Bizi kim bu hala salıb?
Biz bu gün elə problemlərin əlində çarəsiz, aciz qalmışıq ki, onları başqaları 100 -50 il öncə həll ediblər. Başqa xalqlar süni intellektlə yeni bir dönəmin səhifəsini açdıqları , müsair texnoloji inkişafa daxil olduqları, bilgi toplumu inşa etdikləri zamanda biz zavallılar hələ də xammal çıxarıb satmağı iqtisadiyyat hesab edirik, ən adi məişət avadanlıqları istehsal edə bilmirik, bütünlüklə idxalatdan aslı olaraq yerlə sürünürük.
33 illik hakimiyyət dövründə ötən il Azərbaycanın qeyri neft sektorunun ixracatı 3,,4 miyard olduğu halda, bu göstərici Ermənistanda 13 miyard dollar həcmində olub. Demək ki, neft olmasaydı, bu ağılla, bu qabiliyyətlə idarə olunan iqtisadiyyayimız ixrac həcminə görə Ermənistandan 3 dəfəyə yaxın geri qalardı. Axı ötən illər ərzində netdən gələn gəlirlər hesabına qeyri neft sektoruna milyarlarla dollar investisiya qoyulduğu halda, necə olur ki, Ermənistan bu sahədə Azərbaycandan 3 dəfə artıq nəticəyə sahib olur? O zaman sual yaranır, bu investisiya doğurdanmı qoyulub, qoyulubsa nəticə niyə yoxdur? Necə olur ki, Bu boyda olkənin aqrar və aqrar sənaye istehsalınin ixrac həcmi vur tut 755 milyon dollara ancaq catır. Ona görə də aqrar ölkə olmağımıza baxmayaraq bu gün kənd təsərrüfatı məhsullarınının belə 70 faizini kənardan idxal edirik.
Sənayeni bildik bunların görəcəyi iş deyil, bəs adi kənd təsərrüfatını da qura bilməyəcək, dirçəldə bilməyəcək qədər qabiliyyətsiz və bacarıqsız bir komanda bu ölkənin kələcəyini kor qoymazmı?Təkcə bir örnək deyək ki, əkinə yararlı sahəsi bizdən daha az olan Hollandiyanın ötən il kənd təsərrüfatı məhsulları ixracatı 135 milyard avro həcmində olub. Bu da süni intellekt , yüksək texnologiyalar, sənaye istehsalı deyil ki, geri qalmağımızı əsaslandırmaq üçün ortaya yüz bəhanə qoyulsun.
Adi bir misal gətirək. Azərbaycan bu günə qədər nefti xammal şəklində satmaqla məşğul olub. Halbuki bir barell neftdən 102 litr 95 markalı benzin, 5 litr avtomobil yağı və 2 litr də tibb üçün məhlul istehsal oluna bilir və əgər bu sahədə sənaye istehsalı qurulmuş olsaydı, indi ölkə xammal ixracından 5 dəfəyə qədər artıq gəlir əldə edə bilərdi. Bu həm də digər sənaye sahələrininin inkişafına, iş gücünün yaradılmasına mühüm töhfələr verilmis olardı.
Azərbaycan hakimiyyətinin korrupsiyanı dövlət siyasətinə çevirməsinin, işbilməliyinin və , bacaraıqsızlığının nəticəsi olaraq bu gün ölkədə yaltaqlıq, bayağılıq əsas ictimai trendə çevrilib, görməmişliyin, nəfsin, ictimai etinasızlığın girdabında bütün mütərəqqi dəyərləri boğulur, vizyonsuz, gələcəklə bağlı heç bir hədəfi olmayan xalq kimi zamanın gerisində qalırıq.
İllərdir ki, ölkənin tərəqqisi, müasir dünyanın inkişaf dinamikasına uyğunlaşması ilə bağlı heç bir vizyonu, hədəfi olmayan bir dəstə kleptokrat hakimiyyəti zorla əlində saxlayır, nə elmdə, nə təhsildə, nə sənayedə, nə mədəniyyətdə heç bir nailiyyət, uğur hekayəsi yarada bilmir və bu heç onların vecinə də deyil. Əvəzində isə içi boş, yalan üzərində qurulmuş təbliğatla bütün olkənin üzunə ağ yalanlar deyilir, insanların boynuna qoymağa çalşılır ki, bəs onların özlərinin xəbəri yoxdur, əslində isə çox yaxşı yaşayırlar. Beləcə düçar olduğumuz və ya edildiyiniz milli tənəzzülün miqyasını görməyə imkan vermirlər.
Bu gün ən ibtidai problemlərin əlində girinc qaldığımız halda, zaman bizi gözləmir və yazıqlar olsun ki, başımızdakı ağaların ölkənin gələcəyi, inkişafı ilə bağlı heç bir qayğısı, planı, ən cüzi əndişəsi belə yoxdur. Yegane istəkləri hakimiyyətin ömrünü uzatmaq və 100 illər ərzində belə xərclənib qurtara bilməyəcək milyardlarının üstünə yeni milyardlar əlavə etməkdir. Gerisi kimsənin umurunda deyil. Axı bu ölkə, bu yurd bizimdir , onu niyə belə talayır, inkişafdan, tərəqqidən geri saxlayir, əzib zəlil günə qoyursunuz ? Yığdıqlarınız, oğurladılarınız yetmədimi, bəs nə zaman ölkə üçün dusünəcək, bu xalq üçün bir işlər görəcəksiniz?
Fuad Gahramanlı