KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycan hakimiyyəti niyə Türkiyədəki seçkilərdə tərəfə çevrilir?

Fuad Gahramanlı: Azərbaycan hakimiyyəti niyə Türkiyədəki seçkilərdə tərəfə çevrilir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
197 0

 

Strateji düşüncəsizlik, yoxsa, məsuliyyətsizlik ?

Türkiyədə gedən seçkilər Azərbaycan gündəminə otrub və böyük ictimai maraqla müzakirələr gedir. Bu müzakirələrdə hər kəsin bir seçimi, rəğbət bəslədiyi tərəf ola bilər. Bu seçkiyə maraq təkcə Türkiyədə hakimiyyət dəyişikliyinin Azərbaycana mümkün təsiri ilə bağlı deyil, həm də demokratik və azad seçki həsrətində olan azərbaycanlıların qardaş ölkədəki seçkilərdə öz arzuladıqları rəqabət mühitini görməsi ilə ilgilidir. Ona görə də bir çox həmvətənlərimiz bu prosesə özünü elə qapdırıb ki, elə bil bu seçki Azərbaycanda keçirilir.

Ancaq məni narahat edən məsələ başqadır. Azərbaycan hakimiyyətinin də bu məsələnin tam içinə girib Türkiyədəki seçkilərdə tərəf kmi görünməsi strateji baxımdan dövlət maraqlarımızı təhlükə qarşısında qoyur. Bunu dərk etmək üçün heç də strateji ağıla sahib olmaq lazım deyil, sadəcə dövlət hakimiyyətinin məsuliyyətini anlamaq lazımdır. Olmazmı Azərbaycan iqtidarı öz simpatiyasını və arzusunu içində saxlasın?

Bu gün keçirilən bütün rəy sorğuları Kılıçdaroğlunun Ərdoğandan 5 faizə qədər öndə olduğunu göstərir. Heç olmasa, bu sorğu nəticələrini nəzərə alıb seçkidə iştirak edən tərəflərdən biraz məsafəli davranmaq, tərəf kimi görünməmək lazımdır. Birdən Kılıcdaroğlu seçilsə nə olacaq? O zaman Ərdoğana tərəfkeşlik edən Azərbaycan hakimiyyətinə münasibətdə Türkiyədə hakimiyyət ə gələn Kılıçdaroğlu necə davranacaq? Bundan Azərbaycan dövlətinin strateji maraqları zərər görməyəcəkmi? Əlbəttə ki, bu gedişlə görəcək.

Axı, indiki həssas məqamda, geosiyasi dəngələrin yenidən qurulduğu bir dönəmdə Türkiyənin Azərbaycana güclü dəstəyi çox vacibdir. Heç bir halda unutmaq olmaz ki, milli təhlükəsizliyimizə qarşı yönəlmiş regional təhdidlər qarşıslnda ölkəmizin təhlükəsizlik təminatı bu gün Türkiyə dövləti ilə sıx bağlıdır. O halda, bu bağları risqə atmaq dövlət ağlı ilə yol veriləcək bir xəta, bir işdirmi?
Guya Azərbaycan hakimiyyətinin Ərdoğana dəstəyi Türkiyə cəmiyyətinin rəyinə təsir edir? Yox, əsla etmir, ancaq, bu, Ərdoğana qarşı olan rəqiblərin Azərbaycana münasibətinə istər istəməz təsir edəcək və bunun bədəlini ölkə olaraq ödəməli olacağıq. Ona görə də Azərbaycan hakimiyyəti məsuliyyət hissini itirməməlidir.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir