KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanli: Baydenin “Demokratiya sammiti”nin nəticələri nə olacaq?

Fuad Gahramanli: Baydenin “Demokratiya sammiti”nin nəticələri nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
351 0

Avtoritarizmə qarşı qlobal mübarizə nə vəd edir?

ABŞ prezidenti Baydenin təşəbbüsü ilə keçirilən demokratiya sammiti yeni qlobal bir platforma yaratdı. Bu platforma ilk dəfə olaraq demokratiya ilə avtoritarizm arasında cəbhələşməni gündəmə gətirərək, yeni bir soyuq müharibənin ideoloji zəminini yaratmaqdadır. Vaxtilə “soyuq müharibə” termini Sovet sosialist sistemi ilə liberal Qərb demokratiyası arasında gedən ideoloji, siyasi qarşıdurmanı ifadə edirdi. Bu gün isə “Demokratiya sammiti” eyni soyuq qarşıdurmanın liberal dəyərlərə əsaslanan Qərb demokratiyası ilə, kleptokratik avtoritar rejimlər arasında başlanmasının əsasını qoymuş oldu.
İndiyədək ayrı – ayrı Qərb dövlətləri və institutları avtoritarizmə qarşı mübarizə aparan xalqlara, müxalif hərəkatlara müəyyən vaxtlarda dəstək versələr də, bəzi avtoritar rejimlərdən insan haqları ilə bağlı tələblər etsələr də, bütün bunlar seçmə prinsipi əsasında pərakəndə xarakter daşıyırdı və beynəlxalq səyləri əks etdirmirdi. İndi isə bu yanaşmanın dəyişdirilməsi nəzərdə tutulur və ansı coğrafiyada, hansı ölkədə olmasından asılı olmayaraq avtoritarizm özü bir hədəf olaraq nəzərdə tutulur. Bu hədəfə qarşı birgə mübarizə aparmaq, demokratiyanın yayılması və buna qarşı öz aralarında həmrəylik göstərən avtoritar rejimlərin müqavimətinin qırmaü üçün, dünyanın demokratik ölkələri də kollektiv, koordinasiya olunmuş fəaliyyət platformasında bir araya gətirilirlər. Bu isə artıq demokratik prosesi qlobal çağrışa çevirərək ona yeni nəfəs vermək deməkdir .
Adətən demokratiya ilə bağlı çağırışlar ABŞ və Avropa strukturları tərəfindən səsləndirildiyindən , avtoritar rejimlər çətinlik çəkmədən bu tələblərdən yayına bilirdilər. İndi isə ABŞ-n hər hansı bir avtoritar rejimlə bağlı gündəmə gətirəcəyi təzyiq və sanksiya siyasəti, demokratiya platformasında birləşən ölkələrin əksəriyyəti tərəfindən də dəstəkləmək imkanı qazanır. Bu isə avtoritar rejimlərə dünyanı dar edərək qaçmağa yer qoymur.
Daha bir mühüm məsələ isə “Demokratiya sammiti”ndə avtoritar rejimlərin ürəyinin nişan alınmasıdır. Sammitin yekunları göstərir ki, korrupsiya qarşı mübarizənin beynəlxalq səviyyədə hədəf seçilib. Bəllidir ki, avtoritar rejimlərin mütləq əksəriyyəti qeyri şəffaf idarəçiliyə əsaslanır və korrupsiyanı dövlət siyasətinə çevirib. Buna qarşı mübarizədə mətbuatın dəstəklənməsinin fəaliyyət planına daxil edilməsi olduqca mühüm bir nəticədir. Biz artıq öz ölkəmizin nümunəsində beynəlxalq araşdırmaçı jurnalistlərəin aşkara çıxardığı London mülkləri ilə bağlı real nəticələri görmüşük. Demək ki, bu təsadüfi deyil və hətta sammitdən öncə bu istiqamətdə fəaliyyətə start verilib. İndi isə bu korrupsiya ifşalarının daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur. Bu həm də avtoritar rejimlərin öz xalqlarından oğurladıqları pulları gizlətmək üçün ofşor “maliyyə cənnətlərindən” mərhum ediləcəkləri günün uzaqda olmadığı anlamına da gəlir.
Əsas məqamlardan biri də avtoritar hakimiyyətlərin öz rəqiblərini, müxalif fəalları müasir texnoji vasitələrdən istifadə edərək nəzarətdə saxlaması, təqib və təzyiqlərə məruz qoymasının qarşısının alınması prinsipinin gündəmə gətirilməsidir. Belə bir məsələnin gündəmə gətirilməsi, o deməkdir ki, təzyiqlərə məruz qalan əks fikirlilərə dəstəklə yanaşı, bunu edən hakimiyyətləriə də müvafiq təzyiq və sanksiyaların tətbiqi də nəzərdən keçiriləcək. Bu artıq yeni bir tendensiyadır və avtoritar hakimiyyətlərin xüsusi xidmət orqanlarının siyasi rəqiblərə qarşı fəaliyyətini məhdudlaşdırmağa yönəlib.
Bütövlükdə isə “Demokratiya sammiti” ölkələrdə demokratiyanın yayılmasının təkcə xalqların öz hazırlığından asılı olan bir seçim olmadğı, qlobal təhlükəsizlik və inşişafın tələbi kimi dəstəklənəcək bir prosesə çevrildiyini göstərdi.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir