KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Bakı Moskvanın qırmızı xəttini keçə biləcəkmi?

Fuad Gahramanlı: Bakı Moskvanın qırmızı xəttini keçə biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
161 0

Almaniya naziri niyə gəlir?

Almaniyanın xarici işlər naziri Annalena Berbok bu həftə Ermənistan və Azərbaycana səfərə gələcək. Səfər barədə verilən ilk məlumatda onun regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi bildirilir. Bu səfər elə bir vaxta təsadüf edir ki, Avropa Birliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında başlanmış sülh danışıqlarının gələcəyi sual altındadır.

Azərbaycan rəhbərliyi iki dəfə ard – arda Qarabağda və ondan sonra da Brüsselldə Ermənistan tərəfi ilə nəzərdə tutulan görüşdə iştirak etməkdən imtina edib. Buna paralel olaraq İlham Əliyev Gürcüstana səfər edərək Tiflisin Paşinyanla görüşə ev sahibliyi etməsi təşəbbüsünü irəli sürüb. Eyni zamanda Azərbaycan Tehranda keçirilən” 3+2″ formatında keçirilən görüşə qatılaraq regional problemlərin bölgə ölkələrinin iştirakı ilə çözülməsi tərəfdarı olduğunu bildirib. Bu baş verənlər Azərbaycan rəhbərliyinin Qərbi İrəvanda aparılan danışıqlardan uzaq saxlamaq istəyində olduğunu açıq aydın göstərməkdədir.
Azərbaycan hakimiyyəti bu niyyətini heç gizlətmir də. İlham Əliyev Bişkekdə bu barədə açıq bəyanat verərək “min kilometrlərlə uzaqdan gələnlənlərin” sülh prosesinə fayda verə bilməyəcəyini açıq şəkildə ifadə etmişdi.

İndi isə AB-nin iki aparıcı ölkəsindən biri hesab olunan Almaniyanın xarici işlər naziri Annalena Berbok belə bir vəziyyətdə İrəvana və Bakıya səfər edəcək. Görünür Fransa ilə məlum münasibətləri nəzərə alınaraq AB adından Almaniyanın Bakı ilə danışması daha məqsədəuyğun hesab olunub. Bu baxımdan gözləmək olar ki, Berbokun bu səfərində əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh danışıqlarınnın davam etdirilməsi və bu prosesdə AB-nin vasitəçilik missiyasının qorunub saxlanması istəyi olacaq. Ermənistan onsuz da Moskvanın vasitəçiliyi ilə keçirilən görüşlərdə iştirak etməyə həvəsli deyil və zaman – zaman müxtəlif bəhanələr gətirərək Kremlin dəvətlərindən yayınmağa çalışır. Ona görə də Annalena Berboku İrəvanda hansısa gərgin danışıqlar gözləmir.

Bundan fərqli olaraq xanım Berboku Bakıda çox çətin müzakirələr gözləyir. Ehtimal ki, o, Azərbaycan tərəfinini yenidən Avropa Birliyinin vasitəçikik etdiyi danışıqlar prosesinə qaytarmaq üçün təzyiqlər etməli olacaq. Bunun üçün isə onun əlində istinad edəcəyi Avropa Parlamentininin məlum qətnaməsi var. Bu qətnamədə nəzərdə tutulan təzyiq mexanizmlərinin nəzərə alınıb alınmaması isə Bakının verəcəyi cavanlardan asılı olacaq.

Azərbaycan tərəfinin Annalena Berboka müsbət cavab verməsi məsələsində əsas maneə Rusiyanın Brüssel danışıqlarına qarşı olmasıdır. Rusiya sülh prosesinin uzanmasını həm də ona görə istəyir ki, bunu bəhanə edərək Qarabağda qalması üçün heç bir bəhanəsi olmayan hərbi birliklərini Azərbaycan tərəfindən Ermənistanla sərhəddə yerləşdirsin.
Digər tərəfdən isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi kimin vasitəçiliyi ilə razılaşdırılacaqsa, həmin tərəf də sülhün qarantoru kimi Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında yer almış olacaq. Bu halda Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Moskvanın geostrateji baxımdan Cənubi Qafqazdan tamamilə uzaqlaşdırılması demək olar. Ona görə də Rusiya bu məsələyə özünün qırmızı xətti kimi baxır və Azərbaycanın Qərbin vasitəçilik etdiyi sülh danışıqlarından imtina etməsini istəyir. Bu şərtlər qarşısında isə Azərbaycanın Annalena Berboka müsbət cavab verəcəyi o qədər də inandırıcı görünmür. O halda irəlidəki mərhələdə Bakı ilə Qərbin münasibətlərundə gərginliyin artacağını gözləmək olar.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir