KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycan hakimiyyəti niyə erməni məsələsini bitirmək istəmir?

Fuad Gahramanlı: Azərbaycan hakimiyyəti niyə erməni məsələsini bitirmək istəmir?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
31 0

Ramiz Mehdiyevdən qalma ideoloji boşluğun yeri necə doldurulur ?

Bu erməni məsələsi hələ çox əngəl kələf olub bizim boğazımıza keçəcək. Ermənilər tarix boyu Rusiyanın yönləndirməsi və dəstəyi ilə bizə etmədikləri pislikləri buraxmadılar, bu bəllidir. Bəs, bəlli olmayan bilirsiniz nədir? Azərbaycan hakimiyyəti nəyə görə, niyə bu erməni məsələsinin bir türlü bitməsini istəmir? Qəribə görünən odur ki, tarixi erməni iddiaları indi heç Ermənistanın özünə də lazım deyil, Paşinyan Azərbaycan ordusunun əzib məğlub etdiyi ekspoansionist erməni iddialarını birdəfəlik dəfn etmək, ölkəsini savaş tərəfi olmaqdan birdəfəlik qurtarmaq üçün bu gün Azərbaycanla sülh müqaviləsi bağlanmasına çalışır. Ancaq görünən odur ki, Paşinyana lazım olmayan bu məğlub, aktuallığını və cəlbediciliyini itirmiş, artıq tarixin zibilliyinə atılmış erməni ekspansionizmini, boş xülya və iddalarını diri kimi göstərmək, ona süni nəfəs verilmək indi Azərbaycan hakimiyyətinə daha çox lazımdır. Necə?

Məsələ təkcə üzdə görünən səbəblərlə bağlı deyil. Bu isin aysberq kimi görünməyən tərəfləri də var. Dəfələrlə yazdığımız üzdə görünən tərəf budur ki, Rusiya onun Cənub Qafqazadakı hərbi-siyasi mövcudluğunu aradan qaldıracaq sülh müqaviləsini istəmədiyi üçün Azərbaycan hakimiyyəti də öz müttəfiqinin marqalarına uyğun davranır. Bunun yanında Azərbaycan hakimiyyəti belə bir sülh müqaviləsinə həm də ona görə maraqlı deyil ki, dayanıqlı sülh Qərbin Cənubi Qafqazda mövqeyini gücləndirərək regionun demokratikləşməsini və Avrointeqrasiya tələbini geosiyasi zərurətə çevirəcək. .

Azərbaycan hakimiyyətinin Ermənistan təhlükəsi ilə bağlı hərbi ritorikasının üzdə görünməyən səbəb isə daha çox ideoloji xarakter daşıyır. Uzun illər ərzində şəxsiyyətə pərəstiş kultu ilə mövcud avtoritar rejimin ideoloji sistemini qura bilməyən Azərbaycan hakimiyyəti bu gün öz “vətənpərvərliyini” və “milliliyini” daha çox xarici təhdid ünsürünə qarşı durması ilə əsaslandırmağa, kütlə nəzərində legitimləşdirməyə çalışır. Uzun müddət PA- na rəhbərlik etmiş Ramiz Mehdiyev Kommunist partiyasının ideologiya işindən gəlməsinə və sərəncamında böyük imkanlar olmasına baxmayaraq, ortaya bayağı yaltaqlıq və məhdiyyəçilikdən başqa bir ideoloji siyasi baza, inandırıcı görünən çağdaş baxışlar sistemi qura və ya qoya bilmədi. Ona görə də inandırıcı ideoloji söykənəcəyi olmayan, insanların rifahı ilə bağlı heç bir uğur hekayəsi yarada bilməyən və ölkənin iqtisadi inkişaf dinamikasına görə qonşu Gürcüstan və Ermənistana belə uduzan hakimiyyət Qarabağda erməni separatizmi məğlub olandan sonra da cəmiyyəti kənar təhdid, qorxu altında saxlamaq üçün hərbi ritorikanı yerə qoymur. Bu məqsədlə də Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşması barədə hər gün efirlərdən durmadan təbliğat aparılır. Ancaq deyilmir ki, Paşinyan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq sülh müqaviləsi imzalamaq istəyirsə, o zaman Ermənistan Azərbaycanın hansı ərazilərini işğal etməyə hazırlaşır ? Və ya belə bir iddia və ya niyyət varsa, o zaman Paşinyan niyə Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, Qazax rayonu ərazisində nəzarətlərində olan kəndləri geri qaytarırdı? Aydındır ki, bütün bunlar ona görə edilir ki, cəmiyyət inandırılsın və ya qorxudulsun ki, kənarda bizə hücum etmək üçün fürsət gözləyən bir düşmən var və biz ona qarşı hər an savaşa hazırlaşmalıyıq.

Savaş ritorikası olan yetdə isə insanların rifahı, qayğıları, sosial problemlərin həlli, insan hüquqları kimi məsələlər arxa plana keçir. Bu zaman isə övladları və yaxınları müharibədə iştirak etməyənlar süni vətənpərvərlik eyforiyasına qaz verərə-verə daraşıb ölkə büdcəsini sökürlər, korrupsiyanı dövlət siyasətinə çevirərək xalqı istismar edirlər, dövlətin vətəndaşının çiyninə hələ etmədiyi qayda pozuntusuna görə əvvəlcədən 850 milyon manat cərimə yükləyirlər, dövlətin qanunlarında nəzərdə tutulmuş hüquq və azadlıqları insanların əlindən alıblar və sonra da özlərini elə aparırlar ki, sanki bu məsələlərin heç birinin vətənpərvərliyə dəxli yoxdur. Xalq da bu a baxıb inanmalıdır ki, bunlar vətənpərvər olduqları üçün vətənin nemətlərini belə çox sevib hamıdan daha çox mənimsəyirlər.
Ona görə də Bütün bu işləri rahat görə bilmək, xalqın diqqətini əsas məsələlərdən yayındırmaq üçün Azərbaycan hakimiyyətinə Ermənistanın yeni isğala hazırlaşması təhlükəsi və ya mifi indi çox vacibdir.

Digər bir səbəb isə Avrointeqrasiya prosesindən imtina edən Azərbaycan hakimiyyətinin Qərbi pis niyyətli, düsmən kimi göstərə bilməsi üçün Erməni məsələsinə ehtiyac duymasıdır. Bu zaman daha rahat deyilə bilir ki, Avropa, Amerika ona görə pisdir ki, onlar Ermənistana yardım edirlər. Halbuki nə ABŞ, nə də ki, Avropa Azərbaycan hakimiyyətinin müttəfiqi olan Rusiyadan fərqli olaraq Ermənistanda sulh istəyən Paşinyanı yıxıb onun yerinə müharibə tərəfdarı olan Sərkisyan və ya Köçəryanı gətirmək istəmirlər.
Öz müttəfiqi Rusiyanın bu pis niyyətini görməzdən gələn Azərbaycan hakimiyyəti yaxşı bilir ki, əgər Ermənistanla sülh bağlanmış olsa, o zaman Qərbi pisləmək üçün onun İrəvana yardım etdiyi təbliğatı da öz əhəmiyyətini ciddi şəkildə itimiş olacaq. Bu halda həm Azərbaycan cəmiyyətini təhdid altında saxlamaq, həm də Avropadan uzaq durmağı əsaslandırmaq mümkün olmayacaq. O, zaman Qərbə inteqrasiya edən Ermənistanın aldığı yardımları da Azərbaycana qarşı düşmən niyyətin göstəricisi kimi təqdim etmək çətinləsəcək. Bu zaman Qərbi pis göstərmək üçün istifadə olunan səbəblər də aradan qalxmış olacaq və Azərbaycan niyə Avrointeqrasiya kursundan imtina edir sualı da cavabsız qalacaq.

Hər şeydə olduğu kimi, burada da hakimiyyətin korrupsiya maraqlarını unutmaq olmaz. Əgər kənardan ölkəyə hərbi təhlükə yoxdursa, o zaman milyardlarla vəsaiti iqtisadi inkişaf planlarına, real iqtisadiyyatın qurulmasına yatırmaq yerinə nəyə görə hərbi büdcənin artırılmasına sərf edildiyi sualı da cavabsız qalacaq.

Ona görə də erməni məsələsi kənar təhdid alqısı yaratmaqla mövcud avtoritar hakimiyyətin ideoloji boşluğunu doldurmaq , onu vətənpərvər kimi göstərmək, Qərbi Azərbaycana qarşı pis niyyətli tərəf kimi təqdim etmək və cəmiyyətin diqqətini səriştəsiz, korrupsiyalaşmış idarəçiliyin yaratdığı əsas sosial problemlərdən yayındırmaq üçün lazımdır.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir