KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: AXCP kimin partiyasıdır, cəbhəçilərin, yoxsa, rejimə qarşı olan hər kəsin

Fuad Gahramanlı: AXCP kimin partiyasıdır, cəbhəçilərin, yoxsa, rejimə qarşı olan hər kəsin

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
312 0

AXCP nə istəyir
Avtoritarizmə qarşı mübarizədə uğur qazanmağın yolu təkcə daha güclü liderin və təşkilatın ağır şərtlərə, repressiyalara dözməsində, fədakarlıq etməsində deyil, həm də siyasi həmrəylik mövqeyindən çıxış etməsindən, cəmiyyətin bütün təbəqələrinə əl uzatmasından, azadlığı pozulan hər kəsin yanında olmasından keçir. Bu baxımdan, əslində, AXCP- ni bu gün cəmiyyətimizin şansı da hesab etmək olar. 2005 – ci ilin zorakılıqla dağıdılmış məhşur 26 noyabr mitinqindən bu günə qədər, ötən 17 il ərzində ölkədə əsas siyasi mübarizə, qarşı durma AXCP ilə mövcud rejim arasında gedir. Bu müddətdə AXCP – nin təşəbbüsü ilə çoxsaylı kütləvi etiraz aksiyaları təşkil olunub, partiya rəhbərliyinnin əksəriyyəti siyasi məhbus hayatı yaşayıb, yüzlərlə cəbhəçi həbsxanalardan keçməli olub. AXCP – nin verdiyi bu qurbanların və mərhumiyyətlərin bir səbəbi olub: Rejim onun ölkəni Türkmənistana çevirmək planlarını pozan, özünə ən təhlükəli rəqib gördüyü qüvvəni və lideri sıradan çıxarmaq, məhv etmək istəyib. Ancaq hakimiyyət nəinki bu istəyini gerçəkləşdirə bilməyib, əksinə, cəbhəçilərin apardığı mübarizəyə görə yaşadıqları məhrumiyyətlər cəmiyyətdə bu fədakar və səmimi mübarizə aparan təşkilata qarşı ictimai rəğbət, inam yaradıb. Bu ötən müddətdə AXCP – nin nümunəsində sübut olundu ki, avtoritar rejimlərdə xalqın rəğbətini qazanmağın, əsas müxalifət partiyası olmağın yolu özü üçün təhlükəsizlik zolağı yaradıb məqam gözləməklə deyil, hər cür təhlükəni gözə alıb mübarizənin öndə olmaqla mümkündür. Bu yolda verilən qurbanlar da boşuna getmir, cəmiyyət öz rəğbəti, etimadı ilə bunların mükafatını verir. Demək ki, bu gün ölkədə dəyişikliklər istəyən, haqsızlıqla barışmayan insanların mübarizə aparmaq üçün Xalq Cəbhəsi partiyasını seçmələri, onun sıralarına qoşulub gücləndirmələri də cəmiyyətin münasibətinin göstəricisidir, siyasi qanunauyğunluqdur.
Ancaq ölkənin əsas müxalifət partiyası, rejimə qarşı xalqın əsas etimad göstərdiyi alternativ olmaq heç vaxt AXCP – də təkəbbürə, başqalarına qarşı etinasızlığa, qısqanclığa, siyasi proseslərə partiya maraqları ilə yanaşmağa səbəb olmayıb. Çünki milli olan, hər hansı sosial ayrımçılığıa, ideoloji fərqə önəm verməyən AXCP üçün Azərbaycan xalqının haqlarını tələb etmək, bu yolda təzyiqlərə məruz qalan hər kəsin yanında olmaq partiyanın əsas məqsədi olub. Bu ötən illər ərzində AXCP – yə və onun liderinə münasibətindən asılı olmayaraq cəbhəçilər təzyiqə, haqsızlığa məruz qalan hər kəsi müdafiə ediblər. Nardaran işində, Gəncə və Tərtər olaylarında AXCP bütün hədələrə, təzyiqlərə baxmayaraq haqqı pozulanların yanında oldu, 2013- cu ildən sonra vətəndaş cəmiyyəti fəallarına qarşı həyata keçirilən repressiyalarda məhkəmələrin önündə yenə cəbhəçilər idi, sosial şəbəkələrdə yazan, mitinqlərlər keçirib siyasi məhbusıara azadlıq tələb edənlər yenə də cəbhəçi fəallar idi. Bu gün də siyasi fəallara, hüquq müdafiəçilərinə, jurnalistlərə qarşı zorakılıq olanda AXCP bütün imkanları ilə onlara dəstək verib, onların yanında olduğunu göstərir. Son 14 may aksiyasının rəsmi təşkilatçıları arasında AXCP olmasa da, ancaq aksiyada çox saylı cəbhəçi fəalların iştirakı bir daha onu göstərdi ki, Xalq Cəbhəsi bəzi qərəzli şəxslərin idda etdiyi kimi, siyasi meydana çıxmaq istəyən kimsənin yoçunu kəsmir, əksinə, mümkün olan hər cür dəstəyi verməklə etirazların, demokratik təşəbbüslərin daha güclü olmasına yardım edir, köməyini əsirgəmir.
Bütün bunlar ona görə deyirik ki, hər kəs əmin olsun ki, AXCP təkcə cəbhəçilərin partiyası deyil,bu partiyanın, onun liderinin xalqın istək və tələblərindən kənarda hər hansı fərqli siyasi marağı, istəyi yoxdur. Bu rejimə qarşı mübarizə aparan, bu yolda təzyiqlərə məruz qalan hər kəs AXCP-yə öz təşkilatı, partiyası kimi baxa, güvənə bilər. Xalq Cəbhəsinin rejimə qarşı mübarizədə iki qütblü sistem anlayışı da, məhz, bu güvən, inam prinsipinə söykənir. Kim Azərbaycan xalqının haqları, demokratik dəyişikliklər uğrunda mübarizə aparacaqsa bu yolda AXCP- ni öz müdafiəçisi, dəstəkçisi hesab edə bilər. Bu həm də ona görə belədir ki, AXCP praqmatik olaraq hesab edir ki, bu gün siyasi marağından və ideoloji baxışlarından asılı olmayaraq, bütün demokratik təşəbbüslərin çoxalması və güclənməsi hazırkı avtoritar rejimə qarşı cəmiyyətin müqavimətini və mübarizə əzmini artırır. AXCP də siyasi proseslərin uğurunun bu ictimai müqavimət və mübarizə ovqatından aslı olduğunu bildiyi üçün, həmişə demokratik həmrəylik mövqeyindən çıxış edir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir