Trampım yeni qaydaları və Azərbaycanın Qırğızıstana uduzmaqlığı
Azərbaycan qlobal ticarət savaşına necə hazırlaşır?
Trampım gömrük tarifləri ilə bağlı tətbiq etdiyi yeni qaydalar qlobal iqtisadi rəqabətdə yeni çağırışlar dönəmi deməkdir. İndi hər bir ölkə buna cavab olaraq ABŞ -la ticarətdə gömrük rüsumlarını artırmaq üzərində düşnməklə yanaşı, həm də mümkün itkiləri kompensasiya etmək üçün yeni bazarlara çıxış imkanlarını, daxili iqtisadiyyatın strukturunu mövcud şərtlərə uyğunlaşdırmaq kimi vacib məsələləri dəyərləndirməkdədir.
Bu prosesdə hökumətlərin qarşısında duran ən əsas problem milli iqtisadiyyatların rəqabət qabiliyyətlərinin artırılması, tarif artımları nəticəsində yaranacaq infilyasiyaya nəzarət edilməsi, ixracın azalmasından doğan kiçilmənin munimallaşdırılması, yüksək texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması, investisiyaların kənara axışının məhdudlaşdırılması, maya dəyərin və qiymətlərin aşağı salınması, keyfiyyət göstəricilərinin artırılması, daha çevik siyasətlə yeni bazarlara çıxış əldə etmək və .s.məsələlərdir.
Bəs bizim ölkənin bu gün hər kəsin danışdığı qlobal ticarət müharibəsinə reaksiyası, yeni çağırışlara cavabı nə olacaq? Çox təəsüf hissi ilə qeyd edək ki, bu gün Azərbaycan iqtisadiyyatı xammal satışı üzərində qurulmuş primitiv iqtisadi modelə əsaslanır. İqtisadiyyatının 70 %-i idxaltdan aslı olan və ixracatının 92%-i neft və qaz xammalından ibarət olan iqtisadi modeli öz uğuru kimi təqdim edən “ağıldan” və siyasət anlayışından qlobal iqtisadi dəyişikliklərə hər hansı reaksiya verməyi, yeni strateji yanaşma nümayiş etdirməyi gözləmək sadəcə sadəlöhvlük olardı.
Bəlli səbəblər üzündən ölkəmizə xarici investisiyaların gəlmədiyi və bu üzdən də istehsal sahələrinin yaranmadığı bir şəraitdə, xammal satışı kimi primitiv fəaliyyətə əsaslanan iqtisadiyyatının strukturunu dəyişmək üçün heç olmasa daxili investisiya imkanlarından da səmərəli istifadə edilə bilmir. Azərbaycanın harasına və nəyinə yaraşır ki, 2 mlrd Pakistana, 7 mlrd Türkiyəyə, 400 miyon Birləşmiş Ərəb Əmirliklərinə investisiya qoysun? Sənaye bir tərəfə dursun, təkcə ötən il ərzaq idxalı 11,8% artaraq 2 ,2 milyarda çatıb. Bu gedişlə özünün ərzaq tələbatını qarşılaya bilməyən ölkə iqtisadiyyatı digər sahələrdə hansı rəqabət qabili yarada bilər ki? Qeyd edək ki, son 5 ildə ölkənin ərzaq idxalatı 46, 5 % artıb və elə bu fakt bizim ölkə olaraq barmağımız anlamına gəlmirmi?
Sizə təqdim edəcəyim bu göstəricilərə diqqət edin və bu nəticələr qarşısında insanın öz soyuqqanlılığını qoruyub saxlaması belə çox çətindir. Belə çıxır ki, bu ölkə korrupsiya və bacarıqsız idarəetmə nəticəsində o qədər dəhşətli və acınacaqlı bir vəziyyətə salınıb ki, kimlə ticarət ediriksə aldığımız satdığımızdan daha çoxdur. Bu yenə inkişaf etmiş, demokratik ölkələr olsaydı dərd yarı idi.
Baxın göstəricilərə :
1) Rusiya – ixrac cəmi 151 mln. dollar olub, Rusiyadan idxal 847 mln. dollar,
2) Qazaxıstan – ixrac 12,2 mln. dollar olub, idxal 59,7 mln. dollar,
3) Belarus – ixrac 10,7 mln. dollar, idxal 55,6 mln. dollar,
4) Özbəkistan – 5,5 mln. dollar ixrac, idxal 59,5 mln. dollar.
5) Türkmənistan – ixrac 6,7 mln. dollar, idxal 43,8 mln. dollar,
6) Qırğızıstan – ixrac 800 min dollar, idxal 2 mln. dollara yaxın.
Dəhşət, bəla, fəlakət, rüsvayçılıq, faciə ondadır ki, Azərbaycan xarici ticarətdə özü kimi avtoritar rejimlərin mövcud olduğu postsovet respublikalarına belə uduzur. Belə çıxır ki, bu avtoritarların içində də ən işbilməz və korrupsionerləri elə bizim bəxtimizə düşüb.
İndi hökumətdən kimsə çıxıb bu vəziyyətə görə bir izahat verə bilərmi? Neft və qazdan 200 milyardan artıq vəsait gəlmiş ölkə necə olur ki, Allahın Türkmənistanından, Qırğızıstanından belə ixrac etdiyindən daha çox idxal edir, biz niyə xarici ticarətdə onlara uduzuuuuuuuuuruq ? Bu ölkəni daha bundan pis idarə etmək, bundan acınacaqlı duruma salmaq mümkündürmü?
Bu siyahıda əksəriyyətin avtoritar olması onu göstərir ki, bizim düşüdüyümüz durumun səbəbi təkcə ölkədə avtoritar bir rejimin mövcud olması ilə bağlı deyil, səbəb həm də bacarıqsız və işbilməz, ölkə və millət üçün narahat olmayan, ürəyi yanmayan, məsuliyyət hiss etməyən adamların hakimiyyətdə olmasıdır. Bu adamların bildiyi və bacardığı ancaq bir ölkə üçün fəlakət ssenarisi qurmağa yarayır. Bu qədər sadə və aydın.
- Anasayfa
- »
- Azerbaycan
- »
- Fuad Gahramanlı: Azərbaycan qlobal ticarət savaşına necə hazırlaşır?
Fuad Gahramanlı: Azərbaycan qlobal ticarət savaşına necə hazırlaşır?
25 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.