KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycanla İsrail arasında soyuqluq yaranıb?

Fuad Gahramanlı: Azərbaycanla İsrail arasında soyuqluq yaranıb?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
120 0

İranla hərbi təlimin görünməyən tərəfləri nədir?

Bu gün Azərbaycanla İran ordusu arasında Naxçıvanda taktiki təlim keçirilir. Rəsmi məlumatda deyilir ki, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının iştirakı ilə keçirilən bu təlim komandirlərin qərar qəbuletmə bacarıqlarının artırılması və ordu bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədi daşıyır. Məsələnin diqqət çəkən ən maraqlı tərəfi odur ki, növbə ilə hər iki ölkədə keçiriləcək bu təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə tapşırıqların və koordinasiyalı fəaliyyətin təmin olunması da nəzərdə tutulur.

Bu məsələnin görünən tərəfi ilə yanaşı bir də görünməyən tərəfi var. Xatırlayırsınızssa Azərbaycan ötən il İranın Araz boyu keçirdiyi hərbi təlimlərlə və vaxtaşırı bu ölkənin hərbi -dini liderlərinin verdiyi sərt hədələyici bəyanatlarla davamlı şəkildə təhdid olunurdu. Bu dönəmdə və ondan əvvəlki vaxtlarda Azərbaycanın İranın qəzəbinə tuş gəlməsi daha çox İsraillə yaxınlığa görə idi. İndi isə iki ölkənin münasibətləri hərbi təlim keçirəcək qədər istiləşibsə məntiqlə bu o deməkdir ki, artıq İsraillə Bakının münasibətləri Tehranı narahat edəcək səviyyədə yaxın deyil. Azərbaycan hakimiyyəti üçün xarici siyasətdə milli strateji piroritetlər heç vaxt önəmli olmasa da , İran digər ölkələrlə münasibətlərdə öz dövlət maraqlarını və təhlükəsizlik piroritetlərini həmişə xüsusi olaraq nəzərə alır. Ona görə də Azərbaycan İsrail münasibətləri əvvəlki kimi qalmış olsaydı Tehran İsrailin hərbi strateji müttəfiqi kimi gördüyü bir ölkə ilə heç vaxt öz ərazisində hərbi təlim keçirmək fikrinə düşməzdi.

Nəzərə almaq lazımdır ki, bu iki ölkə arasında bu miqyasda keçirilən ilk birgə hərbi təlimdir. Bundan öncə 2023-cü ilin aprel ayında Azərbaycan və Qazaxıstan hərbi donanmalarının keçirdiyi “Xəzri-2023” təlimində İranlılar müşahidəçi kimi qatılmışdılar. Elə o zaman İranla Azərbaycanın Xəzərdə birgə donanma təlim keçrməsi barədə razılaşma əldə olunsa da, münasibətilərdəki gərginliyə görə bu təlimin keçirilməsi də təxirə salınmışdı.

Naxçıvanda keçirilən hərbi təlimin məqsədlərindən biri də strateji obyektlərin və kommunikasiyaların mümkün təxribatlardan birgə qorunması olduğu bildirilir. Beynəlxalq münasibətlərdə hərbi təlimlər orduların döyüş qabiliyyətini artırmaqla yanaşı, bir qayda olaraq həm də rəqib ölkələrə mesaj, xəbərdarlıq ünvanlamaq məqsədi də daşıyır. Bu baxımdan İran öz strateji obyektləri və kommunikasiya xətləri üçün birinci dərəcəli təhlükənin İsraildən, ikinci dərəcəli təhlükənin isə ABŞ-dan gəldiyini davamlı və açıq formada bildirməkdədir. O zaman Azərbaycan öz ərazisi ilə yanaşı İran ərazisində strateji obyektlərin və kommunikasiyaların potensial düşməndən müdafiəsi təliminə qoşulursa, bu müdafiənin İsraildən gələcək təhlükəni önləmək məqsədi daşıdığını anlamaq üçün heç də dərin strateji ağıla sahib olmaq gərək deyil.

İlham Əliyevin Misir səfəri zamanı Qəzzada atəşin dayandırılması və müstəqil Fələstin dövlətinin yaradılması barədə bəyanatı da bu baxımdan diqqətə alınmalıdır. Azərbaycan rəhbərliyi əvvəllər bir qayda olaraq bu məsələyə humanitar yöndən yanaşır, açıq siyasi bəyanatlar verməkdən, birmənalı mövqe bildirməkdən yayınırdı. İndi isə Azərbaycan öz mövqeyini müttəfiqlik münasibətlərində olduğu Rusiya və Cənub qonşusu İranla uzlaşdırmağa çalışır. Düzdür, müstəqil Fələstin dövlətinin yaradılmasını bu gün Qərb də tələb edir, ancaq, Azərbaycan üçün bu məsələdə gərgin münasibətdə olduğu tərəfin mövqeyi deyil, müttəfiq olduğu Şimal və dostlaşmaga başladıği Cənub qonşusunun yanaşması əsas hesab olunur.

Əslində bir müddət öncə İlham Əliyevlə onunla görüşdən qayıdarkən helikopter qəzasında ölmüş prezident Rəisinin “Xudafərin” su anbarının açılışında verdikləri birgə mesaj iki ölkə arasında ciddi yaxınlaşmanın baş verəcəyi ilə bağlı bir siqnal mahiyyəti daşıyırdı. Hətta o zaman İlham Əliyev bir çoxlarının bundan sonra iki ölkənin yaxın münasibətlərindən narahat olacağ ilə bağlı fikirlər səsləndirərək , bu yaxınlaşmanın kimlərinsə maraqlarına toxunacağına da işarə etmişdi. Bu gün İranla bağlı əsas təhlükəsizlik qayğısının İsrailə aid olduğunu nəzərə alsaq, o zaman kimlərin bundan narahat ola biləcəyini təsəvvür etmək mümkündür.

Bu gün hər iki ölkənin milli strateji maraqları ilə bağlı problemlər həll olunmadan yaxınlaşma baş verirsə, məntiq onu deyir ki, burada kənar təsir əsas rol oynayır. Aydındır ki, indiki halda hər iki ölkədə sözü keçərli olan ölkə Rusiya hesab olunur. Qərblə geostrateji savaşda olan Moskva Azərbaycan və İranın yaxınlaşması ilə Şimal -Cənub nəqliyyat koridoru boyu təhlükəsiz logistika imkanlarını təmin etmək və Qərbin Cənubi Qafqazda rolunun artmasına imkan verməməyə çalışır. Rusiya Ukraynada başı qarışdığı bir vaxtda Cənub cinahında Qərbdən gələn geosiyasi təhlükənin İran və Azərbaycan ittifaqı ilə neytrallaşdırıla biləcəyinə ümid edir. Ona görə də, bu gün İran və Azərbaycan arasında indiki yaxınlaşmaya strateji maraqlardan irəli gələn iş birliyi kimi deyil, daha çox Rusiyanın Qərbə qarşı qurduğu geostrateji planlarının tərkib hissəsi kimi baxmaq olar.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir