Həbsxanada olduğum müddətdə narkotik işi ilə bağlı tutulanlardan aldığım məlumata əsasən, ölkəmizə bu maddənin az qala yarısı sərhəddən gizli keçirmələrlə gətirilir. Sərhədlərin mühafizəsindəki boşluqları yaxşı bilən qaçaqmalçılar ya narkotiki gizli şəkildə ölkəyə keçirir, ya da ki, sərhəd zastavalarının rəhbərləri ilə anlaşıb bu işi görürlər. Hətta bəzi hallarda dronlarla da narkotik keçirilir.
Narkotikin gömrükdən fərdi şəkildə ayrı – ayrı yüklərin, hətta bədən daxilində gizlədilərək keçirilməsi də geniş yayılıb. Bundan əlavə, böyük həcmli narkotik maddələr əsasən, gömrük nəzarəti orqanlarının rəhbərləri ilə anlaşaraq ölkəyə gətirilir.
Bu cür işlərə görə çox böyük məbləğdə ödənişlər edilir və aydındır ki, bu qədər böyük pul təkcə gömrük postlarını rəhbərlərinə çatmır. Yüz milyonlarla gəlirin böyük hissəsi yuxarılara ötürülür.
Bu üzdən də indi ölkədə isə çox təhlükəli bir vəziyyət yaranıb. Nəinki gənclər, hətta orta məktəblərin yuxarı sinif şagirdləri arasında belə, narkomaniya kütləvi yayılmaqdadır.
Əgər, narkotikin idxalının qarşısını almaq istiqamətində daha ciddi tədbirlər görülməzssə, vəziyyət gündən-günə pisləşməkdə davam edəcək.
Əks təqdirdə, yüz minlərlə gəncin narkotik aludəçiliyinin doğurduğu sosial – psixoloji və kriminal problemlər, cəmiyyətimizi fəlakətə sürükləyəcək.
Fuad Gahramanli
- Anasayfa
- »
- Azerbaycan
- »
- Fuad Gahramanli: Azərbaycana narkotik əsasən İrandan gətirilir
Fuad Gahramanli: Azərbaycana narkotik əsasən İrandan gətirilir
378 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.