KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanli: Azərbaycan Rusiyanı tərk edirmi Və ya geosiyasi qırılma nöqtəsi

Fuad Gahramanli: Azərbaycan Rusiyanı tərk edirmi Və ya geosiyasi qırılma nöqtəsi

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
297 0

Nəhayət ki, Qərblə Rusiya arasında son danışıqlar raundu bitəndən sonra yaranan geosiyasi reallığın təsirləri, Azərbaycan xarici siyasətində də hiss olunmağa başlayır. Bu təsirin ilk əlaməti İlham Əliyevin Rusiya “sülhməramlıları” ilə bağlı dediyi tənqidi fikirlərdə özünü göstərdi. Düzdür, dövlət başçısının sülhməramlıların fəaliyyətinə bir neçə dəfə bir-birini inkar edən qiymət verməsi, çoxdan bu məsələnin “suyunu çıxarıb”.
Ancaq indiki mərhələdə səslənən tənqid Putinin ultimativ tələbinin ABŞ və NATO tərəfindən rədd edilməsi fonunda baş verdiyindən, bu təkcə narazılıq yox, həm də rus ordusunun Qarabağdakı mövcudluğuna münasibət kimi də görünə bilərdi. Və KTM qüvvələrinin Qazaxıstanı qısa müddətdə tərk etdiyi ərəfədə “sülhməramlılarla” bağlı səsləndirilən narazılıq, rusların Qarabağ da qalıcı deyil, müvəqqəti statusda olduğunu xatırladır. Bu xatırlatma isə Azərbaycan cəmiyyətindən daha çox, Qərbə ünvanlanmış bir mesajdır ki, biz heç də Rusların burda olmasından məmnun deyilik.
Ancaq bundan daha da önəmli olan, İlham Əliyevin Qərb Rusiya danışıqlarından dərhal sonra Ukraynaya səfər etməsidir. Bu gün Ukrayna Rusiya və Qərb arasındakı geosiyasi toqquşmanın episentridir və ora edilən səfər yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində ələ alına bilməz. Xatırladaq ki, ötən ilin ortalarında Azərbaycan rəhbərliyi Rusiyadan ehtiyyat edərək “Krım Platformasına” belə daxil olmamışdı. Çünki o zaman Risiya öz hərbi aqresiiyası ilə Avropa təhlükəsizliyini təhdid altında saxlayırdı və Qərb də yeni – yeni toparlanaraq Moskvaya qarşı öz mövqelərini kordinasiya etməyə çalışırdı. Bu baxımdan bu günkü NATO mövqeyi ilə müqayisədə, o zamankı Krım Platforması daha çox fəaliyyət mexanizmi olmayan siyasi həmrəylik jesti kimi görünürdü. Ona görə də, Azərbaycan rəhbərliyi mənəvi və siyasi baxımdan özünə daha yaxın saydığı Rusiya iqtidarının mövqeyini nəzərə alaraq, bu platformada yer almaqdan imtina etdi.
Biz bunu o zaman səhv strateji seçim kimi qiymətləndirsək də, Azərbaycan hakimiyyəti daha mənfəətcil davranaraq, hələ ki, Rusiyaya “atmağın” vaxtı çatmadığı qənaətində idi.
İndi görünür ABŞ, NATO və ATƏT çərçivəsindəki danışıqların yekunu İlham Əliyevdə o qənaəti yaradıb ki, artıq geosiyasi baxımdan Rusiya strateji məğlubiyyətə uğradılıb və Qərbə reveranslar etməyin əsil vaxtıdır. ABŞ-da Putinə və komandasına qarşı sanksiya layihəsinin gündəmə gəlməsi, Moskvanın Qərbin yekdil möqeqeyi qarşısında təklənərək müqavimət göstərəcək gücdə olmadığının aşkar olması, NATO – nun, həm də AB nin genişlənmə siyasətində qətiyyətli iradə ortaya qoyulması Azərbaycan rəhbərliyini indiki durduğu mövqedə narahat etməyə başlayıb. İlham Əliyev Rusiyanın yanında olub, Qərbin qarşısında olmağın çox ağır nəticələrini hiss etməyə başladığı üçün, ən kritik, diqqət mərkəzində olan yerdən – Ukraynadan geosiyasi həmlə edib, Qərbə əl uzatmağa çalışır. Çünki aydın görünür ki, öz içərilərinə sıxışdırılan Moskva, artıq, hakimiyyətin gələcəyinə strateji təminat verəcək geosiyasi güc mərkəzi deyil. Bu baxımdan İlham Əliyevin Rusiyanın maraqlarına zidd olaraq Ukraynanın ərazi bütövlüyünə dəstək verməsi və strateji müttəfiq, dost adlandırması, əslində, həm də Putinlə məsafə saxlamaq üçün atılan addımlar kini başa düşülməlidir.
Bəzilərinin İlham Əliyevin Ukrayna səfəri Rusiya ilə razılaşdırılıb və ortadada hər hansı vasitəçilik missiyası var deməsi də, hesab edirəm ki, əsasızdır. Bu daha çox Azərbaycan rəhbərliyinin indiyə qədərki yanlış strateji seçimini dəyişmək cəhdini pərdələyib, ona böyük vasitəçilik donu geyindirmək üçündür. Çünki, Ukrayna məsələsi artıq qloballaşıb və bu ikitərəfli çözüm çərçivəsindən çoxdan çıxıb. Digər tərəfdən isə, İlham Əliyev Ukrayna rəhbərliyinə Moskvanın hansı təklifini, sözünü çatdıra bilər ki, burada Ukraynanın geri çəkiləcək, güzəştə gediəcək bir məsələsi yoxdur və birtərəfli qaydada öz hərbi aqresiiyasından geri çəkilməli olan tərəf elə Rusiyanın özüdür. Əgər, Rusiya məsələni ikitərəfli qaydada həll etmək istəsəydi, o zaman bunun bir sadə yolu vardı, o da Ukraynanı hərbi təcavüzlə hədələməkdın vaz keçməkdir.
Görünən odur ki, nəhayət ki, Azərbaycan rəhbərliyi qlobal geosiyasi dəyişikliklərin postsovet məkanındakı təsirlərini öz üzərində hiss etməyə başlayıb və indi buna uyğun xarici siyasətdə addımlar atmağa başlayır. Ancaq bu cür birtərəfli jestlər çətin ki, real nəticələr versin. Mütləq daxili siyasətdə də cəmiyyətlə səmimi dialoqa gedilməli, mövcud istismarçı korrupsioner rejim demontaj olunmalı, siyasi islahatlara başlanmalı, siyasi məhbuslar buraxılmalı və s azadlıqlar təmin olunmalıdır. Əks təqdirdə, birazdan bütün bunlar kənar iradənin təsiri ilə baş verməli lacaq və onda hakimiyyəti proseslər üzərində daha az təsir imkanına sahib olacaq. Yeni qlobal çağırışları anlamaq və vaxtında qiymətləndirmək gərəkdir.
Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir