Lavrovun Bakı səfəri göstərdi ki, Azərbaycan Rusiya ilə münasibətlərində hər hansı dəyişiklik etmək niyyətində deyil. Gözlənilirdi ki, bu səfər zamanı “İskəndər M” raketi, rus sülhməramlılarının arzuolunmaz fəaliyyəti, Araikin Moskvaya gedişi, Lavrovun Dağlıq Qarabağın statusu ilə bağlı verdiyi bəyanatlar müzakirə olunacaq və İlham Əliyev bu məsələlərlə bağlı, öz narazılığlnı bildirəcək.
Ancaq bu gözləntilər doğrulmadı və əvəzində İlham Əliyev Naxçıvanda uzaq Kanadanı tənqid etdi.
Azərbaycan tərəfin bu mövqeyi, Rusiyaya bundan sonra Dağlıq Qarabağdakı fəaliyyətini indiyə qədər olduğu kimi davam etdirməsi üçün kart-blanş verilməsi anlamına gəlir. Bu fəaliyyətin nədən ibarət olduğu isə hər kəsə aydındır.
Demək ki, Azərbaycan Rusiyanın qarşısında öz suveren hüquqlarına əməl olunması üçün hər hansı tələb qoy bilmir. Bu vəziyyət Ermənistana Rusiyanın əli ilə Qarabağda öz iddialarını daha çox artırmağa və separatçı rejimi gücləndirməyə imkan verir.
Moskva da öz növbəsində bir daha əmin oldu ki, Azərbaycan rəhbərliyi beynəlxalq aləmdə Rusiyaya qarşı yaranmış hazırkı konyukturadan istifadə edib, öz dövlət maraqlarını qorumaq iqtidarında deyil.
Lavrovun səfəri, həm də Rusiyanın Ukrayna məsələsində tutduğu mövqeyə görə, Türkiyəyə verdiyi cavab idi. Türkiyənin strateji müttəfiqi kimi baxdığı və 44 günlük savaşda yanında olduğu Azərbaycan, Rusiyanın hegemon iddalarına boyun əyməklə, Cənubi Qafqazda Moskvanın əsas söz sahibi olmasına yardım edir.
Bu isə getdikcə ölkəmizin Rusiya qarşısında təklənməsinə, bu üzdən də daha çox asılı hala düşməsinə və nəticədə Qarabağda Rusiyanın istəklərinin gerçəkləşməsinə zəmin yaradır.
Fuad Gahramanlı
- Anasayfa
- »
- Azerbaycan
- »
- Fuad Gahramanlı: Azərbaycan Rusiya ilə münasibətlərində hər hansı dəyişiklik etmək niyyətində deyil
Fuad Gahramanlı: Azərbaycan Rusiya ilə münasibətlərində hər hansı dəyişiklik etmək niyyətində deyil
432 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.