KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycanda iqtidar müxalifət dialoqu lazımdırmı və ya mümkündürmü ?

Fuad Gahramanlı: Azərbaycanda iqtidar müxalifət dialoqu lazımdırmı və ya mümkündürmü ?

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
138 0

Türkiyədən əsən yellər və Ərdoğanın Daşdəmirliyi.

Bu yazının adını təsadüfən Türkiyədən əsən yellər qoymadım. Türkiyə ilə Azərbaycan arasında etno-mədəni birliklə və strateji maraqlardan qaynaqlanan müttəfiqliklə yanaşı, həm də İlham Əliyev hakimiyyəti ilə Ərdoğan iqtidarı arasında oxşar avtoritar meyillərdən irəli gələn bir mənəvi siyasi yaxınlıq da olub hər zaman. Bu səbəbdən Azərbaycan hakimiyyəti Moskva ilə bərabər Ankaranı da özünə yaxın sayıb və milli maraqlarla yanaşı Ərdoğan hakimiyyəti ilə isti münasibətlərə özünün əsas xarici dayaqlarından biri, dəstəkçisi kimi baxıb.
Xüsusilə ilə Ərdoğanın bir vaxtlar “ey Batı” deyərək Qərbə qarşı etdiyi o məhşur çıxışları və kəskin ritorikadası, eləcə də müxalifətin ünvanına ən kəskin ifadələrlə zəngin nifrət çıxışları etməsi Azərbaycan hakimiyyəti tərəfindən hər zaman məmnunluqla qarşılanırdı və rejim cəmiyyətdə qardaşı ölkəyə olan xoş münasibətdən dolayı Türkiyədən əsən bu yerlərdən öz anti -Qərb siyasətini legitimləşdirmək və müxalifətə qarşı sərt davranışları haqlı göstərmək üçün istifadə etməyə çalışıb.

İndi isə Azərbaycan hakimiyyətinin güvəndiyi dağlara qar yağmağa başlayıb. Türkiyənin Qərb bloku ilə dəyişən və istiləşən münasibətləri barədə ötənlərdə bir neçə təhlil yazdığımız üçün buna geniş toxunmayacağıq. Sadəcə onu qeyd edək ki, Türkiyə və Ərdoğan hakimiyyəti daha əvvəlki kimi Qərbə meydan oxumur, əksinə Avropa Birliyinə üzv olmaq istəyini ifadə edir, ABŞ -la 23 milyard dollarlıq təyyarə alışı ilə bağlı müqavilə bağlayıb, Qərbdən 35 milyard dollar kredit almağa başlayıb, Rusiyadan ayrılıb öz NATO müttəfiqləri ilə koordinasiyalı siyasətə dönüş edib, Brüssellə eyni mövqedən çıxış edərək Ermənistan və Azərbaycan arasında sülhu müdafiə edir, Rusiyanı Cənubi Qafqazdan çıxarılması məsələsində Qərblə eyni maraqları bölüsur və.s.
Bu dəyisikliklər Azərbaycan hakimiyyətini məyus edib və Ərdoğanı yumşaldan, ritorikasını, geosiyasi yönünü dəyişən dünya gör bizə nələr etməz qayğısı ilə baş -başa buraxıb.

Bu da hələ hamısı deyil. Dünən Türkiyə prezidenti Ərdoğan AKP qərərgahında müxalif CHP-nin başqanı Özgür Özəllə görüşüb. Xatırladaq ki, iki partiya liderləri arasında 2016-cı ildən bu yana heç bir görüs olmamışdı . Diqqət çəkən məqam odur ki, Ərdoğan müxalifət lideri Özəli prezident iqamətgahında deyil, məhz, AKP qərərgahında qəbul etməklə , həm də bu gorüsdə öz prezident statusunu bir kənara qoyduğunu, mütəvazi davranaraq hakim partiya rəhbəri kimi onunla görüşdüyünü göstərən bir jest edib. Demək ki, adam hikkəsinin və təkəbbürünün əsiri deyil, əsil siyasətçi xarakteri olan bir liderdir və lazım gələndə yumşalmağı, hətta siyasi nəzakət jestləri də etməyi bacarır.

Bir müddət öncə isə Almaniya prezident Satynmayerin Türkiyə səfəri zamanı onun Əkrəm İnmamoğlu ilə protokol görüşunün sakit, etirazsız qarşılanması da Ərdoğanın nə qədər yumşalmasını göstərən bir əlamət hesab olunur . Düzdür, bu görüş protokolda nəzərdə tutulsa da vaxtı ilə Vaşinqtonu saymayan əvvəlki Ərdoğan belə şeyləri nəzərə almaz , Satynmayerin səfərinə razılıq verməzdi. Xatırladım ki, 2023-cü ilin əvvələrində ABŞ səfiri o vaxtkı CHP sədri Klıçdaroğlu ilə görüşdüyü üçün Ərdoğan az qala onu ölkədən qovacaqdı, səfirin ünvanına o zaman demədiyini də buraxmamışdı.

Bunları deməkdə məqsədim həm də odur ki, Ərdoğan kimi siyasət əjdahası küləyin hansı tərəfdən əsdiyini duyub bu yaşda öz huyundan, hikkəsindən belə vaz keçiməyi lazım bilirsə, İlham Əliyev nəyə görə qardaşım dediyi, məsləhətlərinə güvəndiyi adama baxıb onun yolu ilə getməyi düşünməsin? Sual budur ki, Azərbaycan hakimiyyəti üçün Ərdoğanın huyunu dəyişən , onu məşhur misaldakı Daşdəmir kimi yumuşaldan geosiyasi şərtlərə qarşı getmək nə qədər rasional davranışdır və bu yolda doğurdanmı bir uğur görürlər? Bu sual hakimiyyəti düşündürməlidir və risqlər nəzərə alınmalı, bu günkü Türkiyə örnəyi gözardı edilməməlidir .

Ona görə də bu gərgin və repressiyaların davam etdiyi şəraitdə Azərbaycan hakimiyyətinə səslənirik, siz bu gün eyni zorakı siyasəti davam etdirməklə, vaxtı keçmiş üsullarla yola davam etməklə ölkəni beynəlxalq təcridə və daxili siyasi gərginliyə doğru apardığınızı görün. Bu gün yeni geosiyasi şərtlərin ölkənin daxili siyasətini yenidən dizayn etməsinə qarşı hikkə ilə dirənmək, sərt reaksiyalar vermək nəticədə siyasi qütbləsməni daha da kəskinləşdirəcək və siyasi sistemdə böhrana yol açacaq. Aqressiyanın həll yolu olmadığını görüb yeni geosiyasi şərtlərə qarşı getmək yerinə , onları dəyərləndirib yeni mərhələyə keçid fürsətinə çevirmək daha rasional bir seçim olmazmı ?

Bu baxımdan İlham Əliyevin öz yaxın dostu Ərdoğandan nümunə götürərək rəqiblərinə nifrət üzərində köklənmiş ənənəvi yanaşmasını dəyişməsi və siyasi sistemdə tıxanmaya səbəb olan problemlərin həlli ilə bağlı müxalifətlə dialoqa başlaması, indiki şərtlər daxilində nə qədər utopik görunsə də, bu ölkəni böhrandan çıxara bilmək üçün ən vacib və lazımlı yoldur əslində . Real müxalifəti inkar etmək , onu düşmən gözündə görmək, davamlı olaraq nifrət çıxışları etmək kimi arxaik yanaşmalardan nəhayət ki , imtina etmək və “avtobus müxalifəti” ilə edilən ənənəvi dialoq imitasiyası kimi boş və mənasız siyasətə son qoymaq lazımdır . Biz iqtidarlı müxalifətli hamılıqla məsuliyyətini daşdığımız ölkəmizin gələcəyi üçün ortaq narahatlığı bölüşməyi bacarmalıdıyıq . Zaman və şərlər bizi buna məhkum butaxıb, bunu anlamaq gərəkdir. Əgər bu gün problemləri dialoq yolu ilə çözə bilməyəcəyiksə, o zaman irəlidə bizi daha çətin şərtlər gözləyəcək. Bunu görmək çoxmu çətindir? Ona görə də siyasi məhbusların bütünlüklə azad edilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması və qarşıdan gələn parlament seçkiləri ilə ilə bağlı iqtidar -müxalifət dialoqunun başlanmasına çox böyük ehtiyac var. Bu dialoq ölkənin daxili və xüsusi ilə də xarici siyasətində getdikcə dərinləşən böhrandan yeganə çıxış yolu da sayıla bilər.

İlham Əliyev Qarabağ məsələsinin onun dövründə həll olunmasından sonra, niyə məhz onun hakimiyyət zamanında ölkənin demokratiya yolunun açılması kimi tarixi bir fürsəti , uğura müəlliflik etmək şansını əldən verir, bax, bunu anlamaq çətindir. Hər kəsə tarixdə qalacaq belə bir dəyişikliyə imza atmaq şansı qismət olmur axı, bu mühüm proses fonunda ancaq avtoritar üsullarla hakimiyyətin ömrünü uzatmaq necə də kiçik görünür. Bu qədər hakimiyyətdə olandan sonra artıq özün üçün deyil , tarix üçün çalışmağına dəyməzmi ?
Demokratiyadan bu qədər qorxmaq, onu öz üçün fəlakət ssenarisi hesab etmək da əbəsdir. Paşinyan kimi müharibədə məğlub olmuş bir lider əgər demokratik şərtlərdə hakimiyyətini qoruyub saxlamağı bacarırsa , o zaman İlham Əliyev niyə bu barədə düşünməsin ki? Əgər Ərdoğan hələ də qardaş olaraq qalırsa, o, indi bu məsələlər üzərində düşünmək və qərar vermək üçün çox yaxşı nümunədir

Ola bilər ki, hakimiyyətdəki qırğıları üçün müxalifətlə dialoq mövzusu indi yaxına buraxılası mümkün olmayan gərəksiz bir fikir kimi görünə bilər, ancaq , o qırğılar günün birində Qərbdəki biznes və varidatlarına ölkənin bağlı sərhədlərindən həsrətlə boylanıb baxmağa məcbur olanda, necə bir fürsəti itirdiklərinin də fərqində olacaqlar. Siyasətdə heç də həmişə 100%-lik uduş olmur və əksər avtoritar rejimlərin süqutu əsas şeyi qorumaq üçün vaxtında nələrisə dəyişməli olduqları qaydasını inkar etmələri üzundən baş verib .
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir