KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycandan İrana görünməmiş sərt cavab

Fuad Gahramanlı: Azərbaycandan İrana görünməmiş sərt cavab

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
317 0

Yaxınlarda İran agenturasına qarşı əməliyyatlar başlaya bilər.

Azərbaycanla İran arasında gərginlik bitmir. İranın hərbi təlimlərindən sonra iki ölkə arasında münasibətlərin öz əvvəlki axarına dönəcəyinə gözləmək olardı. Ancaq belə məlum olur ki, problem göründüyündən daha dərindir və gərginlik hələ də davam etməkdədir.
Bu gün Qafqaz Müsəlmanları İdarəsindən İrana sərt ittihamlar ünvanlanıb. Aydındır ki, QMİ-nin mövqeyi Azərbaycan hakimiyyətinin yanaşmasını əks etdirir və məhz bu qrumum vasitəsi ilə İrana cavab verilməsinin də öz rəmzi mənası var. Bununla Bakı demək istəyir ki, artıq İranla Azərbaycan arasında dini bağ deyilən bir şey qalmayıb və cənub qonşumuz din amilinə arxayın olub ölkəmiz daxilində destablizasiya yarada biləcəyinə çox da ümid bağlamasın.
Ola bilsin ki, bu bəyanatdan sonra Azərbaycanda İrana bağlı dini agentura şəbəkəsinə qarşı geniş əməliyyat planları da həyata keçirilsin.
QMİ bəyanatında deyilir ki, “Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir.
Budurmu İslam həmrəyliyi,şiə təəssubkeşliyi?”
Beləliklə İranın Kafanda konsulluq açmasına və Azərbaycan sərhəddində keçirdiyi təlimlərə cavab olaraq Azərbaycan İranı, təkcə islam həmrəyliyini pozmaqda deyil, biraz da dərinə gedərək, bu ölkənin rəsmi ideologiyası hesab olunan şiəliyə qarşı belə getməkdə ittiham edib. Bu İran üçün çox ağır mənəvi-siyasi ittiham sayılır. Eyni zamanda bu açıqlama ilə, əslində, İrana deyilib ki, onun Azərbaycana qarşı mövqeyi Ermənistanın mövqeyindən heç də fərqli deyil.
Azərbaycanın bu bəyanatının, İsrail müdafiə naziri Benni Qantsın bu günlərdə gerçəkləşmiş Türkiyə səfərindən sonra səslənməsi heç də təsadüf deyil. Belə görünür ki, regionda İrana qarşı İsrail, Türkiyə və Azərbaycan hərbi İttifaqı formalaşmaqdadır. Artıq bu barədə bəzi məlumatlar da dolaşmaqdadır.
Bir qayda olaraq Tehranın kobud davranışları qarşısında susqunluq nümayiş etdirən Bakının, bu dəfə İrana qarşı belə sərt açıqlama verməsi təsadüfi deyil. Görünür İsrail və Türkiyə arasında təhlükəsizlik sahəsindəki yaranan işbirliyi, Azərbaycanı İrana qarşı belə sərt reaksiya verməyə təşviq edib.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir