur, biz öz yurdumuzda türklüyümüzü deyəndə bu başqa xalqlara qarşı ayrıseçkilik olur? Məgər fransızın, ispanın, yunanın liberalı öz liberal baxışını əsaslandırmaq üçün, durub öz millətinin adını danır, “mən öz millətimin adını desəm millətçi deyərlər” basqısı altında hiss edir özünü? Bu nə dərd bu nə feildir düşmüşük biz ?

Bu gün dünyada coğrafiya adı ilə milləti tanımlanmadığı, adlandırılmadığı halda, biz nəyə görə heç bir tarixi, elmi əsası olmayan azərbaycanlı adı ilə öz gerçək və halal adımızı gizlətməyə çalısaq? İspaniyalı, İordaniyalı, İngiltərəli, Rusiyalı milləti var? Burada lı, lü şəkilçisi coğrafi mənsubluq bildirir, milli mənsubiyyət ifadə etmir. Rusiyada yaşayan türk, gürcü, erməni də rusiyalı ola bilər, ancaq rus ola bilməz. Milli mənsubiyyət bildirən ad ilə, hər hansı bir ölkə əhalisinə, vətəndaşlığına mənsub olmaq ayı – ayrı tanımlar və qavramlardır. Eləcə də azərbaycanlı Azərbaycan ölkəsində yaşamağı, bu ölkənin vətəndaşı olmağı, coğrafi və hüquqi mənsubiyyəti, aidliyini ifadə edir, milli kimliyi bildirmir.

Təəssüf ki, bu gün öz ölkəmizdə ən çox milli diskriminasiyaya məruz qalan elə milli çoxluqda olan türklər özləridir . Dillərinin adı dəyişdirilib Azərbaycan dili qoyulub, türk milli kimliyi inkar edilərək üzərinə qondarma azərbaycanlı adı yapışdırılıb, soyad sonluqları kütləvi şəkildə ov, yev- lə öz milli soyundan qoparılıb və. s.

Bu Vətəndə biz müxtəlif etnik kimlikləri olan xalqlarla, milli azlıqlarla ortaq tarix, mədəniyyət və Vətən anlayışında vahid bir bütün olaraq varıq və bu etnik – mədəni zənginlik bizim bütöv Azərbaycan toplumu, cəmiyyəti anlayışımızın əsas təməlini təşkil edir. Bu baxımdan “azərbaycanlı” sözünü də də hər hansı millətin adı kimi deyil, bu ölkədə yaşayan bütün xalqların nümayəndələrinin vətəndaşliq mənsubiyyətini bildirən ifafə kimi qəbul etməyimiz gərəkdir. Ölkə mənsubiyyətini bildirən bu adı daşıyan hər kəs etnik, irqi, cinsi, sosial status fərq olmadan Azərbaycan Respublikası vətəndaşı kimi tam bərabərdir və eyni hüquqlara malikdir. Bu bütünlüyə zərər verən, hər hansı xalqın milli kimliyini, varlığını aşağılayan, inkar edən ayrımçıqlıq milli ədavət və təfriqə yaradan mövqe kimi qəbul edilməzdir və ölkəmizə qarşı düşmənçilik niyyəti deməkdir.
Talışlarla, ləzgilərlə, avarlarla və digərlərləri ilə biz Azərbaycan adlı eyni Vətənə sahib olaraq ortaq dəyərlər, birgə tarixi yaratmış can qardaşlarıyıq, həmvətənik. Kimsə onları bizdən, bizi də onlardan ayıra bilməz, biz birik və bu Azərbaycan adlı Vətənin bütövlüyü, təhlükəsizliyi hər kəs üçün vaz keçilməz qırmızı xət hesab olunmalıdır. Əgər kimsə milli zəmində bizim ərazi bütövlüyümüzü, eləcə də xalqların mənəvi birliyini sarsmağa, bölməyə çalışarsa, separatizm zəmində etnik ayrı seçkilik edərsə, buna qraşı Qarabağ savaşında olduğu kimi, eyni iradə və birliklə də imkan verməməmək hamımızın boynun borcudur. Çünki bu dövlət bu ölkədə yaşayan bütün xalqların ortaq kutsal dəyəridir. Bu ölkənin ərazi bütövlüyünün təməlində türkün də, talışın da, ləzginin də kürdün də və. s nin Şəhid qanı var.

Bunları ona görə ayrıca qeyd etdim ki, Azərbaycan türklərinin milli kimliyi üzərindəki qeyri rəsmi qadağanın qaldırılması, millətimizin gerçək türk adının özünə qaytarılması, dilimizin gerçək türk dili adlandırılması heç kimə qarşı ayrı seçkilik kimi anlaşılmalı deyil və bunun Azərbaycan türklərinin milli haqqı olmasını hər kəs könül xoşluğu ilə, tarixi bir gerçəklil kimi qəbul etməlidir.
Bir gün fərqlə olsa da Türk dili gününüz mübarək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir