KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Bakı nədən İsrail və Türkiyə arasında sıxışmış vəziyyətdə qalıb?

Fuad Gahramanlı: Bakı nədən İsrail və Türkiyə arasında sıxışmış vəziyyətdə qalıb?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
21 0
Fuad gahramanlı

Netenyahunun Azərbaycana səfəri niyə təxirə salındı ?

Bakı nədən İsrail və Türkiyə arasında sıxışmış vəziyyətdə qalıb?

Məlum olduğu kimi İsrail baş naziri Netenyahunun mayın 7-nə Azərbaycana planlaşdırılmış beş günlük səfəri gözlənilmədən təxirə salındı. Səfərin məqsədi barədə İsrailin “The Times of İsrael” nəşrinin verdiyi məlumata görə Netenyahu Azərbaycanda bu ölkənin “İbrahim anlaşmalarına” qoşulması və Türkiyə ilə münasibətlərdə Bakının vasitəçilik təşəbbüsünü müzakirə etməli idi.

Eyni zamanda Netenyahu ilə İlham Əliyev arasında regional təhlükəsizlik məsələləri, iki tərəfli münasibətlərdə hərbi əməkdaşlığın genişləndirilməsi və enerji, ticarət sahəsində əlaqələrin inkişafı da müzakirə edilməli idi. Lakin səfərin pozulması üzündən bu müzakirələr də baş tutmamış qaldı.

Netenyahunun ofisindən verilən məlumatda səfərin baş tutmamasının səbəbi kimi Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri əsas göstərilib. Bu göstərilən səbəblər təxirə salma səbəbi kimi ona görə inandırıcı görünmür ki, İsrail üçün bu sadalanan məsələlər istər Netenyahunun səfəri planlaşdırılandan ərəfədə, istərsə də ondan əvvəl daim mövcud olub və bundan sonra hələ də mövcud olacaq.

Bəs, o zaman bu səfərin təxirə salınmasının əsas səbəb nə ola bilər ? Bu barədə yayılan xəbərdən bir gün sonra rəsmi məlumata əsasən İlham Əliyevin tapşırığına əsasən Suriyaya göstərilən humanitar yardımın davamı olaraq iqtisadiyyat, neft-qaz sənayesi, energetika, mədəniyyət, təhsil sahələrində inkişafa dəstək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycan nümayəndə heyəti Şama rəsmi səfər edib.

Baş Nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriya prezidenti Əhməd Əl Şaraa başda olmaqla ölkənin digər rəsmi şəxsləri ilə çoxsaylı görüşlər keçiriblər.
Eyni zaman kəsiyində baş verən bu hadisələrdən belə görünür ki, Netenyahunun səfərinin təxirə salınması ilə Azərbaycan nümayəndə heyətinin Suriyaya səfəri arasında bir bağlılıq var.

Ehtimal ki, Əhməd Əl Şaraa hakimiyyətinin Türkiyə ilə yaxınlığını qəbul etməyən Netanyahu Azərbaycan nümayəndə heyətinin səfəri barədə məlumat aldıqdan sonra, Azərbaycana səfərdən imtina edib. Görünür İsraildə bu səfərin, məhz onun səfəri ərəfəsində Ərdoğanın istəyi ilə məqsədli şəkildə təşkil edildiyini düşündükləri üçün, Netanyahu da Azərbaycana gəlməkdən imtina edib. Bu ərəfədə İsrail aviasiyasının yenidən Suriyaya ərazisinə 12 hədəfə zərbə endirməsi və Əhməd Əl Şaraanın Şamdakı iqamətgahı yaxınlığına bomba atması da təsadüfi sayıla bilməz. Bununla da İsrail Netenyahunun səfəri öncəsi Ərdoğanın təşəbbüsu ilə baş tutan bu səfərə görə Suriya ərazisini bombalamaqla Türkiyəyə öz reaksiyasını bildirmiş oldu.

İlham Əliyevin Ərdoğanla danışıqlarından və Antalya Diplomatik Formunda keçirilən son müzakirələrdən aydın görünür ki, Türkiyə Azərbaycanın Suriya ilə əlaqələrinin inkişafını təşviq etməkdədir. Görünür İlham Əliyev Ankaranın bu istiqamətdəki təkliflərini qəbul etməklə, bir müddət öncə Ərdoğanla sərinləşmiş münasibətləri yenidən istiləşdirməyə çalışır. Əks təqdirdə Türkiyədən tələb olmasa, Azərbaycan Suriyaya kimi geosiyasi cəngəlliyə girmək, buna görə İsraillə münasibətlərdə problem yaranmasını istəməz.

Məhz, Netenyahunun səfəri öncəsi Türkiyə Azərbaycan nümayəndə heyətinin Şama səfərinə nail olmaqla, Bakı üzərində daha üstün təsir imkanları olduğunu Təl Əvivə göstərmək istəyib. İlham Əliyev isə İsrailə qarşı sərt mövqeyi olan Ərdoğanın bu istəyini qəbul etməklə, onun təklifindən imtina etməməklə, Netanyahunun səfərini balanslaşdırmaq, hər iki tərəflə münasibətləri isti tutmaq istəyib.

Ancaq belə görünür ki, nəticə heç də uğurlu alınmayıb və Netenyahu Azərbaycanın bu balans saxlamaq siyasətinə öz səfərini təxirə salmaqla cavab verib. Türkiyəyə gəldikdə isə, İsrail Suriya ərazilərini yenidən bombalamaqla Ankaranın bu ölkə üzərindəki geosiyasi nəzarətinə və nüfuzuna zərbə vurmaqla öz cavabını vermiş oldu.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir